Məhkəmə qərarları › İş №2(011)-6832/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6832/2021

27.10.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6832/2021 27.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair ilkin iddia tələbi və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanda inşa edilən XXİ blok, çoxmənzilli yaşayış binasının XV mərtəbəsində 3 otaqlı, sahəsi 148 kv. metr olan 741 nömrəli mənzilin boşaldılması, Cavabdeh, onun ailə üzvləri və digər şəxslər qeyd olunan mənzildən çıxarılması, Cavabdeh 32000 manat məbləğində dəymiş maddi zərər və 44800 manat məbləğində əldən çıxmış faydanın İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 11.10.2021-ci il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 29, XXİ blok, 741 nömrəli mənzilin təmirinə görə iddiaçı Cavabdeh tərəfindən çəkilmiş 128.561 manat məbləğində xərcin cavabdeh İddiaçı alınaraq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, qarşılıqlı iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, qanunvericiliyə uyğun olaraq, qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmasına baxmayaraq, Cavabdeh tərəfindən qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun (iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində) ödənilməsini təsdiq edən sənəd qarşılıqlı iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iş materiallarından Cavabdeh dövlət rüsumu ödənilməsindən azad olunmasını təsdiq edən hər hansı bir sənədin olması görünmür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 155.3-cü maddəsinə əsasən, qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən, iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi məbləğində dövlət rüsumu ödənilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi Cavabdeh tərəfindən dövlət rüsumunu təsdiq edən sənəd əlavə edilmədiyindən baxılmamış saxlanmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh "Bakı Şəhəri, Xətai rayonu, Xocalı prospekti 29 ünvanında inşa edilən mənzilin təmirinə görə İddiaçı 128.561 manat pulun alınaraq ona ödənilməsi" barədə qarşılıqlı iddia ərizəsi baxılmamış saxlansın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar