Məhkəmə qərarları › İş №2(011)-6995/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6995/2022

29.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6995/2022 29.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Maqsud Abdullayev küçəsində yerləşən fərdi yaşayış evi ünvanına (abonent kodu: **********00470) hesablanmış 518,40 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Maqsud Abdullayev küçəsində quraşdırılmış G-4 markalı 1502AZ**********49 zavod nömrəli itron tipli qaz sayğacı xx.xx.2021-ci il tarixində Zenner G-4 markalı **********3 zavod nömrəli qaz sayğacı ilə əvəz edilərək dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlaması ilə bağlı tərtib olunmuş xx.xx.2022-ci il tarixli .VİSK 29/17/10- 00023-1 nömrəli aktda qeyd olunmuşdur ki, sayğacın klapanı işlək vəziyyətdə deyil, yivli birləşmələr korroziyaya uğrayıb və sayğacın çıxış plastmas borusu deşilib. Sayğacın yaddaş arxivi oxundu. Sayğacın istismar müddətində ALARM-1 rejimi aşkar olunmayıb. Xətalar normadan artıqdır. Sayğac nominal və minimal sərfiyyatda 100% nisbi xətayla işləyir. Hesablama mexanizmi nominal və minimal sərfiyyatda keçən qazın hecmini qeyd etmir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə 4320 m.3 (dəyəri 518.4 azn) dəymiş ziyan hesablanmışdır. Tərəfindən qeyd olunan sayğaca hər hansı bir şəkildə müdaxilə olunmamışdır. Qaydaların 5.4-cü bəndinə əsasan qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə lutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Cavabdehin əlavə hesabat aparılması ilə bağlı hərəkətləri qanunsuz olmuşdur. “Qaz təchizatı haqqında" Qanunun 21-ci maddəsinə əsasən cavabdeh təşkilat qanunda nəzərdə lutulmuş hallarda təbii qazın istehlakçıları barəsində müvafiq cərimə tədbirləri tətbiq edə bilər. Lakin qeyd olunmalıdır ki, həmin tədbirlər müvafiq normativ hüquqa akta əsaslanmalıdır. Qanundan isə görünür ki, cərimənin hesablanması qaydası müəyyən edilməmişdir. Yəni cərimənin hesablanması prosedurunun hüquqi tənzimlənməsi qanunda nəzərdə tutulmamışdır. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilən Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməlidir. Hesab edir ki, barəsində itirilmiş qazın bərpası ilə əlaqədar hesablanmış əlavə sərfıyyat dövlət qeydiyyatına alınmamış Təlimat əsasında hesablandığından, həmin hesabat qanuni hesab edilə bilməz. Bundan başqa cavabdeh təşkilat tərəfindən əlavə sərfıyyat hesablanarkən əsas götürülən hesabat müddətinində hər hansı qanuni əsası yoxdur. Məsələ ilə bağlı Bakı Regional Qazın Satışı Departamentinə müraciət etsə də, heç bir əsaslı cavab verilməmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə abonentin saldosundan müəyyən olunur ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi. Maqsud Abdullayev küçəsində yerləşən evə dair **********00470 saylı abonent kodu İddiaçı aiddir. “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” xx.xx.2021ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Maqsud Abdullayev küçəsində yerləşən evdə qaz xəttinin üzərində quraşdırılmış, İtron G-4 markalı 1502AZ**********49 nömrəli qaz sayğacı Zenner G-4 markalı **********3 nömrəli qaz sayğacı əvəzlənmişdir. X2 xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi. Maqsud Abdullayev küçəsində yerləşən evdə qaz xəttinin üzərində quraşdırılmış, G-4 markalı, 1502AZ**********49 nömrəlı sayğacın klapanının işlək olmadığı, sayğacdan keçən qazın həcmini qeyd etmədiyi müəyyən edilərək akt tərtib olunmuşdur. X2 Bakı RQSD-nin xx.xx.2022-ci il tarixli "Dəymiş ziyanın bərpasına dair" tələbnaməsinin surətindən müəyyən olunur ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratonyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-00023-1 nömrəli aklına əsasənG-4 markalı, 1502AZ**********49 saylı sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar edilmiş, mövcud sayğacın yeni sayğacla əvəz edilməsi və itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 4320 m3 qaz itkisinin ödənilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı akt üzrə tələb olunan qaz sərfiyyatına görə borc 518,40 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh, xx.xx.2022-ci il tarixli ******* saylı aktına əsasən istehlakçıya qaz sərfiyyatına görə dəymiş ziyan hesablanmalı olmasını müəyyən etmiş, xx.xx.2022-ci il tarixli qərarına əsasən ziyanın 518,40 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etmişdir. Ona görə də məhkəmə iddiaçının hesablanan borcun silinməsinə dair tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Maqsud Abdullayev küçəsində yerləşən fərdi yaşayış evi ünvanına (abonent kodu: **********00470) qaz itkisinə görə hesablanmış 518,40 (beş yüz on səkkiz manat 40 qəpik) manat borcun silinməsi cavabdeh X3 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar