Məhkəmə qərarları › İş №2(011)-696/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-696/2022

01.04.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-696/2022 01.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs “Qəyyumluq və Himayəçilik Komissiyası” nın nümayəndəsi X2, Ərizəçi iştirakları ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 09 yanvar 1972-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi R.H.Məmmədova ərizəni müdafiə edərək izahatında bildirdi ki, qardaşı N.V.Xudiyev 09 yanvar 1972-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, 1989-cu ildən o baş beynin üzvi xəstəliyi nəticəsində intellektin və yaddaşın enməsi, qıc olma tutmaları xəstəliyi ilə əlaqədar 26 nömrəli şəhər poliklinikasının ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır və İ qrup əlildir, qardaşı xəstəliyi ilə əlaqədar hərəkətlərinin mənasını başa düşmədiyindən öz hərəkətlərini idarə edə bilmir, atası və anası rəhmətə getmişdir, bu səbəbdən qardaşını qəyyumluğa götürmək istəyir, ailəsi X5 qəyyumluğa götürməyinə etiraz etmir. Sonda ərizəçi R.H.Məmmədova ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi E.M.Əhmədov ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə X1 müvafiq rəyinin əsas götürülməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan İ-JQ seriyalı 335548 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 09 yanvar 1972-ci il tarixdə Bakıda anadan olmuşdur, onun atası X6r. İş materiallarında olan AZB seriyalı 142075 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxxx 1970-ci il tarixdə Bakıda anadan olmuşdur, onun atası X6r. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi bölmələri idarə etmə Birliyi” X14 Bakı şəhər Baş Səhiyyə Mərkəzi 26 nömrəli şəhər poliklinikası tərəfindən 24 noyabr 2021-ci il tarixdə verilmiş 426 №-li arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, ev 10A-da qeydiyyatda olan 09.01.1972-ci il təvəllüdlü X8 1989-cu il tarixdən “baş beynin üzvi xəstəliyi nəticəsində intellektin və yaddaşın enməsi, qıc olma tutmaları” diaqnozu ilə poliklinikanın ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır və İ qrup əlildir. İş materiallarında olan 66 saylı MKİS tərəfindən verilmiş 22.11.2021-ci il tarixli 2900 №-li arayışdan görünür ki, X8 Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, ev 10A-da qeydiyyatdadır. İş materiallarında olan 66 saylı MKİS tərəfindən verilmiş 22.11.2021-ci il tarixli 2901 №-li arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Xətai rayonu, Dostluq küçəsi, ev 10A-da qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Xətai şöbəsi tərəfindən verilmiş 080126 saylı vəsiqənin surətindən görünür ki, X7 1 qrup əlilliyə görə 01.12.2004-cü il tarixdən ömürlük pensiya təyin edilmişdir. İş materiallarından görünür ki, AR Səhiyyə Nazirliyi Məhkəmə X1 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 07.03.2022-ci il tarixli 586 saylı rəyinə əsasən, X4 baş-beynin üzvi xəstəliyi nəticəsində əqli gerilik, davranış pozuntuları, anamnezində qıcolma tutmaları müəyyən edilir, hal-hazırda onun düçar olduğu psixi xəstəlik və onda müəyyən edilən əqli gerilik ilə əlaqədar o, öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onlar idarə etmək iqtidarında deyildir, buna görə də X8 taç fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X8 onda müəyyən edilən baş-beynin üzvi xəstəliyi nəticəsində əqli gerilik, davranış pozuntuları, anamnezində qıcolma tutmaları ilə səbəbindən səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, X3 bacısıdır, N.Xudiyevdə baş-beynin üzvi xəstəliyi nəticəsində əqli gerilik, davranış pozuntuları, anamnezində qıcolma tutmaları olması diaqnozu qoyulmuşdur, hazırda Bakı şəhər Baş Səhiyyə Mərkəzi 26 nömrəli şəhər Poliklinikasının ruhi-əsəb xəstəlikləri kabinetində qeydiyyatdadır və İ qrup əlildir, o, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Bununla belə, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəlləninn 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən,şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 09 yanvar 1972-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinin tələbinə görə, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 09 yanvar 1972-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X3 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar