Məhkəmə qərarları › İş №2(011)-695/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-695/2025

17.07.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-695/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı (X12 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı (X12 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsindəki 25 saylı evin 5 otaqdan ibarət 16-cı mənzil iddiaçının dədə-baba evi olmuş, sonda ev anası Əminə Axundovanın mülkiyyətində olmuş, sonuncunun vəfatından sonra 2023-cü ilin sonlarında məlum olmuşdur ki, iddiaçının bacısı Cavabdeh1 saxta vəsiyyətnamə əsasında mənzili öz adına keçirmişdir. Belə ki, Cavabdeh1 qardaşlarına qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsində payların əlindən alınması barədə iddia qaldırmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsi isə iddiaçı və qardaşının əleyhinə qətnamə qəbul etmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti verilməsi üçün vəkil tutmuş, vəkil tərəfindən araşdırma zamanı məlum olmuşdur ki, guya ki, iddiaçının anası Əminə Axundova Bakı şəhəri 40 saylı Notariat Ofisində özünə məxsus bütün əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. İddiaçı hesab edir ki, həmin vəsiyyətnamə etibarsızdır və nəticələri ləğv edilməlidir. Belə ki, qeyd olunan vəsiyyətnamədən də görünür ki, iddiaçının anası vəsiyyətnaməni özü tərtib etməmiş, notariusun işçisi tərəfindən latın əlifbası ilə yazılmış, sonda isə ona vərəqin ortasında imza etdirmişdir. İddiaçının anasının yaşadığı Abşeron rayonunda kifayət qədər notarius ofisi olduğu halda, həftənin altıncı günü, işin son dəqiqələrində onun Xətai rayonunda yerləşən notariat ofisinə aparılaraq, orada vəsiyyətnaməyə imza atdırılması iddiaçının bacısı tərəfindən əvvəlcədən qurulmuş ssenari olmaqla, dədə-baba mülkü olan mənzili öz adına keçirmək məqsədi daşımışdır. Həmçinin qeyd olunan vəsiyyətnamədəki imza iddiaçının anasına məxsus deyil, anasının imzaladığı digər sənədləri məhkəmə araşdırması zamanı müəyyən edib məhkəməyə təqdim edəcəkdir. Vəsiyyətnamədə olan şəxslər iddiaçının bacısı tərəfindən gətirilmiş və onunla yaxın əlaqələri olmuşdur. İddiaçının anasının yazıb-oxuma qabiliyyəti olmamış, mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin məlumatı olmamış, onlarıpn vəsiyyətnamənin tərtibində iştirakı təmin edilməmiş və ya onlara heç bir məlumat verilməmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, qeydiyyatda olmaqla yaşadıqları Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsindəki 25 saylı evin 5 otaqdan ibarət 16-cı mənzilinə dair mərhum anası X7 tərəfindən xx.xx.2009-cu ildə verilmiş və Bakı şəhəri 40 saylı Notariat Ofisi tərəfindən təsdiq edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi və həmin vəsiyyətnamənin hüquqi nəticələrinin ləğv edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, həmçinin bildirmişdir ki, vəsiyyətnaməni imzalayarkən anasının 88 yaşı olmuş, gözü görməmiş, yaza bilməmişdir. Anasına bütün uşaqları baxmış, ləvazimatları iddiaçı və qardaşları almış, Aybəniz isə ona qulluq etmişdir. Anasına baxmaq cavabdehin borcu idi. Cavabdeh ailə qurmamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməməklə yanaşı, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş etiraz ərizəsində qeyd edilmişdir ki, mərhum vəsiyyətnamə verilən zamanı anlaqlı olmuşdur. Bu notarius tərəfindən yoxlanılmışdır. Bundan başqa iddiaçı iddia ərizəsində X1nın yazıboxuya bilməməsi bildirmişdir. X1 ali təhsilli, əmək fəaliyyəti olmuşdur. Bundan başqa X1nın Abşeron rayonunda yaşamasına dair göstərilənlər də həqiqəti əks etdirmir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12 bildirmişdir ki, bacısı Cavabdeh1 onlara qarşı məhkəmədə iddia qaldırdıqları zaman vəsiyyətnamədən məlumatları olmuş, Aybənizi qardaşları saxlamış, oxutdurmuş, anaları sağ olan zaman ləvazimatlarını qardaşları alıb gətirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 40 saylı notariat ofisi və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 40 saylı Notariat ofisi tərəfindən təsdiq edilmiş 28 avqust 2009-cu il tarxli vəsiyyətnamənin surətindən görünür ki, X7 ölən günədək ona məxsus olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün daşınar və daşınmaz əmlaklarını qızı Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 812764 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 14 may 2016-cı il tarixdə vəfat etmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş İddiaçı **********154 nömrəli, 10 sentyabr 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 14 may 2016-cı il tarixdə vəfat etmiş anası X3 qalan mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissəyə dair X16 hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş X8 **********154 nömrəli, 10 sentyabr 2023-cü il tarixli ərizəsinin surətindən görünür ki, İddiaçı 14 may 2016-cı il tarixdə vəfat etmiş anası X3 qalan mirasın tərkibinə daxil olan əmlakdan ona çatası hissəyə dair X16 hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. İş materiallarında olan reyestrdə 2V-845 № ilə qeyd edilmiş, 15 noyabr 2016-cı il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 28 avqust 2009-cu ildə təsdiq edilən və reyestrdə 2V-168 № ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 14 may 2016-cı ildə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsələri ½ payla Cavabdeh1dır, şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildən ibarətdir. İş materiallarında olan reyestrdə 2V-846 № ilə qeyd edilmiş, 15 noyabr 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 may 2016-cı ildə vəfat etmiş X4 vərəsəsi Cavabdeh1dır, o, miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildən ibarətdir. Miras əmlakın ½ hissəsinə dair Vəsiyyət üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 2/8 hissəsinə dair gələcəkdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan reyestrdə 2V-847 № ilə qeyd edilmiş, 15 noyabr 2016-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 may 2016-cı ildə vəfat etmiş X4 vərəsəsi X5r, o, miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildən ibarətdir. Miras əmlakın ½ hissəsinə dair Vəsiyyət üzrə Vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras əmlakın 2/8 hissəsinə dair gələcəkdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə veriləcəkdir. İş materiallarında olan reyestrdə 2V-502 № ilə qeyd edilmiş, 12 sentyabr 2023-cü il tarixli X16 hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 may 2016-cı il tarixdə vəfat etmiş X4 vərəsələri X9r və o, miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildir. İş materiallarında olan reyestrdə 2V-503 № ilə qeyd edilmiş, 12 sentyabr 2023-cü il tarixli X16 hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 may 2016-cı il tarixdə vəfat etmiş X4 vərəsələri İddiaçıdur və o, miras əmlakdan 1/8 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən 16 saylı mənzildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 111.86 kv/m olan 16 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 1/8 hissədə, 19 sentyabr 2023-cü il tarixdə, Cavabdeh1 adına 5/8 hissədə 24 noyabr 2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2025-ci il tarixli, 4/664 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 28 avqust 2009-cu il tarixli Vəsiyyətnamədə “İmza” qrafasındakı imza və “əminə” əlyazması, həmin vəsiyyətnamənin mülki işin 106-cı vərəqində olan digər nüsxələrinin kserosurətində “İmza” qrafasında əks olunmuş imza və “əminə” əlyazması X7 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər), birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1202.2-ci maddəsinə əsasən, məcburi payın qəbul edilməsi və ya ondan imtina olunması mirasın qəbul edilməsi və ya ondan imtina olunması üçün müəyyənləşdirilmiş vaxt ərzində həyata keçirilməlidir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1225.1-ci maddəsinə əsasən vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. 1225.2-ci maddəsinə əsasən qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. 1225.3-cü maddəsinə əsasən əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. 1230-cu maddəsinə əsasən qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 59-cu maddəsinə müvafiq olaraq, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən, notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır. Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də müəyyən etməyə çalışmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə “Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, X.Məmmədov küçəsi, 25 saylı evin 16 saylı mənzilə dair miras qoyan Əminə Axundova tərəfindən 2009-cu ildə vəsiyyətnamə tərtib edilərək, ölən günədək ona məxsus olan daşınar və daşınmaz əmlakını Cavabdeh1 vəsiyyət etmişdir. 15 noyabr 2016-cı il tarixli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh1 miras əmlakdan ½ hissədə pay, eyni tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə 1/8 hissədə pay verilmişdir. İddiaçı X10 və onun qardaşı X8 müraciəti əsasında onlara X16 hüququ haqqında şəhadətnamə üzrə hər birinə miras əmladan 1/8 hissədə pay müəyyən edilmişdir. İddiaçı hazırda miras qoyan Əminə Axundova tərəfindən 2009-cu ildə verilmiş vəsiyyətnaməni mübahisələndirərək, həmin vəsiyyətnamənin etibarsız hesab edilməsini və hüquqi nəticələrinin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini vəsiyyətnamədəki imzanın mərhuma məxsus olmaması, anasının yaşlı olması ilə əsaslandırmışdır. Mülki iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası əsasında, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 may 2025-ci il tarixli, 4/664 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim edilmiş 28 avqust 2009-cu il tarixli Vəsiyyətnamədə “İmza” qrafasındakı imza və “əminə” əlyazması, həmin vəsiyyətnamənin mülki işin 106-cı vərəqində olan digər nüsxələrinin kserosurətində “İmza” qrafasında əks olunmuş imza və “əminə” əlyazması X7 tərəfindən icra olunmuşdur. Eyni zamanda iddiaçı da məhkəmə iclasında verdiyi izahatı ilə təsdiq etmişdir ki, cavabdeh heç vaxt ailə qurmamış, anasına qulluq etmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq və işdə olan sübutarı qiymətləndirərək belə qənaətə gəlir ki, vəsiyyatnamənin etibarsız sayılması üçün heç bir qanuni əsaslar müəyyən edilmədiyindən, iddia tələbi əsassız olduğundan təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Bakı şəhəri 40 saylı Notariat Ofisinə qarşı (X12 və X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “vəsiyyətnamənin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar