Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7004/2021 04.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03 avqust 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********61996 olan X4 markalı telefon üçün 47.2 manat ödənilməmiş hissə, 0 manat cərimə, 19 avqust 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********01826 olan Xiaomi Redmi 7 markalı telefon üçün 160.50 manat ödənilməmiş hissə, 0 manat cərimə, 23 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən Canon markalı fotoaparat üçün 1059 manat ödənilməmiş hissə, 0 manat cərimə, 27 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********97516 olan Samsung Galaxy A50 markalı telefon üçün 578 manat ödənilməmiş hissə, 0 manat cərimə, 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********30797 olan Samsung Galaxy A20s markalı telefon, aksesuar üçün 144.90 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, ümumilikdə 1.989,60 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC-nin arasında bağlanmış 03 avqust 2019-cu il, 19 avqust 2019-cu il, 23 sentyabr 2019-cu il, 27 noyabr 2019-cu il, 29 yanvar 2020-ci il tarixli müqavilələrə əsasən cavabdeh X4 markalı telefon, Xiaomi Redmi 7 markalı telefon, Canon markalı fotoaparat, Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy A20s markalı telefon, aksesuar almış və nəticədə 1.989,60 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 03 avqust 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 288 manat olan X4 markalı telefon üçün ümumilikdə 47.20 manat olmaqla, 47.20 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu borcu, 19 avqust 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 446 manat olan Xiaomi Redmi 7 markalı telefon üçün ümumilikdə 160.50 manat olmaqla, 160.50 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu borcu, 23 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.824 manat olan Canon markalı fotoaparat üçün ümumilikdə 1059 manat olmaqla, 1059 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu borcu, 27 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 696 manat olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 578 manat olmaqla, 578 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu borcu, 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 419.60 manat olan Samsung Galaxy A20s markalı telefon, aksesuar üçün ümumilikdə 144.90 manat olmaqla, 144.90 manat ödənilməmiş hissə, 0 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1.684 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında 03 avqust 2019-cu il, 19 avqust 2019-cu il, 23 sentyabr 2019-cu il, 27 noyabr 2019-cu il, 29 yanvar 2020-ci il tarixli müqavilələr bağlanmış, cavabdeh X4 markalı telefon, Xiaomi Redmi 7 markalı telefon, Canon markalı fotoaparat, Samsung Galaxy A50 markalı telefon, Samsung Galaxy A20s markalı telefon, aksesuar almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 12 avqust 2021-ci il tarixə cəmi 1.989,60 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, 03 avqust 2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 47.20 manat ödənilməmiş hissə, 19 avqust 2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 160.50 manat ödənilməmiş hissə, 23 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 1059 manat ödənilməmiş hissə, 27 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 578 manat ödənilməmiş hissə, 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 144.90 manat ödənilməmiş hissə, ümumilikdə 1.989,60 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 03 avqust 2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 47.20 (qırx yeddi manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 19 avqust 2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 160.50 (yüz altmış manat əlli qəpik) manat ödənilməmiş hissə, 23 sentyabr 2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 1059 (min əlli doqquz) manat ödənilməmiş hissə, 27 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən əsas borca görə 578 (beş yüz yetmiş səkkiz) manat ödənilməmiş hissə, 29 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən əsas borca görə 144.90 (yüz qırx dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə olmaqla, ümumilikdə 1.989,60 (min doqquz yüz səksən doqquz manat altmış qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7004/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7004/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver