Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6992/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə KSR000431 saylı 12.05.2021-ci il tarixli Nisyə alqısatqı müqaviləsi üzrə 256 manat əsas borcun, 9.68 manat cərimə borcunun və 20 axn məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 AZN dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış KSR000431 saylı 12.05.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh 256 manat dəyərində nisyə aldığı malın dəyərini müqaviləyə əlavə olan Ödəniş cədvəlinə uyğun olaraq, hər ay ödəmək şərtilə 6 ay müddətinə ödəməyi öhdəsinə götürüb, "xxxx" MMC ilə İddiaçı MMC arasında imzalanan Faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 256 manat məbləğindəki tələb hüququ İddiaçı MMC–yə keçmişdir, tələb hüququnun İddiaçı MMC–yə keçməsi barədə Nisyə-alqı satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir, İddiaçı MMC 18.11.2020-ci il tarixdə təşkilati hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir, cavabdeh müqavilənin şərtlərini pozaraq öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir, yaranmış borcla bağlı cavabdehə xəbərdarlıq göndərilmiş, lakin o öhdəliyini icra etməkdən yayınmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 12.05.2021-ci il tarixdə KSR000431 saylı Nisyə Alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, 175/70R13 HAİDA markalı mal müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 12.05.2021-ci il tarixli KSR000431 saylı Nisyə Alqı-Satqı müqaviləsinə 1 saylı Əlavədən görünür ki, Cavabdeh nisyə məbləği 256 manat olan 175/70R13 HAİDA markalı malı 0 manat ilkin ödəniş etməklə, 6 ay müddətinə, aylıq ödənişi 42.67 manat olmaq şərti ilə almışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında 25.02.2020-ci il tarixli R-446/20 saylı Faktorinq müqaviləsi və 14.06.2021-ci il tarixli Faktorinq müqaviləsinə əlavə olunan R-446/20-0033 nömrəli Saziş bağlanmışdır. Bu Müqavilə və ona əlavə olunan Sazişə əsasən tələb hüququ "xxxx" MMC-yə keçmişdir. İş materiallarından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağlanan 12.05.2021-ci il tarixli KSR000431 saylı müqavilədən irəli gələn pul tələbinin hamısının "xxxx" MMC-yə güzəşt edilməsi barədə bildiriş təqdim edilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 25.08.2021-ci il tarixə 12.05.2021-ci il tarixli KSR000431 saylı müqavilə üzrə borcu əsas məbləğ üzrə borcu 256 manat, cərimə borcu 9.68 manat olmaqla, cəmi borcunun məbləği 265.68 manat təşkil edir. İş materiallarında olan 12.05.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, 175/70R13 HAİDA markalı Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC 24.08.2021-ci il tarixdə cavabdehə borcunu 3 gün müddətində ödəməsinə dair bildiriş göndərmişdir. İş materiallarında olan 26.08.2021-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 20 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik xidmət haqqı ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında 175/70R13 HAİDA markalı mala dair KSR000431 saylı 12.05.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermişdir, "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanmış müqavilə və sazişə əsasən tələb hüququ "xxxx" MMC-yə keçmişdir, alıcı Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan əsas borcu 256 manat, cərimə borcu 9.68 manat olmaqla, ümumilikdə 265.68 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, KSR000431 saylı 12.05.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən 256 manat əsas borc, 9.68 manat cərimə borcu Cavabdeh alınaraq "xxxx" MMC -yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 20 manat məbləğində dövlət rüsumu, 0,40 qəpik dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqı cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. KSR000431 saylı 12.05.2021-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən, 256 (iki yüz əlli altı) manat əsas borc, 9 (doqquz) manat 68 (altmış səkkiz) qəpik cərimə borcu və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 20 (iyimi) manat, dövlət rüsumunun ödənilməsi ilə bağlı ödənilmiş 0,40 (qırx) qəpik xidmət haqqı Cavabdeh tutularaq İddiaçınə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6992/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6992/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver