Məhkəmə qərarları › İş №2(011)-7013/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7013/2025

12.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7013/2025 12.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi İddiaçı nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialının nümayəndəsi X9, Cavabdeh "xxxx" ASC–nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “borcun silinməsi və öhdəliyin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı X10 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı – ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus mənzilə cavabdeh tərəfindən hesablanmış 746,50 manat borcun silinməsi və hesabdan əsassız silinmiş 621 manat vəsaitin geri qaytarılması; ünvan 1 ünvanında yerləşən, iddiaçıya məxsus mənzildə elektrik enerjisindən istifadəyə görə müqavilənin iddiaçının, yəni X4 adına dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qeyd edilən ünvanda yerləşən mənzil iddiaçıya məxsusdur və qeyd edilən ünvanda iki nəfər olmaqla Könül Məmmədova həyat yoldaşı İlqar Məmmədovla birlikdə yaşayırlar. Həmin mənzil əvvəl Könül Məmmədovanın oğlunun adına olmuş, 2024-cü ildən isə özünün adına rəsmiləşdirilmişdir. Bu səbəbdən də "xxxx" ASC ilə bağlanmış müqavilə hazırda Könül Məmmədovanın oğlunun, İddiaçı adınadır. X3 adına keçirilməsi üçün “Asan kommunal” Xidmətinə müraciət edildikdə mənzilin elektrik enerjisinə görə borcu olduğuna görə bunun mümkün olmadığı bildirilərək imtina edilmişdir. Cari ilin mart ayının əvvəllərində əvvəlki ay (fevral ayında) yaşadıqları mənzildə istifadə olunan elektrik enerjisinə görə 125 manat borcun olduğu barədə "xxxx"dan sms xəbərdarlığı almışdır. Mart ayının 6-da iddiaçı "xxxx" ASC-nin qaynar xəttinə zəng vuraraq mütəmadi şəkildə hər ay istifadə edilən elektrik enerjisinə görə tələb olunduğundan da artıq pul ödədiklərini bildirmiş, borcun nədən əmələ gəlməsi ilə maraqlanıldıqda isə fevral ayında 5098 kvt/s elektrik enerjisindən (746,50 manat) istifadə etdikləri barədə cavab almışlar. Fevral ayının 1-dən 6-dək iddiaçının özü, 1-dən 17-dək isə həyat yoldaşı Respublika ərazisində olmadıqlarına görə qalan günlər ərzində bu qədər elektrik enerjisinin istifadə olunması fiziki cəhətdən mümkün deyil. Bu barədə qaynar xəttin operatoruna bildirildikdə o, bununla razılaşmış, şikayət qeydə alındıqdan sonra məsələnin araşdırılacağını və nəticəsi barədə onlara məlumat veriləcəyi bildirilmişdir. Mart ayında "xxxx" ASC-nin Xətai rayon idarəsinin iddiaçının yaşadığı binaya nəzarət edən əməkdaşının telefonu ilə də əlaqə saxlanılaraq problem ona bildirildikdə o, "xxxx" ASC-nə edilən müraciətdən xəbərdar olduğunu və məsələnin araşdırıldığını demişdir. 1 aydan artıq müddət keçdikdən sonra, xx.xx.2025-ci il tarixdə həmin nəzarətçi sayğacda problem olduğunu güman edərək onun dəyişdiriləcəyini ehtimal etmişdir. Heç bir hərəkətin olmaması səbəbindən xx.xx.2025-ci ildə Xətai rayon elektrik enerji təchizatı və satış idarəsinin rəhbərliyinə bilavasitə müraciət olunmuş və bundan sonra mənzilinə aid sayğac dəyişdirilmiş, əvvəlki sayğac isə ekspertizaya göndərilməsi səbəbi ilə heç bir sənəd tərtib olunmadan götürülmüşdür. İlk müraciətindən belə "xxxx" ASC-nin nümayəndələri (istər qaynar xətt, istərsə də Xətai rayon idarəsinin nümayəndələri) şifahi olaraq bir ay ərzində bu qədər elektrik enerjisindən istifadə olunmasının mümkünsüzlüyünü etiraf etsələr də və borcun silinməli olduğunu bildirilsələr də, sözdən əmələ keçilməmiş, nəticədə yalnız vaxt uzadılmışdır. xx.xx.2025-ci il tarixdə ona bir kağız vərəqəsi təqdim edilərək əvvəlki sayğacın ekspertizasının nəticəsi olduğu bildirilmişdir. Halbuki həmin aktın tərtibatı, doğruluğu, eləcə də qərəzsizliyi iddiaçıda şübhə doğurur. Belə ki, onun tərtib edildiyi vaxtın və yerin göstərilməməsi, orada sayğacın deyil, abonent nömrəsinin qeyd edilməsi, ekspertizanın onun iştirakı olmadan keçirilməsi, ən əsası isə sayğacın istismar müddətinin bitməsi səbəbindən yararlı olmaması nəticəsinə gəlinməsi buna əsas verir. Bundan sonra Energetika Nazirliyinin Enerji X1 müraciət edib və xx.xx.2025-ci il tarixdə məsələ ilə bağlı cavab alınmışdır. Cavabda isə borcun yaranmasının real səbəbləri və vaxtı araşdırılmadan formal şəkildə xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək 22 gün üçün abunə hesabına 5098 kvts (dəyəri 746,5 manat) sərfiyyat borcunun daxil edildiyi və sayğacın istismar müddəti bitdiyinə görə yenisi ilə əvəz edildiyi bildirilmişdir. Mart ayında güya fevral ayında istifadə edilən enerjiyə görə ona göndərilən bildirişdə 125 manat borcun olduğu qeyd edildiyindən də görünür ki, onun hesabında depozitdə 621,50 qəpik pul olub və həmin məbləğ həqiqətdə mövcud olmayan borca görə silinərək iddiaçıya əlavə 125 manat borc yazılmışdır. Buradan, eləcə də ərizəyə əlavə edilən "xxxx" ASC-nin verdiyi çıxarışdan da görünür ki, iddiaçının yaşadığı mənzildə enerji sərfiyyatının məbləği digər aylarda orta hesabla 40-50 manatdan, yay aylarında isə kondisionerlərdən istifadə edilməsi ilə bağlı təxminən 100 manatdan yuxarı olmamışdır. Bu da fevral ayında 746 manatlıq elektrik enerjisinin istifadə olunmasını mümkünsüz edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(011)-7013/2025 saylı qərardadına əsasən iddiaçı X4 cavabdeh "xxxx" ASC-nə qarşı “abonent kodunun X4 adına dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmışdır. İddiaçı X10 məhkəməyə iddiaçının əsl iddiaçı ilə əvəz edilməsi barədə ərizə təqdim edilərək, iş üzrə özünün əsl İddiaçı ilə əvəz olunmasını xahiş etmişdir. İddiaçı X10 əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı nümayəndəsi X11 məhkəmə iclasında iddia tələblərini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir. Sual-cavab zamanı o bildirmişdir ki, hazırda 2025-ci ilin mart ayında ona səhv hesablanmış 5.098 kVts olan elektrik enerjisi sərfiyyatını mübahisələndirir. Belə ki, sayğac nasaz olduğundan bu sərfiyyat əsassız qeydə alınmışdır. Həmin sayğac daha sonra cavabdeh təşkilat tərəfindən dəyişdirilmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X12 məhkəmə iclasında iddiaya etiraz edərək iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, 2025-ci ilin mart ayında sayğacın istismar müddəti bitməmişdi. Yoxlama rəyi sayğacın nasaz olduğunu müəyyən etməyib. İddiaçının abonent kodu üzrə çıxarışdan görünür ki, onun tərəfindən böyük həcmdə elektrik enerjisindən istifadə olunur. Misal üçün köhnə sayğac dəyişiləndən sonra hesabdan çıxarışdan görünür ki, abonent 2025ci iln iyun ayında 797 kVts, iyul ayında 1.132 kVt/s, avqust ayında 1.990 kVts, sentyabr ayında 3.000 kVts, oktyabr ayında 3.540 kVts, noyabr ayında 3.929 kVt/s, dekabr ayında 4.408 kVt/s elektrik enerjisindən istifadə etmişdir. Belə ki, 2025-ci ilin mart ayında ona 5.098 kVts elektrik enerjisi sərfiyyatının hesablanması düzgün olmuşdur. Abonentin sərfiyyatı yüksək olduğundan ona həmin ayda 428,23 manat və bundan əlavə limitin keçməsinə görə 317 manat borc hesablanmışdır. Sual-cavab zamanı o bildirmişdir ki, abonentin sayğacı 1 fazalı sayğacdır. Üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin Bakı filialının nümayəndəsi X13 məhkəmə iclasında həmin qurum tərəfindən verilmiş rəyə uyğun olaraq bildirmişdir ki, vətəndaş X6 məxsus mənzilə aid elektrik sayğacına "xxxx" ASC-nin Xatai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci ii tarixli baxış keçirilərkən sayğacın beynində yaranmış nasazlıq nəticəsində bir aya 5.098 kVts fərq yarandığı barədə 385728 saylı akt tərtib edilmisdlr. Aktın tələbinə uyğun xx.xx.2025-ci il tarixli ******* nömrəli sayğac dəyişmə protokoluna əsasən dəyişdirilərək yenisi ilə əvəz edilmişdir və rəy verilməsi üçün "Azərbaycan Metrologiya lnstitutu" Publik hüquqi şəxsin tabeliyindəki "xxxx" MMCnə göndərilmişdir. Laboratoriyada sayğac yoxlanılmadan va rəy protokolu tərtib edilmədən sayğaca baxış keçirildiyi, qüsur aşkar olunmadığı va sayğacın istismar müddətinin bitdiyi barədə məlumat bazasında qeydlər aparılmışdır. Eyni zamanda xx.xx.2025-ci ii tarixdən xx.xx.2025-ci ii tarixinədək 22 gün üçün abonentin hesabına 5098 kVts (dəyəri 746,5 manat) əlavə sərfiyyat daxil edilmişdir. Bu isə abonentin aylar üzrə (sayğac dəyişdirilənədək xx.xx.2024-ci ii tarixdən xx.xx.2025-ci il tarixədək 306 kVts, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 280 kVts, sayğac dəyişdirildikdən sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 797 kVts, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 335 kVts) işlətdiyi sayğacla müəyyənləşən orta aylıq sərfiyyatdan dəfələrlə çoxdur. Sual-cavab zamanı o bildirmişdir ki, 1 fazalı olan abonentin sayğacının istismar dövrü 6 il təşkil edir. Kompüter məlumatına əsasən köhnə sayğac yenisi ilə xx.xx.2025ci ildə əvəz edilib. O əlavə etmişdir ki, abonentin əvvəlki sərfiyyatına nəzər saldıqda aydın olur ki, 2025-ci ilin mart ayında iddiaçıya hesablanmış 5098 kVts sərfiyyat həqiqi sərfiyyatı əks etdirmir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı filialının 30 iyul 2025-ci il tarixli, 3-15-2-1/2-M-3498-5-1548/2025 saylı X8 ünvanlanmış “müraciətin araşdırılmasına” dair məktubundan görünür ki, iddiaçının ünvan 2 ünvanında yerləşən 135 saylı mənzilə hesablanmış əlavə borc məbləğinin araşdırılmasına dair "xxxx" ASC-yə ünvanlanmış müraciətinə (xx.xx.2025-ci il tarixli, M- 3498-5/2025 nömrəli) baxılmışdır. Bununla əlaqədar olaraq bildirilir ki, sözügedən mənzildə elektrik enerjisinin hesabatı binanın zirzəmisində sayğaclar lövhəsinin içərisində quraşdırılmış “Luna” markalı, zavod nömrəsi 52502557, dövlət möhürü 353800 olan birfazlı elektrik sayğacı vasitəsilə aparılır və "xxxx" ASC-nin kompüter məlumat bazasında **********70135 abunə kodu ilə qeydiyyatdadır. Abunə haqqında cədvəlin təhlili zamanı məlum olmuşdur ki, iddiaçının mənzilinə aid əvvəlki A381143580 zavod nömrəli elektrik sayğacının göstərişinə əsasən xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək 22 gün üçün abunə hesabına 5098 kvts (dəyəri 746,5 manat) sərfiyyat borc daxil edilmişdir. Həmin sayğac laboratoriya şəraitində yoxlanılmış, hər hansı bir qüsur aşkar edilmədiyi barədə rəy verilmişdir. Lakin həmin sayğacın istismar müddəti bitdiyinə görə yenisi ilə əvəz edilmişdir. xx.xx.2025-ci il tarixinə elektrik enerjisinə görə borc 318,15 manat təşkil edir. İş materiallarında olan İddiaçı məxsus **********70135 saylı abunə haqqında cədvəldən görünür ki, cədvəlin “sayğac göstəriciləri” hissəsində əvvəlki dövr ilə fərqi 5098 kvts olan sərfiyyat üçün xx.xx.2025-ci il tarixində 428,23 manat borc, cədvəlin “bağlanan aktlar” hissəsində isə bu tarix üzrə limitdən artıq istifadəyə görə əlavə 317 manat borc hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi X2 Agentliyi Bakı Filialının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, vətəndaş X6 məxsus mənzilə aid AMPY (5235 A) markalı, A381143580 zavod nömrəli 1 fazalı elektrik sayğacına "xxxx" ASC-nin Xatai Rayon Enerji Təchizatı və Satışı İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2025-ci ii tarixli baxış keçirilərkən sayğacın beynində yaranmış nasazlıq nəticəsində bir aya 5.098 kVts fərq yarandığı barədə 385728 saylı akt tərtib edilmisdlr. Aktın tələbinə uyğun xx.xx.2025-ci il tarixli ******* nömrəli sayğac dəyişmə protokoluna əsasən sayğac dəyişdirilərək yenisi ilə əvəz edilmişdir və rəy verilməsi üçün "Azərbaycan Metrologiya lnstitutu" Publik hüquqi şəxsin tabeliyindəki "xxxx" MMC-nə göndərilmişdir. Laboratoriyada sayğac yoxlanılmadan va rəy protokolu tərtib edilmədən sayğaca baxış keçirildiyi, qüsur aşkar olunmadığı va sayğacın istismar müddətinin bitdiyi barədə məlumat bazasında qeydlər aparılmışdır. Eyni zamanda xx.xx.2025-ci ii tarixdən xx.xx.2025-ci ii tarixinədək 22 gün üçün abonentin hesabına 5098 kVts (dəyəri 746,5 manat) əlavə sərfiyyat daxil edilmişdir. Bu isə abonentin aylar üzrə (sayğac dəyişdirilənədək xx.xx.2024-ci ii tarixdən xx.xx.2025-ci il tarixədək 306 kVts, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 280 kVts va sayğac dəyişdirildikdən sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 797 kVts, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 335 kVts) işlətdiyi sayğacla müəyyənləşən orta aylıq sərfiyyatdan dəfələrlə çoxdur. Bildirilir ki, "Yoxlamaya təqdim olunacaq ölçmə və sınaq vasitələrinin nomenklatur siyahısı va onların yoxlama dövrülüyünə əsasən istismar prosesində bir fazalı elektrik sayğacları 6 ildə 1 dəfə, üç fazalı elektrik sayğacları isa 3 ildə 1 dəfə dövrü yoxlanılmadan keçirilməlidir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən, o cümlədən sayğacdakı qüsurun istehlakçının təqsiri üzündən olmadan yarandığını nəzərə alaraq, xx.xx.2025-ci il tarixdə 32844 kvts sayğac göstəricisi əsasında abonentin hesabına daxil edilmiş dəyəri 746,50 manat olmaqla 5098 kvts elektrik enerjisi sərfiyyatına qaydaların 8.15-ci bəndinin tələbinə uyğun düzəliş edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 385728 saylı aktından görünür ki, abonentin qaynar xəttə müraciəti əsasında elektrik sayğacına baxış keçirildi. "xxxx" ASC-nin əməkdaşları tərəfindən A381143580 nömrəli sayğaca baxış keçirilən zaman məlum olub ki, sayğacın beynində yaranmış nasazlıq nəticəsində bir aya 5098 kVts fərq yaranmışdır. Naqildən axan yük tərəflərindən ampermetr vasitəsilə ölçülüb. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında” ******* saylı protokolun surətindən görünür ki, A381143580 nömrəli sayğac 52502557 nömrəli sayğacla rəhbərliyin göstərişinə əsasən əvəzlənib. Belə ki, “Elektrik enerjisindən istifadə Qaydaları”-nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 7.11-ci bəndinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin Qaydaların 8.17.1-ci bəndinə əsasən, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.9-1-ci bəndinə əsasən elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi elektrik şəbəkəsinə qanunsuz qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə on iki ayda bir dəfədən az olmayaraq, paylayıcı qurğulara baxış keçirməyə borcludur. Həmin Qaydaların 10.18.9-2-ci bəndinə əsasən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla istehlakçıların (o cümlədən məişət abonentinin) elektrik sayğaclarının və sayğacların qoşulma sxeminin işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə elektrik qurğularının etibarlı və təhlükəsiz istismarını və elektrik enerjisindən qənaətlə istifadə olunmasını təmin etmək üçün enerjitəchizatı müəssisəsi üç ayda bir dəfədən az olmayaraq onlara baxış keçirməyə borcludur. Həmin Qaydaların 11.13-cü bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, enerjiresurslarından səmərəli istifadəsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Belə ki, iş materialları ilə müəyyən ediliri ki, abonentin daha əvvəlki sayğacı xx.xx.2019-cu il tarixində quraşdırılıb. İstismar müddəti 6 il təşkil edir. Sayğacın istismar müddətində, yəni 2025-ci ilin aprel ayında sayğacda yaranan nasazlıq barədə abonentin qaynar xəttə müraciəti olmuşdur. xx.xx.2025-ci il tarixdə istismar müddətinin bitməsinə görə köhnə sayğac yenisi ilə əvəz edilmişdir. İddia tələbindən görünür ki, iddiaçının mübahisiləndirdiyi sayğacdakı nasazlıq 2025-ci ilin fevral ayında baş vermişdir və bunun nəticəsində abonentə 2025-ci ilin 06 mart tarixində 5.098 kVts elektrik enerjisi sərfiyyatına görə 428,23 manat əsas borc, limitin keçməsinə görə 317 manat borc olmaqla, cəmi 745,23 borc hesablanmışdır. Belə ki, abonentin köhnə elektrik sayğacı xx.xx.2019-cu il tarixdə quraşdırılıb. Onun istismar müddəti 6 il olmaqla, xx.xx.2025-ci il tarixində bitməli idi. Sayğacın qeydiyyat məlumatlarına əsasən sayğac 2025-ci ilin may ayında yenisi ilə dəyişdirilmişdir. İşdən görünür ki, sayğacın nasazlığı barədə qaynar xəttə məlumat abonent tərəfindən 2025-ci ilin aprel ayında verilmişdir. Mübahisələndirilən sərfiyyat 2025-ci ilin fevral ayına aiddir, həmin sərfiyyata görə borc 2025-ci ilin 06 mart tarixindən abonentdən tələb edilmişdir. Məhkəmə iş materiallarını, o cümlədən, mütəxəssis rəyini, sayğacın nasazlığı barədə abonentin qaynar xəttə müraciəti, bu müraciətin sayğacın istismar müddətinin sonuna yaxın baş verdiyini və həmçinin, abonentin mübahisəli borcun hesablanmasından daha əvvəlki 1 il (12 ay ərzində) dövrünə olan sərfiyyat göstəricilərini nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, mübahisənin sayğacın istismar müddətinin sonuna yaxın baş verdiyi əsas götürülərək, 2025-ci ilin fevral ayı üçün olan sərfiyyat – şərti olaraq bu dövrdən əvvəlki 12 aylıq dövrə aid orta sərfiyyat göstəricilərinə əsasən hesablanmalıdır. Belə ki işdən görünür ki, mübahisəli borcun hesablandığı xx.xx.2025-ci il tarixinədək, 2024-cü ilin fevral ayından 2025-ci ilin fevral ayınadək sayğac göstəriciləri (fərq) aşağıdakı kimi olmuşdur: 2024-cü ilin fevral ayında 506 kVts; mart ayında 433 kVts; may ayında 188 kVts; iyun ayında 315 kVts; avqust ayında 260 kVts; sentyabr ayında 126 kVts; oktyabr ayında 199 kVts; noyabr ayında 200 kVts; dekabr ayında 380 kVts; 2025-ci ilin yanvar ayında 306 kVts; fevral ayında 280 kVts. Bununla da həmin dövrdə orta illik sərfiyyat ayda 266 kVts təşkil edir. (3.193 kVts/ 12=266). Bu sərfiyyat üzrə limit nəzərə alınmaqla, 200 kVts sərfiyyatın dəyəri 21,28 manat (200x0,08); 66 kVts dəyəri 5,94 manat təşkil edir. (66x0,09; 21,28+5,94=27,22). İş materiallarından görünür ki, hesablamanın aparılması qaydası iş üzrə cəlb edilmiş mütəxəssislə razılaşdırılmışdır. Bu göstərici nəzərə alınaraq, 2025-ci ilin fevral ayı üzrə abonentə xx.xx.2025-ci il tarixində hesablanmış sərfiyyat 266 kVts üzrə 27,22 manat kimi nəzərə alınmalı, bu məbləğdən artıq həcmdə abonentə hesablanmış 718,01 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Tutulmuş pulun geri qaytarılması barədə iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, məhkəmə iddia üzrə ümumi yazılmış borca hüquqi qiymət verdiyindən və həmin borcu qismən qüvvədə saxlamaqla, 718,01 manat hissəsində silinməsi barədə nəticəyə gəldiyindən, tutulmuş pulun geri qayatılması barədə tələbin təmin edilməsinə zərurət aradan qalxır. Bununla da, İddiaçı (abonent kodu: **********70135) ünvan 1 ünvanı üzrə cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə hesablanmış 745,23 (yeddi yüz qırx beş manat iyirmi üç qəpik) manat borcun 718,01 (yeddi yüz on səkkiz manat bir qəpik) manat hissəsi silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qismən təmin edildiyindən, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********70135) ünvan 1 ünvanı üzrə cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixdə hesablanmış cəmi 745,23 (yeddi yüz qırx beş manat iyirmi üç qəpik) manat borcdan 718,01 (yeddi yüz on səkkiz manat bir qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar