Məhkəmə qərarları › İş №2(011)-70/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-70/2025

25.11.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-70/2025 25.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı tikilinin sökülərək “Mühafizə Zonasından” çıxarılması tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Heydər Əliyev adına X4 Cavabdeh qarşı - Cavabdeh tərəfindən Xətai rayonu, (NZS qəs.) Zakir Yusifov küç. 16/6 “A” ünvanında yaşadığı evin damında 6 x 3 x 3.5 metr ölçüdə inşa edilmiş tikilinin özbaşına (qanunsuz) tikili hesab edilməsi və tikilinin sökülərək “Mühafizə Zonasından” çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Heydər Əliyev adına X5 məxsus Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonasf’nın 21 metrlik məsafəsində Xətai rayonu, (NZS qəs.) Zakir Yusifov küç. 16/6 “A”-da özbaşına, yaşadığı evin damında taxtadan və metal lövhələrdən istifadə edilməklə 6 x 3 x 3.5 metr ölçüdə əlavə otaq inşa edilmişdir. Bundan başqa həmin Dş-300 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-400 mm, Dş-200 mm, Dş-300 mm və 3 ədəd Dş-250 mm neft boru kəmərləri keçir. Azərbaycan Respublikasının Prezidentinin 24 yanvar 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X6 Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası’’na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq, həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq cavabdeh tərəfində zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrıayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, neft boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. “Mühafizə Zonaları”nın müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, neft boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək, bildirdi ki, cavabdeh tərəfindən Heydər Əliyev adına X5 məxsus Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonasının” 21 metrlik məsafəsində Xətai rayonu, (NZS qəs.) Zakir Yusifov küç. 16/6 “A”-da özbaşına, yaşadığı evin damında taxtadan və metal lövhələrdən istifadə edilməklə 6 x 3 x 3.5 metr ölçüdə əlavə otaq inşa edilmişdir, Habelə həmin Dş- 300 mm neft boru kəmərinə paralel zavoda məxsus Dş-400 mm, Dş-200 mm, Dş-300 mm və 3 ədəd Dş-250 mm neft boru kəmərləri keçir, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 02 noyabr 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən neft boru kəmərlərinin marşrutu boyunca-boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası’’na aid edilir, “Mühafizə Zonası”nda Azərbaycan Respublikasının Energetika Nazirliyinin rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır, qeyd edilənlərə əsasən iddia tələbinn təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğundan təmin edilməməsini xahiş etdi və bildirdi ki, onun mülkiyyətində olan əmlak uzun müddət öncə, keçən əsrin sonunda tikilmiş, qeyd olunan neft boru kəməri sonradan təxminən 2006-cı ildə çəkilmiş və onun ərazisinə doğru qabağa gəlmişdir, onun evi ilə Rezervuar parkı arasında 120 metr məsafə vardır, habelə cavabdehin evinin sağında, solunda rəsmi çıxarışlı evlər olub, ərazinin iddiaçı tərəfin mülkiyyətində olması mümkün deyildir, sonradan gəlib ərazini zəbt edib ona məxsus olmasını bildirmələri düzgün deyildir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: Arayışdan görünür ki, inventar №-si 3000084, Dş-250 mm- 2 ədəd, Dş-300 mm- 1 ədəd, inventar №-si 3001425, Dş – 250 mm, inventar №-si 3001253, Dş – 400 mm və Dş-300 mm neft boru kəmərləri Heydər Əliyev adına X4 balansındadır. xx.xx.2023-cü il tarixli aktdan görünür ki, qanunsuz tikili aşkarlanmış, tikinti sahibinə aparılan tikinit işlərinin mühafizə ərazisinə düşdüyü üçün qanunazidd olduğu bildirilmiş və əlavə işlərin aparılmaması üçün yazılı xəbərdarlıq təqdim edilmişdir. SOCAR tərəfidnən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Heydər Əliyev adına X5 məxsus neft məhsulu nəql olunan Dş-300 mm neft boru kəmərinin “Mühafizə Zonası’’nın 21 metrliyində tikinti işləri aparılan əraziyə ünvan 1 ünvanına baxış keçirilən vaxt vətəndaş Cavabdeh tərəfindən 6 x 3 x 3.5 ölçüdə əlavə otaq tikintisi faktı aşkar edilmişdir, həmin DŞ-250 mm neft boru kəmərinə paralel DŞ-300 mm neft boru kəmərləri keçir. xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, ünvan 1 ünvanında aparılan tikinti işlərinin aparılmasının qadağan edilməsi barədə Cavabdeh məlumat verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8531/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/6269 nömrəli ekspertiza rəyindən görünür ki, qərardadın 1-ci və 2-ci sualları üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-23707/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: göstərilən torpaq sahəsi faktiki olaraq 250.5 kv.m təşkil edir. Sahə üzərində bir ədəd birmərtəbəli (tikintialtı sahəsi 102.3 kv.m), bir ədəd ikimərtəbəli (tikintialtı sahəsi 26.0 kv.m) yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsinin bir tərəfindən (yol tərəfdən) 6.0 m məsafəsindən yüksək gərginlikli (1-10 kVt-lıq) elektrik xəttinin və 17.0 m məsafəsindən isə (diametri 250.0-300.0 mm-lik) 6 ədəd qarışıq boru xətlərinin keçdiyi müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Qərardadın 3-cü sualı üzrə tədqiq olunan tikililərin inşa edilməsi üçün aparılmış yenidən qurma işlərinə dair müvafiq təşkilatlardan icazə sənədləri və texniki şərtlərə dair zəruri sənədlər mülki iş materiallarında olmadığından, həmin tikililərin Azərbyacn Respublikası Nazirlər kabinetinin 04.09.200-ci il tarixli 160 №-li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti orqanlarının razılaşdırılması Qaydalarının 4.1 və 4.2 bəndlərinin tələblərinə uyğun inşa edilmədiyinin müəyyən edilməsinə dair tədqiqat aparılmadı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindın görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 250.5 kv.m təşkil edir. Sahə üzərində bir ədəd birmərtəbəli (tikintialtı sahəsi 102.3 kv.m), bir ədəd ikimərtəbəli (tikintialtı sahəsi 26.0 kv.m) yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsinin bir tərəfindən (yol tərəfdən) 6.0 m məsafəsindən yüksək gərginlikli (1-10 kVt-lıq) elektrik xəttinin və 17.0 m məsafəsindən isə (diametri 250.0-300.0 mm-lik) 6 ədəd qarışıq boru xətlərinin keçdiyi müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşir, torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın: 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan aşağıdakılar üzrə işlərin edilməsi qadağandır: bina və qurğuların tikintisi; ağac və kolların əkilməsi, quru otların və küləşin tayalanması, at bağlanan yerlərin təşkil edilməsi, mal-qara saxlanması, balıq saxlamaq üçün sahələrin ayrılması, balıq ovu və eləcə də başqa su heyvanlarının və bitkilərinin yetişdirilib istehsalının həyata keçirilməsi, heyvanların suvarılma yerlərinin təşkil edilməsi, buzun parçalanması işlərinin həyata keçirilməsi; boru kəmərləri marşrutu üzərində keçidlərin tikilməsi, yolların salınması, avtomobil nəqliyyatı vasitələri, traktorlar və mexanizmlər üçün dayanacaqların təşkil edilməsi; meliorasiya məqsədləri üçün torpaq işlərinin həyata keçirilməsi, suvarma və qurutma sistemlərinin tikintisi; hər cür mədən, tikinti-quraşdırma, geoloji çəkiliş, axtarış, geodeziya və quyuların, şurfların qazılması, qrunt nümunələrinin (torpaq nümunələrindən başqa) götürülməsi ilə əlaqədar digər tədqiqat işlərinin həyata keçirilməsi. Avropa Məhkəməsinin Səyyarə Əhmədovanın Azərbaycana qarşı xx.xx.2021ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmənin köklü presedent hüququna əsasən, bir şəxsin mənzilini itirməsi mənzilə hörmət hüququna müdaxilənin ən ifrat forması olduğundan bu baxımdan risk altında olan istənilən şəxs, həmin şəxsin hər hansı həssas qrupa məxsus olub-olmamasından asılı olmayaraq, prinsipcə, Konvensiyanın 8-ci maddəsinə uyğun olaraq müvafiq prinsiplər işığında müstəqil tribunal tərəfindən müəyyən edilən mütənasib tədbir ilə təmin olunmalıdır. Bu baxımdan, qanunsuz tikintidən söhbət gedəndə ən çox diqqət edilməli olan amillər evin qanunsuz tikilib-tikilməməsi, aidiyyəti şəxslərin qanunsuz olduğunu bilə-bilə bunu etməsi, qeyri-qanuniliyin xarakteri və dərəcəsi, söküntü ilə qorunmaq istənilən marağın dəqiq xarakterinin nə olması və söküntüdən təsirlənən şəxslər üçün uyğun alternativ yaşayış yerlərinin olub-olmamasıdır. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, məhkəmə bir daha bildirir ki, ərizəçi 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu olduğunu yalnız o halda iddia edə bilər ki, mübahisələndirilən qərarlar həmin müddəanın mənası daxilində onun “əmlakı” ilə əlaqəli olsun. “Əmlak” anlayışı “mövcud əmlak”la məhdudlaşmır, həm də iddiaçının ən azı ondan səmərəli istifadə etmək üçün ağlabatan və “legitim gözləntisi” olduğunu iddia edə biləcəyi aktivləri, o cümlədən iddiaları əhatə edə bilər. “Gözlənti” ya qanunvericilik müddəasına, ya da sözügedən əmlak marağı ilə əlaqəli olan hüquqi akta əsaslanırsa, “qanunidir”. Hər bir halda araşdırılmalı olan məsələ bütövlükdə araşdırılan işin hallarının ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa dair mülkiyyət hüququ verib-verməməsinin müəyyən olunmasıdır (bax: Saqinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il, və Keriman Tekin və başqaları Türkiyəyə qarşı, № 22035/10, § 41, 15 noyabr 2016-cı il). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı Cavabdeh qarşı mövcud iddia tələbini qeyd edilən tikilinin özbaşına tikili olması ilə əsaslandırmışdır. Bu hal məhkəmə iclası zamanı da öz təsdiqini tapmışdır. Belə ki, adıçəkilən tikiliyə dair hər hansı sənəd, tikilinin aparılması üçün müvafiq icazə və yaxud həmin sahənin cavabdehin mülkiyyətində olmasını təsdiq edən sübutlar mövcud olmamışdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının sökülməsini tələb etdiyi özbaşına tikili cavabdeh tərəfindən sonradan yaşadığı evin damında 6 x 3 x 3.5 metr ölçüdə inşa edilən əlavə tikilmiş otaqdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 2 noyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndinə görə İNBK-nın istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə aşağıdakı mühafizə zonaları müəyyənləşdirilir: İNBK-nin marşrutu boyunca - boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır; çoxxətli İNBK xətləri (marşrutları) boyunca - kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır; kənd təsərrüfatı təyinatlı torpaqlarda mühafizə zonası kənar boru kəmərlərinin oxlarından hər tərəfdən 25 metrlik məsafədən keçən şərti xətlərlə məhdudlaşdırılır. Həmin Qaydaların 6.1-ci bəndinə görə "Mühafizə Zonası"nda Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) icazəsi olmadan bina və qurğuların tikintisi üzrə işlərin edilməsi qadağandır. Qeyd edilən sahənin Mühafizə Zonasının yerləşib-yerləşməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş üzrə verilmiş ekspert rəyindən də görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-23707/2025 nömrəli mütəxəssis rəyində göstərilənlərə əsasən aşağıdakılar müəyyən edilmişdir: göstərilən torpaq sahəsi faktiki olaraq 250.5 kv.m təşkil edir. Sahə üzərində bir ədəd birmərtəbəli (tikintialtı sahəsi 102.3 kv.m), bir ədəd ikimərtəbəli (tikintialtı sahəsi 26.0 kv.m) yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsinin bir tərəfindən (yol tərəfdən) 6.0 m məsafəsindən yüksək gərginlikli (1-10 kVt-lıq) elektrik xəttinin və 17.0 m məsafəsindən isə (diametri 250.0-300.0 mm-lik) 6 ədəd qarışıq boru xətlərinin keçdiyi müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindın görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 250.5 kv.m təşkil edir. Sahə üzərində bir ədəd birmərtəbəli (tikintialtı sahəsi 102.3 kv.m), bir ədəd ikimərtəbəli (tikintialtı sahəsi 26.0 kv.m) yaşayış evi və köməkçi tikililər mövcuddur. Torpaq sahəsinin bir tərəfindən (yol tərəfdən) 6.0 m məsafəsindən yüksək gərginlikli (1-10 kVt-lıq) elektrik xəttinin və 17.0 m məsafəsindən isə (diametri 250.0-300.0 mm-lik) 6 ədəd qarışıq boru xətlərinin keçdiyi müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsinin neft kəmərinin mühafizə zolağında yerləşir, torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. İşin faktiki hallarına və sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, ünvan 2 ünvanında cavabdeh tərəfindən hər hansı icazə və qanuni əsas olmadan tikili inşa edildiyindən, həmin tikili cavabdehin öz hesabına sökülərək, mühafizə zonasından çıxarılmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 2 ünvanında yaşadığı evin damında 6 x 3 x 3.5 metr ölçüdə inşa edilmiş tikili özbaşına tikili hesab edilərək Cavabdeh tərəfindən sökülsün və mühafizə zonasından çıxarılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğ Cavabdeh alınaraq Dövlət Büdcəsinə ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar