Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-69/2025 09.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İB-nin əməkdaşları iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Qala südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə gəlmiş, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) təbii qazdan qeyri-qanuni, sayğacdankənar xətt vasitəsi ilə istifadə etdiyini əsas gətirərək akt tərtib etmişdirlər. Nəticədə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) 1944 manat məbləğində borc yazılmışdır.
İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) tələbi:
2. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Qala südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) **********02030 saylı abonent koduna itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 1944 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Qarşılıqlı iddia tələbi və cavabdehin iddiaya münasibəti:
3. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İB-nin nümayəndəsi X3 xx.xx.2023-cü il tarixində məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı Gülmirzə oğlu tərəfindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh İB-yə vurulmuş 1944 manat məbləğində zərərin, debitor borc üzrə 1059,90 manat və 50,04 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 3053,94 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (KOD 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50NABZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) nümayəndəsi (vəkili) Vəkil öz izahatında bildirmişdir ki, iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Qala südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə gəlmiş, həmin ünvanda quraşdırılmış sayğaca baxış keçirmiş və iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) təbii qazdan qeyri-qanuni, sayğacdankənar xətt vasitəsi ilə istifadə etdiyini əsas gətirərək akt tərtib etmişdirlər. Nəticədə iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) 1944 manat məbləğində borc yazılmışdır. Həmin ərazidə qazdan qeyr-qanuni istifadə edilməmişdir. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
5. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İB-nin nümayəndəsi X4 öz izahatında bildirmişdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən 2022-ci ilin yanvar ayında mənzilə baxış keçirilən zaman təbii qazdan istifadə qaydalarının pozulması aşkar edilmişdir. Daha sonra həmin pozuntu əsasında kat tərtib edilmiş, həmin akt əsasında Cavabdeh İB-yə 1944 manat ziyan dəydiyi müəyyən edilmişdir. İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) abonent saldosuna baxan zaman görünür ki, 2021-ci ilin 10-cu ayı 36 manat, 11-ci ayı 62 manat borc hesablanmış, lakin 12-ci ayda 17 manat borc hesablanmışdır. Bundan başqa sayğacda əlavə xətt aşkar olunduqdan və ayrıldıqdan sonra 2022-ci ilin fevral ayında yenidən 80 manat borc hesablanmışdır. Sonrakı aylar yenə həmən qaydada borc hesablanmışdır. Buna görə də tərtib edilmiş akt tam düzgündür. Bütün bunlar əlavə xəttdən istifadə olunmasına dəlaət edir. Məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
6. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” xx.xx.2017-ci il tarixli, 03/19269 №-li müqavilə.
7. xx.xx.2022-ci il tarixli, ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən, abonent təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə etmişdir.
8. 31 yanvar 2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair Tələbnaməyə əsasən, abonent təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə etmişdir, xx.xx.2022-ci il tarixli, ******* №-li akta əsasında hesablanmış ziyanın miqdarı 16200 m3 təşkil edir.
9. 13. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 may 2024-cü il tarixli, 3-16-16/2-3/443 №-li məlumata əsasən, göstərilən tarixdə tərəflər baxışda iştirak etmədikləri üçün tədqiqat obyektinə baxış baş tutmamışdır.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 27 avqust 2024-cü il tarixli, 3-16-16/2-3/1073 №-li məlumata əsasən, suala cavab verilməsi üçün xx.xx.2024-cü il tarixli ekspert vəsatəti verilmiş, həmin vəsatət 27 avqust 2024-cü il tarixinədək təmin edilməmişdir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2 dekabr 2024-cü il tarixli, 3-16-16/2-3/1534 №-li ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi.
12. Abonent saldosuna əsasən iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) 2022-ci ilin yanvar ayı üçün qalıq və aktlar bölməsi üzrə 1944 manat borc hesablanmışdır.
13. Abonentin saldosuna əsasən iddiaçıya 2023-cü ilin oktyabr ayı üzrə ayın sonuna borc bölməsi üzrə 1059,90 manat borc hesablanmışdır.
14. Fotoşəkillər.
15. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
17. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:
3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...
26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
18. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. (01 may 2022-ci il tarixədək qüvvədə olmuş redaksiyada) Qaz paylaycısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylaycısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylaycısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
21. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia təmin, qarşılıqlı iddia qismən təmin edilməlidir.
24. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı yenisi ilə əvəzlənmiş, qaz sayğacının klapanının bağlanmaması dəyəri ödənilməmiş təbii qazdan istifadə edildiyi müəyyən olunmuş və hesablanmış məbləğ iddiaçıdan (qarşılıqlı iddia üzrə cavabdeh) tələb edilmişdir. Məhkəmə qeyd edir ki, zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
25. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli, ******* nömrəli akta əsasən, “abonent təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə etmişdir.” (§7) Lakin iş materiallarında qaz qurğusunda qüsurun istehlakçının qəsdi və ya səhlənkarlığı nəticəsində baş verməsini sübut edən hər hansı bir dəlil göstərilməmişdir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və hesablanmış borc məbləği (cavabdeh tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyəri) silinməlidir.
26. Həmçinin, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 2 dekabr 2024-cü il tarixli, 3-16-16/2- 3/1534 №-li ekspert rəyinə əsasən, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. (§11)
27. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) deyil, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) özü daşıdığından, o cümlədən, xətaların normadan artıq olmasının iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) təqsiri üzündən baş verməsi sübuta yetirilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən həyata keçirilməli olduğundan, İddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) abunə koduna hesablanmış borc məbləğinin silinməsi barədə iddia tələbi təmin edilməlidir.
28. Məhkəmə qeyd edir ki, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İB-nin nümayəndəsi X3 xx.xx.2023-cü il tarixində məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, 1944 manat məbləğində zərərin, debitor borc üzrə 1059,90 manat və 50,04 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümumilikdə 3053,94 manat pulun İddiaçı tutularaq ona ödənilməsini xahiş etmişdir. (§3) İş materiallarına əlavə edilmiş İddiaçı məxsus abonent saldosuna əsasən, abonentə 2023-cü ilin oktyabr ayı üzrə ayın sonuna borc bölməsi üzrə 1059,90 manat borc hesablanmışdır. (§13) Buna görə də məhkəmə hesab edir ki, qarşılıqlı iddia həmin hissədə təmin edilməldir.
29. Qarşılıqlı iddia tələbinin 1944 manat məbləğində zərərin İddiaçı tutularaq Cavabdehnə ödənilməsi hissəsinə münasibətdə məhkəmə hesab edir ki, ilkin iddia təmin edildiyindən qarşılıqlı iddia həmin hissədə təmin edilməməlidir.
30. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli, ******* №-li akt əsasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən iddiaçının (qarşılıqlı iddia üzrə cavabdeh) **********02030 saylı abunə koduna hesablanmış 1944 manat məbləğində borc silinməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 1059,90 (min əlli doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə ödənilməlidir.
Məhkəmə xərcləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 39,44 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
32. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia qismən təmin edildiyindən qarşılıqlı iddia üçün ödənilmiş dövlət rüsumu iddianın qəbul edilmiş hissəsinə mütənasib olaraq azaldılaraq, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 30,60 (otuz manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizası üzrə 65 manat məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İlkin iddia təmin edilsin.
2. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Qala südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********02030 saylı abunə koduna hesablanmış 1944 (min doqquz yüz qırx dörd) manat məbləğində borc silinsin.
3. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehndən 39,44 (otuz doqquz manat qırx dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. 4.Ekspertiza tədqiqatlarının dəyəri 65 (altmış beş) manat cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. Qarşılıqlı iddia qismən təmin edilsin.
6. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı 1059,90 (min əlli doqquz manat doxsan qəpik) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə ödənilsin.
7. İddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşılıqlı iddia üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30,60 (otuz manat altmış qəpik) manat məbləğində pul vəsaiti tutularaq cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdehnə ödənilsin.
8. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin.
9. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova