Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6847/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “aktın etibarsız hesab edilməsi və borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın və həmin akt əsasında verilmiş qərarın etibarsız hesab edilməsi, yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 518,89 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanı ona məxsusdur. Həmin ünvanda uzunmüddətli yaşamamışdır. Evin sayğacının quraşdırıldığı yer isə giriş-çıxış yolundan kənarda yerləşdirilib. Evdə istifadə olunmuş qazın ödənişini daima internet vasitəsi ilə ödəmişdir. 2022-ci ilin qış aylarında ona telefonla zəng edib özünü X2 əməkdaşı kimi təqdim edərək həmin ərazidə nəzarətçi işlədiyini və evinə məxsus sayğacın istismar müddəti bitdiyi üçün dəyişdirilməli olduğunu və artıq dəyişdirildiyini bildirmişdir. İştrakı olmadan sayğacı dəyişdirdikləri üçün etiraz etdikdə bildirilmişdir ki narahat olmasın, bu vaxtaşırı edilməli işdir, onun iştrakına ehtiyac yoxdur. xx.xx.2022-ci il tarixli ******* nömrəli aktda isə imzası yoxdur. Daha sonra isə zəng edərək yeni sayğacın quraşdırılması barədə aktı imzalamaq lazım olduğunu bildirdilər. İşdən çıxa bilmədiyini dedikdə işlədiyi yerə aktı gətirib imzalatdıracaqlarını bildirdilər. Tarixi və məzmunu ilə tanış olmadan yeni sayğacın quraşdırılması barədə ******* nömrəli aktı imzalamışdır. 10-15 gün əvvəl evinə qazın verilməsi dayandırılmış və ona bildirilmişdir ki güya sayğaca müdaxilə olub və qaz sayğacı düzgün işləmədiyi ilçün 518,89 manatlıq qaz sərf edilib. Halbuki, həmin evdə daimi yaşamamış və sayğacın yerin dəqiq bilməmişdir. Hər bir halda həmin sayğaca müdaxilə etməsi qeyri-mümkündür. xx.xx.2022-ci il tarixli MSK-29/1710-00659-1 №-li ‘’Qaz sayğacının yoxlanılması barədə” aktla ‘’Azəriqaz” İB-nin SOCAR**********30991710X00659 saylı, xx.xx.2022- ci il tarixli tclefonoqramına əsasən xx.xx.2022-ci il tarixlində əhali sektorunda istismarda olan BRQS Departamentindən Metrologiya Departamentinə gətirilmiş aşağıda nömrələri qeyd olunan İtron tipli (Smart Payment) və Gulf tipli qaz sayğacları xx.xx.2022-ci il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. Qaz sayğacının yarasız hesab olunmasında heç bir təqsiri olmayıb, ola da bilməz. Qaz sayğacını vaxtaşırı yoxlamaq və sazlığına nəzarət etmək Azəriqaz İB-nin əməkdaşlarının vəzifəsidir. Lakin buna baxmayaraq, itiirilmiş qazın bərpası məqsədilə 518,89 manat əsassız borc hesablanmışdır. Üzərinə düşən öhdəlikləri yəni, istifadə etdiyi qaz sərfıyyatının pulunu gecikdirmədən nəzarətçinin hesabladığı qaydada həmişə ödəmişdir. Lakin, hazırda əsassız hesablanmış 518 manat borc onun borcu deyil və həmin məbləğdə qaz istifadə etməmişdir. Bu məbləğ yalnız cavabdeh təşkilatın əməkdaşlarının əsassız və artıq hesablamaları nəticəsində şişirdilmiş rəqəmdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanında qaz xəttinin üzərində quraşdırılmış, G-4 markalı 1202AQ**********29 nömrəlı sayğac yeni G-4 markalı **********8 nömrəlı sayğacla əvəzlənmişdir. X2 xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında G-4 markalı 1202AQ**********29 nömrəlı sayğaca baxış keçirilmiş, sayğacın element yuvasının qapağının alt hissədən gövdəyə birləşən hissədən sınıq olduğu, nəticədə sayğacın “ALARM-1” rejimində və klapanının bağlı olduğu müəyyən edilərək akt tərtib olunmuş, mövcud sayğacın yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanaraq, ödənilməsi uçun qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qərara alınmışdır. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə tələb olunan qaz sərfiyyatına görə borc 518,89 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh, xx.xx.2022-ci il tarixli, ******* saylı aktına əsasən istehlakçıya qaz sərfiyyatına görə dəymiş ziyan hesablanmalı olmasını müəyyən etmiş, ziyanın 518,89 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etmişdir. Ona görə də məhkəmə iddiaçının hesablanan borcun silinməsinə dair tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X2 “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktı və həmin akt əsasında verilmiş qərar etibarsız hesab edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00000) qaz itkisinə görə hesablanmış 518,89 (beş yüz on səkkiz manat 89 qəpik) manat borcun silinməsi cavabdeh X3 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6847/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6847/2022
24.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver