Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6916/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2024-cü il tarixli ******* nömrəli akt və digər sənədlərin etibarsız hesab edilməsi, 3110,40 (üç min yüz on manat qırx qəpik) borcun silinməsi tələbinə dair iddia ərizəsinə Xətai Rayon Məhkəməsində baxılması, "Azəriqaz” İstehsalat Birliyi tərəfindən tərtib edilmiş "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2024-cü il tarixli ******* nömrəli akt və digər sənədlər etibarsız hesab edilməsi, həmin akt əsasında hesablanmış 3110,4 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, Bakı şəhəri Binəqədi rayonu Rəsuzladə qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 13 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Uzun müddətdir ki, iddiaçı faktiki olaraq ailəsi ilə həmin ünvanda yaşayır. Həmin evdə iddiaçı tərəfindən istifadə olunan təbii qazın həcminin ölçülməsi üçün (istifadəsi kartla) olan qaz sayğacı yaşayış sahəsindən kənarda, açıq şəraitdə, hər hansı mexaniki müdaxilədən qoruyan metal yeşik olmadan, ictimai istifadə ərazisi olan Ü.Hacıbəyov küçəsində quraşdırılaraq, sayğac faktiki olaraq ictimai istifadəyə verilmişdir. 10 aprel 2024-cü il tarixdə iddiaçının evdə olmadı zaman "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları (istifadəsi kartla) olan qaz sayğaclarına baxış keçirmişlər. Həmin tədbirlər barədə iddiaçıya hər hansı sənəd və ya məlumat verilməmişdir. "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2024-cü il tarixli ******* nömrəli AKT surətinin baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə qeyd bölməsində göstərilir ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir, dəymiş ziyan hesablansın və ödənilsin. Son günlərdə qaz ödəmə kartına pul yüklərkən, qaz kartında pulun silinməsini görüb 21 iyun 2024-cü il tarixdə "Azəriqaz” X2 Qaz İdarəsinə gedərək səbəbini araşdırdıqda iddiaçıya həmin aktın və digər elektron sənədlərin surəti verilərək 3110,40 (üç min yüz on manat qırx qəpik) cərimə olunmağı və qaz kartına pul yüklədikd onun 50 faizi tutulub silinməsi barədə məlumat verildi. Belə ki, iddiaçı Binəqədi Qaz İdarəsinə getməsəydim iddiçıya bu barədə məlumat verilməyəcəkdi. Sonradan iddiaçıya təqdim olunan akta iddiaçının soyadı, adı qeyd olunsa da, iddiaçının iştirakı və imzası yoxdur. Vətəndaşlıq hüquqları pozularaq əsassız akt tərtib etmişlər. Cavabdeh istinad olunan sənədlərin oxunması mümkün olan nüsxələrini və ya təsdiq olunmuş surətlərini iddiaçıya verməmişlər. İddiaçı iddia tələbinin dəyişdirilməsi ilə bağlı məhkəməyə ərizə verərək, məhkəmədən məhkəmədən xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən hesablanmış 3110,40 manat məbləğində borcun silinməsini tələb etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsiin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları İddiaçı barəsində Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib edilmişdir. Aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni olaraq istifadə etdiyi qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. Abonentin saldosuna əsasən 2024-cü il aprel ayı üzrə 3110,40 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı filialının xx.xx.2024-cü il tarixli 3-15-2-1/2-207/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh İB Bakı Regional Qazın Satışı Departamenti Enerji X1 Bakı Filialına müraciət edərək qazdan qanunsuz istifadəyə görə 330 nəfərin, o cümlədən, ünvan 1 ünvanında yaşayan İddiaçı Xudyar oğlunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Daxil olmuş sənədlər təhlil edilmiş, sakinlərin inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Daxil olmuş sənədlər təhlil edilmiş, sakinlərin inzibati məsuliyyətə cəlb olunmasına əsaslar olmadığından daxil olmuş material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasının rədd edilməsi barədə Filial tərəfindən xx.xx.2024-cü il tarixli qərardad qəbul edilmiş və xx.xx.2024-cü il tarixli məktubla departamentə göndərilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və ya kənar xətt aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Bakı filialı tərəfindən Cavabdeh İB-dən abonent barəsində təqdim edilmiş sənədlər təhlil edilmiş, sakinin inzibati məsuliyyətə cəlb olunmasına əsaslar olmadığından daxil olmuş material üzrə inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən edilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən İddiaçı 3110,40 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB tərəfindən iddiaçıya iddia hesablanmış iddia tələbi həcmində 3110,40 manat məbləğində borc silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 51,11 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri Binəqədi rayonu Rəsuzladə qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 13 nömrəli fərdi yaşayış evi üzrə abonent İddiaçı (abonent kodu: **********00000) xx.xx.2024-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 3110,40 (üç min yüz on manat, qırx qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 51,11 (əlli bir manat on br qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova