Məhkəmə qərarları › İş №2(011)-6913/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6913/2023

08.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6913/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 151.1. iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 153.2.hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.4. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa. 153.3.Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. 153.4. ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5. ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6. iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. İşə baxan məhkəmənin mövqeyi: Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən, İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(011)-6245/2023 nömrəli mülki iş məhkəmənin icraatındadır. İddiaçı eyni tələblə bağlı eyni cavabdehə qarşı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, AR MPM-nin 153.2-ci maddəsinin tələblərinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa hakim iddia ərizəsinin icraata qəbulundan imtina etməlidir. Göründüyü kimi hazırki mülki iş üzrə məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair mülki iş icraatda olduğundan hazıki iddia ərizəsinin icraata qəbul edilməsi qeyri-mümkündür. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 153.2, 263- 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. İddiaçı cavabdeh Azəriqaz İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin.

2. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar