Məhkəmə qərarları › İş №2(011)-70/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-70/2022

02.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-70/2022 02.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2nə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq ünvan 2 ünvanında yaşayır. xx.xx.2007-ci il tarixdə Cavabdeh2 İB tərəfindən Bakı şəhəri, ünvan 3 ünvanda yerləşən istixan ada qeyri-əhali üçün nəzərdə tutulmuş G-4 markalı, ******* №-li sayğac quraşdırılmış, 316916 №-li plomb vurulmuş, **********02040 №-li abonent kodu verilmiş və “Qaz sayğaclarının quraşdırılması, yoxlanılması, istismara qəbulu və abonentə təhvili haqqında” AKT tərtib edilərək onun imzası ilə təqdim olunmuşdur. Onunla cavabdeh arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın al qısatqısı barədə» müqavilə bağlanmamış və o, hər lıansı bir müqaviləyə imza atmamışdır. xx.xx.2011-ci il tarixdə Cavabdeh2 İB tərəfindən Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən istixanada quraşdırılmış G-4 markalı, ******* №-li sayğacı dəyişərək, qeyri-əhali üçün nəzərdə tutulmuş yeni G-6T ELSTER tipli, 28195597W №-li sayğac ilə əvəz etmişdir. 02 fevral 2012-ci ildə onun iştirakı olmadan Cavabdeh2 İB tərəfindən Bakı şəhəri, ünvan 4 ünvanında yerləşən həyətindəki istixanada qeyri-əhali üçün nəzərdə tutulmuş G-6T ELSTER tipli, 28195597W № li sayğac aparılmış, qaz təchizatının dayandırılması barədə 020533 № li AKT tərtib edilmiş, sayğac dövlət yoxlamasında yoxlamadan keçmişdir. 06 fevral 2012-ci il tarixli, MS 26№-li rəy əsasında sayğacın çıxışındakı plastmas boruya deşici alətlə müdaxilə olunması qeyd edilmiş, 1010 manat məbləğində zərər hesablanmış və ümumilikdə onun hesab koduna 1010 manat borc yazılmışdır. 26 iyul 2012-ci il tarixdə Cavabdeh2 İB, X1ı sahəsinin KQ 4518/6-6 №li xəbərdarlığında 2012-2013-cü il, yeni qış mövsümünün başlanması ilə əlaqədar yeni müqavilə bağlanmasını təklif etmiş, şifahi olaraq 1010 manat dəymiş zərərin ödənilməsindən sonra müqavilə bağlanacağı bildirilmişdir. xx.xx.2016-cı il tarixdə Cavabdeh2 İB-nin əməkdaşları Bakı şəhəri, ünvan 4-da yerləşən mənzildə və istixanada “Daxili qaz avadanlıqlarına texniki baxış xidməti işlərinin keçirilməsi” haqqında yoxlama aparmış, heç bir nöqsanın aşkar edilməməsi barədə 0609328№-li akt tərtib etmişdir. O, istixanada istiliyə tələbatı olmayan məhsullar əkdiyi üçün təbii qazdan imtina etmişdir. Abonentin saldosundan da görünür ki, onunla arasında 08 may 2017-ci il tarixdə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 04/11020№-li müqavilə həqiqəti əks etdirmir. Onunla cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır. xx.xx.2020-ci il tarixdə Cavabdeh2 İB-nin əməkdaşları tərəfindən onun ünvanında yerləşən həyətindəki istixanaya baxış keçirilmiş və təbii qazdan istifadə etməsi faktı aşkar edilməmişdir. Qeyri-qanuni tərtib edilmiş Akt barədə ona heç bir məlumat verilməmişdir. Ona təqdim edilmiş 4 №-li foto-şəkildə hal-hazırda qonşusu tərəfindən istifadə olunan sayğacdan kənar xətt öz əksini tapmışdır. Qonşusunun abonent kodu və sayğacı olmadığı üçün "Azəriqaz" İB-nin nümayəndələrinin tərtib etdikləri AKT əsasında dəymiş maddi zərərin əvəzinin ödənilməsi onun üzərinə qoyulmuşdur. 3 №-li şəkildə ləğv edilmiş G-6T ELSTER tipli, 28195597W № li sayğacın qaz xəttinə birləşməsinin izi, 2 №-li şəkildə əhali üçün nəzərdə tutulmuş yeni sayğac və nəhayət 1 №-li şəkildə istixanada heç bir istilik sisteminin olmaması aşkar görünür. Cavabdeh "Azəriqaz" İB-nin tərtib etdiyi qeyri-qanuni, imzasız AKT-a əsasən guya sayğacdan kənar təbii qazdan istifadə edilmiş, birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh "Azəriqaz" İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh2 İB qaz xəttinə və ya sayğaca, məhz onun tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları təqdim etməmişdir. Onun imzası olmayan tərtib edilmiş AKT isə qaz xəttinə və ya sayğaca müdaxilənin məhz onun tərəfindən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hər-hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda əsas qaz kəmərində qaynaq izləri qalır. Bu səbəbdən yerində məhkəmə baxışı keçirilməsi zərurəti yaranır. Cavabdeh2 İB Bakı Regional Qazın Satışı Departamenti qeyd olunmuş müdaxilənin ona aid olmasını sübuta yetirmədikləri halda, Cavabdeh2 İB Bakı Regional Qazın Satışı Deportamenti «komissiyasının üzvləri» tərəfindən tərtib edilmiş inzibati AKT əsasında onun hesab koduna əsassız olaraq borc yazılmışdır. Halbuki, onun tərəfindən təbii qazdan qanunsuz istifadə halına yol verilməmişdir. O, cavabdeh Azəriqaz" İB-yə “itirilmiş qazın dəyərinin hesablanması komissiyasına müraciət edərək 1010 manat dəymiş zərər barədə qəbul edilmiş inzibati AKT-ı tələb etsə də, həmin AKT ona təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 №-li qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə» Qaydalarına əsasən sayğaca baxış istehlakçının iştirakı ilə keçirilməli və iki nüsxədən ibarət AKT tərtib olunaraq bir nüsxəsi istehlakçıya verilməlidir. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh2 İB-si tərəfindən tərtib edilmiş AKT-ın ləğv edilməsi və həmin aktdan irəli gələn 1010 manat məbləğin onun hesab kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq qeyd etmişdir ki, fərdi sahibkar deyil, VOEN-i yoxdur, istixanada ailəsi üçün lazım olan mövsümi tərəvəzləri yetirşdirir. Məhkəmə iclası barədə Cavabdeh2 İB-nə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh2 İB-si tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı 2012-ci il üçün 1010 manat borcu vardır. İş materiallarında olan Qaz sayğacının Dövlət Yoxlamasından keçirilməsinin nəticələri barədə Qazsalma İdarəsinin MS 26 №-li rəyinin surətindən məlum olur ki, 06 fevral 2012ci il tarixdə Dövlət yoxlamasına gətirilmiş X1 Sahəsinin xidmət ərazisində Maştağa qəsəbəsi, Xanlar küçəsində yerləşən İddiaçı məxsus istixanada quraşdırılmış qaz sayğacına baxış keçirilmiş və sayğacın çıxışındakı plastmas boruya hər hansı bir deşici alətlə müdaxilə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 10/6999 saylı, 17 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, ünvan 4 ünvana baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda Cavabdeh2 İB-si tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2019-cu il tarixli, ******* nömrəli aktın surətində “abonentin təbii qazdan d 15 mm-lik rezin boru vasitəsilə istifadə etdiyi aşkar olundu” qeyd edilsə də, cavabdeh iddiaçı tərəfindən sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etməsi, eyni zamanda iddiaçıya məxsus həyətyanı sahəyə (istixanaya) dair hesablanmış 1010 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/6999 saylı, 17 yanvar 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertə təqdim edilmiş Bakı şəhəri, ünvan 4 ünvana baxış zamanı təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və s.) aşkar edilməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, SOCAR Cavabdeh2 İB-si tərəfindən tərtib olunmuş akt ləğv edilməli, iddiaçının yaşadığı evə dair hesablanmış 1010 manat məbləğində borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 İB-si tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 mart 2019-cu il tarixli, ******* nömrəli akt ləğv edilsin. Cavabdeh2 tərəfindən İddiaçı məxsus Bakı şəhəri, ünvan 4 ünvanına dair əsassız hesablanmış 1010 manat borc məbləğini silmək vəzifəsi Cavabdeh2nə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar