Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6882/2021 12.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X8 İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “maddi zərərin ödənilməsi” barədə iddia tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə aralarında bağlanmış müqavilə əsasında avtomobilə dəymiş 29056 manat məbləğində zərərin, 30 manat məbləğində dövlət rüsumunun, cəmi 29086 manat məbləğin cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 22.10.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh "xxxx" MMC-dən 11401 manat məbləğində dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, mübahisəli maşını 2020-ci ilin mart ayında “Okean Avto MMC” dən almışdır, bunun üçün 7100 manat ödəniş etmişdir, onun 1500 manatını kasko sığortaya görə çıxmışlar, maşın 2010-cu il buraxılışlı Hyundai Santafe markalı maşındır, ona 32-33 min qiymət qoyulmuşdur, 2020-ci ilin aprel ayında maşını tam olaraq sürmək üçün götürmüş, illik 1500 manat olmaqla, ümumilikdə 3 illik 4500 manat kasko sığorta üçün pul ödəmişdir, bütün bunlar müqavilədə də öz əksini tapmışdır, pandemiyada ödənişləri gecikdirdiyi üçün 3000 manat pul ödəmişdir, aralarında olan razılığıa əsasən 6 noyabrda ikinci müqavilə bağlanmışdır, birinci müqaviləni cavabdehin özünə qaytarmışdır, qüvvədən düşmüşdür, əvvəlki müqaviləyə əsasən, aylıq 791 manat, sonrakı müqaviləyə əsasən isə aylıq 971 manat pul ödəməli olmuşdur, müqavilənin müddəti 30 aylıq nəzərdə tutulmuşdur, 2-ci müqavilədə isə ilkin ödəniş etməmişdir, ilk və son ödənişi dekabr ayında 1000 manat məbləğində etmişdir, yanvarda ödəniş etməmiş, fevralda maşın qəzaya düşmüşdür, ona bildirmişdirlər ki, qarlı hava olduğu üçün kasko bu pulu ödəmir, maşınını vuran şəxsin sığorta şirkəti ona 2400 manat pul ödəmişdir, həmin zaman maşın ustada olmuşdur, 1500 manat Okean Avtoya ödəmək üçün getmiş, lakin o pulu da maşının karobkası dağıldığı üçün ustaya vermişdir, daha sonra isə aprel ayının 5-i qısa qapanma nəticəsində maşın yanmışdır, maşın idarə olunan zaman atasının etibarnaməsi olmuşdur, lakin maşın yananda həmin etibarnamə də məhv olmuşdur, bu zaman maşına 1000 manatdan çox zərər dəymişdir, müqavilənin şərtlərinə uyğun olaraq dəyən zərərin 1000 manatını ödəyir, maşının təmir olunaraq ona qaytarılmasını, aralarında bağlanmış müqaviəyə əsasən, hadisə zamanı sürücü sərxoş halda avtomobili idarə etməyibsə, işıqforun sarı və qırmızı işığında keçməyibsə, sürət həddini aşmayıbsa və digər heç bir yol hərəkəti qaydalarını pozmayıbsa, yalnız X9 avtomobilin təmir olunması üçün 1000 AZN alıcı, dəyən zərərin qalan hissəsi satıcı tərəfindən ödənilməlidir, hazırda maşına çəkdiyi xərcə görə 11401 manat ziyanı cavabdehdən tələb edir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi B.V.Cumayev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə iki dəfə müqavilə bağlanmışdır, o, ilk müqavilə üzrə şərtləri yerinə yetirmədiyi üçün onunla qarşılıqlı razılıq əsasında noyabrda ikinci müqavilə də bağlanmışdır, bu zaman birinci müqavilə qüvvədən düşmüşdür, maşının qiyməti 29.000 olmuşdur, lakin iddiaçı ikinci müqavilə üzrə ödənişləri də etməmiş, özünün də qeyd etdiyi kimi yalnız bir ay ödəniş etmişdir, beləliklə də, iddiaçı aylıq 969 manat ödənişini etməyib və bununla da öhdəliyini pozmuş hesab olunur, maşın yanan zaman tərəfdə etibarnamə olmamışdır, buna səbəb isə aylıq ödənişin ödənilməməsidir, etibarnamə bir aylıq ödəniş olduğu halda alıcıya və ya onun təqdim etdiyi şəxsə bir ay müdətinə verilir, iddiaçının atasına bir dəfə fevral ayında etibarnamə verilib, lakin hadisə aprel ayının 5-də olmuşdur, ödəniş edilmədiyi üçün də tərəfə və ya atasına həmin ay üçün etibarnamə verilməmişdir, yəni hadisə zamanı atasının etbarnaməsinin müddəti artıq 1 aydır ki keçmişdi, maşın qanunsuz istifadədə olub və yanmışdır, bunun səbəbkarı da iddiaçıdır, o maşını düzgün istismar etməyib, nəticədə bu hadisə baş verib, iddiaçı birinci müqaviləyə əsasən, 6900 manat ilkin ödəniş kimi, 300 manat isə sənədləşməyə görə pul ödəmişdir. Sonda B.V.Cumayev qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan 05.03.2020-ci il tarixdə verilmiş AD 763678 nömrəli X1 şəhadətnaməsinin surətindən görünür ki, HYUNDAİ SANTAFE minik markalı, 99PX630 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi "xxxx" MMC-dir. İş materiallarında olan "xxxx" MMC-nin şəxsində X4 və İddiaçı arasında bağlanmış əşyanın nisyə alqı-satqısı haqqında 2737 nömrəli 05.03.2020-ci il tarixli Müqavilənin surətindən görünür ki, 2010-cu il Hyundai Santafe 35341,6 manata alıcıya satılmışdır, alıcı 6900 manatı ilkin olaraq dərhal ödəmişdir, müqavilənin bitmə tarixi 05.03.2023-cü ildir. Həmin Müqavilənin 5.2.3-cü bəndinə əsasən, əsasən satıcı alıcının ödəniş cədvəlinə uyğun olaraq ödəniş etməsi müqabilində, onun təqdim etdiyi fiziki şəxsə maşını idarə edilməsi məqsədilə etibarnamə vermək öhdəliyini götürmüşdür. İş materiallarında olan 05.03.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı HYUNDAİ SANTAFE markalı, 99PX630 dövlət qeydiyyat nişanlı gümüşü rəngli nəqliyyat vasitəsini təhvil almışdır, nəqliyyat vasitəsinin heç bir nasazlığı yoxdur. İş materiallarında olan 05.03.2020-ci il tarixli kredit ödəniş cədvəlindən görünür ki, HYUNDAİ SANTAFE markalı malın nisyə dəyəri 35341,6 manat, ilkin ödəniş 6900 manat, kredit müddəti 36 aydır, aylıq ödənil 35 ay ərzində 791 manat, 36-cı ay üçün isə 756 manatdır, alıcı alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə ilk bir ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1%-i həcmində cərimə ödəməlidir. İş materiallarından görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında HYUNDAİ SANTAFE markalı, 99PX630 dövlət qeydiyyat nişanlı gümüşü rəngli avtomobilə dəyən zərərin ödənilməsi barədə Müqavilə bağlanmışdır. Həmin Müqaviləyə əsasən, hadisə baş verdikdə dəymiş zərər 1000 AZN-ə qədər olduqda alıcı təmiri öz öhdəliyinə götürür, hadisə baş verdikdə avtomobilə və yol hərəkəti digər iştirakçısına və ya digər nəqliyyat vasitəsinə dəyən zərərin, əgər hansı bir yol hərəkəti qaydalarının pozduğu halda və ya Cavabdeh MMC tərəfindən verilən etibarnamə olmadıqda və ya etibarnamənin müddəti bitdiyi zaman baş veribsə, bütün təmir xərci alıcı tərəfindən satıcıya təmir üçün ödənilməlidir, hadisə zamanı sürücü sərxoş halda avtomobili idarə etməyibsə, işıqforun sarı və qırmızı işığında keçməyibsə, sürət həddini aşmayıbsa və digər heç bir yol hərəkəti qaydalarını pozmayıbsa, yalnız X9 avtomobilin təmir olunması üçün 1000 AZN alıcı, dəyən zərərin qalan hissəsi satıcı tərəfindən ödənilməlidir. İş materiallarında olan 06.11.2020-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, İddiaçı HYUNDAİ SANTAFE markalı, 99PX630 dövlət qeydiyyat nişanlı gümüşü rəngli nəqliyyat vasitəsini təhvil almışdır, nəqliyyat vasitəsinin heç bir nasazlığı yoxdur. İş materiallarında olan 06.11.2020-ci il tarixli kredit ödəniş cədvəlindən görünür ki, HYUNDAİ SANTAFE markalı malın nisyə dəyəri 29056,57 manat, ilkin ödəniş 0 manat, kredit müddəti 30 aydır, 29 ay müddətində ödənişin aylıq məbləği 969 manat, 30-cu ay üçün isə 955 manatdır, alıcı alqı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəli üzrə ilk bir ay ərzində ödənişi gecikdirilmiş hər günə görə gecikmə məbləğinin 1%-i həcmində cərimə ödəməlidir. İş materiallarında olan 11.06.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərar ilə müəyyən edilmiş hallardan görünür ki, 05.04.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda "xxxx" MMC-yə məxsus X2 idarə etdiyi HYUNDAİ SANTAFE markalı, 99PX630 dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş, nəticədə avtomobil yanaraq yararsız vəziyyətə düşmüşdür. Yoxlama zamanı izahatı alınmış F.İ.Qurbanov izahatında bildirmişdir ki, hərəkətdə olarkən mühərrik bölməsindən alov çıxdığını gördükdə dərhal avtomobilin qapılarını açaraq həmin vaxt avtomobildə olan oğlu İddiaçıla birlikdə yerə düşmüşlər, avtomobil "xxxx" MMC-dən 05.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən oğlu Zamirin adına alınmış, lakin oğlunun sürücülük vəsiqəsinə 6 aylıq məhdudiyyət qoyulduğu üçün yol vərəqi özünün adına verilmiş və avtomobili özü idarə etmişdir. Həmin Qərar ilə 05.04.2021-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq yaşayış massivi, döngə 16 ünvanda "xxxx" MMC-yə məxsus X2 idarə etdiyi HYUNDAİ SANTAFE markalı, 99PX630 dövlət qeydiyyat nişanlı minik avtomobilində yanğın baş vermiş yanğında cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında HYUNDAİ SANTAFE markalı, 99PX630 dövlət qeydiyyat nişanlı minik avtomobilin alqı-satqısı və avtomobilə dəyən zərərin ödənilməsi barədə 05.03.2020-ci il və 06.11.2020-ci il tarixli ayrı-ayrı müqavilələr bağlanmışdır, müqaviləyə əsasən cavabdeh, iddiaçının ödəniş cədvəlinə uyğun olaraq ödəniş etməsi müqabilində, onun təqdim etdiyi fiziki şəxsə maşını idarə edilməsi məqsədilə etibarnamə vermək öhdəliyini götürmüşdür, 06.11.2020-ci il tarixli “avtomobilə dəymiş zərərin ödənilməsi barədə” müqaviləyə əsasən, Cavabdeh MMC tərəfindən verilən etibarnamə olmadıqda və ya etibarnamənin müddəti bitdiyi zaman hadisə baş veribsə, bütün təmir xərci alıcı tərəfindən satıcıya təmir üçün ödənilməlidir, 05.04.2021-ci il tarixdə mübahisəli avtomobil baş vermiş yanğın nəticədə avtomobil yararsız vəziyyətə düşmüşdür, hadisənin baş verdiyi zaman avtomobil idarə olunmasına dair qüvvədə olan etibarnamə olmamışdır. Bununla belə müqavilə üzrə cavabdehin 11401 manat pulun geri qaytarılması öhdəliklərinə, həmçinin avtomobilə dəymiş zərərə görə cavabdehin mülki-hüquqi məsuliyyətinə əsasə verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, bu hallar sübutetmə yükü ilə bağlıdır, iddiaçı buna dair sübutetmə vəzifəsi daşıyır, lakin iş materiallarına bu halları təsdiq edən sübutlar əlavə edilməmiş və belə hallar məhkəmə tərəfindən müəyyən olunmamışdır. Məhkəmə iddiaçının “müqaviləyə əsasən, satıcı tərəfindən dəyən zərərin hissəvi ödənilməli olması” barədə dəlillərinə münasibətdə hesab edir ki, həmin müqavilədə nəzərdə tutulmuş “Cavabdeh MMC tərəfindən verilən etibarnamə olmadıqda və ya etibarnamənin müddəti bitdiyi zaman hadisə baş verdikdə, bütün təmir xərcini satıcıya təmir üçün ödənilməsi” şərti dəymiş zərərin hissəvi ödəməsi barədə cavabdehin öhdəliyini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının bu barədə dəlilləri əsaslı deyildir və iddia tələbinin təmin olunması üçün məhkəmə tərəfindən qəbul oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 441.3-cü maddəsinə əsasən, əgər müqavilədə şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməzsə, qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya həyata keçirilməmiş icraya müvafiq hissədə icradan imtina edə bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən, əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı "xxxx" MMC-dən 11401 manat məbləğində dəymiş ziyanın tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı "xxxx" MMC-dən 11401 manat məbləğində dəymiş ziyanın tutularaq İddiaçı ödənilməsi” barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6882/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6882/2021
12.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver