Məhkəmə qərarları › İş №2(011)-7034/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7034/2025

09.02.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7034/2025 09.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, Cavabdehn nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçıya hesablanmış 6.586,26 manat borcun silinməsi” barədə iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə ona hesablanmış 7.728,56 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 (abonent kodu: **********00000) ünvanında yaşayır. Həmin mənzildə yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama apararkən akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, güya iddiaçı sayğaca müdaxilə edib və ona görə haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra iddiaçı qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Yazılmış borc qanunsuz və əsassızdır. Hazırda iddiaçının ünvanına qanunsuz yerə cərimə yazılmışdır və bununla hüquqları pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli, 2(011)-7034/2025 saylı qərardadına əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış mübahisə üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4540/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, İddiaçı Cavabdeh İB-nə qarşı “iddiaçıya hesablanmış 7.728,56 manat borcun silinməsi” barədə iddia ərizəsi üzrə icraata “1083,30 manat borcun silinməsi və cavabdeh təşkilat tərəfindən xx.xx.2020-ci il tarixli akt əsasında yazılmış borcun silinməsi” tələbi hissəsində xitam verilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması müddətində izahatı alınmış İddiaçı bildirmişdir ki, mübahisəli ünvanda yaşayış olmayıb. Orada işlək vəziyyətdə 1 kamera və 9 işıq lampası olub. Hərdən gediş-gəliş olub. 2017-2023-cü illərdə evdə yaşayan olmayıb. 2025-ci ilin noyabr ayından evdə yaşayış var. Cavabdehn nümayəndəsi X6 məhkəmə iclasında iştirak etmişdir və iddia ərizəsinə etiraz etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, iddiaçının ödənişləri olmayıb. 2020-ci ilin mart ayında iddiaçıya müxaniki sayğac qoyulandan sonra ödənişləri başlayıb. Aktlar üzrə iddiaçıya cəmi 5.435,90 manat borc yazılıb. Bundan 1.083,30 manat borcla bağlı ayrıca məhkəmə qərarı çıxarılıb. Mübahisəli borc 4.352,60 manatdır. İddiaçının debitor borcu da var. xx.xx.2026-cı il tarixə iddiaçının debitor borcu 3.490,8 manat təşkil edir. Ümumilikdə iddiaçı 5 ildir ki, qazdan istifadəyə görə pul ödəmir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********00000 saylı Manafov Babaəliyə məxsus abonent saldosunun surətindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzil üzrə cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2017-ci ilin iyun ayı üzrə 301,40 manat, avqust ayı üzrə 599,80 manat, oktyabr ayı üzrə 57,60 manat, noyabr ayı üzrə 132,80 manat, 2018-ci ilin yanvar ayı üzrə 658,80 manat, fevral ayı üzrə 284,40 manat, mart ayı üzrə 194,40 manat, aprel ayı üzrə 133,20 manat, may ayı üzrə164,20 manat, iyul ayı üzrə 230,40 manat, avqust və oktyabr ayları üzrə hər ay 115,20 manat, noyabr və dekabr ayları üzrə hər ay 57,60 manat, 2019-cu ilin yanvar ayı üzrə 142,20 manat, fevral ayı üzrə 133,20 manat, mart ayı üzrə 130,50 manat, aprel ayı üzrə 133,20 manat, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə hər ay 32,40 manat, noyabr ayı üzrə 100,80 manat, dekabr ayı üzrə 252 manat, 2020-ci ilin yanvar və fevral ayları üzrə hər ay 252 manat, mart ayı üzrə 59 manat, sentyabr ayı üzrə 684 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü i tarixli, 2(011)-4540/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh tərəfindən İddiaçı faktiki istifadəsində olan ünvan 1 ünvanında (abonent kodu: **********00000) dair əsassız hesablanmış 1.083,30 manat borc məbləğini silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 30,84 (otuz manat səksən dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməsi, eyni zamanda iddia təmin edildiyindən, 64 manat ekspertiza xərcinin cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməsi qət edilmişdir. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2017-ci il tarixli akta əsasən 1.507 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, laboratoriyanın xx.xx.2017-ci il tarixli, 29/1710-00554- 1 saylı qərarına ,əsasən, 1102AZ**********0 nömrəli sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2017-ci il tarixli akta əsasən 221 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2017-ci il tarixli akta əsasən 2.778 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2017-ci il tarixli akta əsasən 288 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2017-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni rezin boru vasitəsilə istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2017-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2017-ci il tarixli akta əsasən 664 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə qaz sayğacında qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 3.294 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 1.422 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, 58/1671 nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş 58/1671 saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 972 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 666 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan sayğacdan kənar istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 821 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, 297 nömrəli xidməti yazıya ,əsasən,sayğacdan kənar təbii qazdan istifadə aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 1.152 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, xx.xx.2018-ci il tarixli, 414 nömrəli xidməti yazıya ,əsasən, mənzildə sayğacdan kənar təbii qazdan istifadə aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 576 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, 792 nömrəli xidməti yazıya ,əsasən, 2018-ci ilin oktyabr ayında mənzildə sayğacdan kənar təbii qazdan istifadə aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 1.152 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, 890 nömrəli xidməti yazıya ,əsasən, 2018-ci ilin noyabr ayında mənzildə sayğacdan kənar xətt istifadə edilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 576 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, 1067 nömrəli xidməti yazıya ,əsasən, 2018-ci ilin dekabr ayında mənzildə sayğacdan kənar xətt istifadə edilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2018-ci il tarixli akta əsasən 576 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan qeyri-qanuni sayğacdan kənar xətdən istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 1.422 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 1.305 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, abonentin qaz xəttinə baxış zamanı, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadəsi aşkar edilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 1.332 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, abonentin qaz xəttinə baxış zamanı, abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadəsi aşkar edilib. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, abonentin qaz xəttinə baxış zamanı, abonentin sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni qazdan istifadəsi aşkar edilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 1.332 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış zamanı, abonentin sayğacdan kənar qeyri-qanuni istifadəsi aşkar edilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 1.332 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış zamanı, abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadəsi aşkar edilib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin sayğacına baxış zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin sayğacına baxış zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 324 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin sayğacına baxış zamanı sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirən zaman sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 1.008 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacına baxış keçirən zaman abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2019-cu il tarixli akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacında abonentin qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzilin qaz sayğacında qeyri-qanuni təbii qazdan istifadə aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən 590 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar olunub. İş materiallarında olan “Təbii X3nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* nömrəli aktdan görünür ki, mənzildə sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, Manafov Babaəli barəsində tərtib olunmuş ******* saylı, xx.xx.2020-ci il tarixli akta əsasən 6.840 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “GASREP” vərəqindən görünür ki, sayğac üzrə ödənişlər 2017-ci il üzrə - 2017-ci ilin yanvar ayında 22 manat, 2017-ci ilin may ayında 0 manat olmuşdur. 2018-ci ildən 2020-ci ilin may ayınadək (bu ay daxil olmaqla) ödənişlər müəyyən edilmir. Cədvəl məlumatları 2020-ci ilin may ayınadək göstərilib. İş materiallarında olan Azərbaycan Respublikasının Energetik Nazirliyi Enerji məsələlərini Tənzimləmə Aganetliyi Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-15-2-1/2-4282/2025 saylı mütəxəssis rəyindən görünür ki, Azəriqaz" İB-nin əməkdaşları tərəfindən abonent İddiaçı qaz sayğacından kənar qanunsuz qoşulma yolu ilə qazdan qanunsuz istifadəyə görə 2017-2020-ci illər ərzində 30 aktla 5.435,90 manat məbləğində əlavə borc hesablanaraq onun abonent hesabına daxil edilmişdir....Bu baxımdan 2017-2020-ci illər ərzində "Azərıqaz" İB tərəfindən tərtib edilmiş 30 akt üzrə heç bır normativ-hüquqi akta istinad edilmədən hesablanmış 5.435,90 manat dəymiş ziyan məbləğinin düzgünlüyünə rəy vermək mümkün deyil. Abonent tərəfindən bu borc məbləğindən heç bir ödəniş edilməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin abunə haqqında çıxarışından (abonent **********80028 Azər Manafov) görünür ki, 2017-ci ilin aprel ayında 12,6 manat, iyun ayında 11,34 manat, avqust ayında 12,67 manat, sentyabr ayında 12,39 manat, dekabr ayında 15,89 manat; 2018-ci ilin fevral ayında 10,85 manat, iyul ayında 11,90 manat, avqust ayında 13,44 manat; 2019-cu ilin yanvar ayında 11,34 manat, may ayında 12,95 manat, iyul ayında 11,76 manat; 2020-ci ilin yanvar ayında 12,74 manat, mart ayında 14,70 manat, aprel ayında 17,36 manat, avqust ayında 17,92 manat; 2021-ci ilin yanvar ayında 15,96 manat, aprel ayında 13,79, dekabr ayında 20,80 manat dəyərində sərfiyyat olmuşdur. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2007-ci il tarixində ölmüşdür. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 16.3-cü maddəsinə əsasən qaz satıcısı ilə alqı-satqı müqaviləsi bağlayan istehlakçının qaz təchizatı qaz satıcısı ilə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 12.6.6-cı maddəsinə əsasən bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda hər ay istehlakçıya istehlak edilmiş qazın dəyəri və sabit tarif barədə hesab təqdim etmək pərakəndə satıcının vəzifələrinə aiddir. Həmin Qanunun 15.4-cü maddəsinə əsasən qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru istehlakçıya verdiyi qazın həcmini yalnız sayğacın göstəricilərinə əsasən müəyyən etməli və sabit tarif barədə istehlakçıya hər ay bildiriş, habelə bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda istehlakçının istifadə etdiyi qazın dəyərini tam hesablayaraq qaz satıcısının adından hesab təqdim etməlidir (göndərməlidir). Ağıllı sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında bildirişin və hesabın təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Bu Qanunun 16.3-cü maddəsinə uyğun olaraq qaz satıcısı ilə bağlanılmış müqavilədə nəzərdə tutulmadığı halda istehlakçıya hesab qaz satıcısı tərəfindən təqdim edilməlidir (göndərilməlidir). Hesabda istehlakçının qaza görə sayğacının son göstəricisinə uyğun mövcud qalıq borcu, sabit tariflə bağlı qalıq borcu və ödənişin son tarixi göstərilməlidir. İstehlakçı tərəfindən qazın hesabında göstərilən dəyəri tam ödənildikdən sonra qaz satıcısı yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin ödənilməsini istehlakçıdan tələb edə bilməz. Həmin Qanunun 13.8-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru qanunsuz xətti dərhal qaz şəbəkəsindən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz nəqli sistem operatoru və ya qazpaylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz nəqli sistem operatoruna və ya qazpaylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər X3 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə ki, işin hallarından görünür ki, iddiaçıya 2017-2020-ci illərdə X3nın pozulmasına görə aktlar yazılmışdır. 2018-ci ilin avqust ayında yazılmış 115,20 manat borc (sayğaca müdaxilə) istisna olmalqa, digər borclar kənar xətdən istifadə ilə bağlı yazılıb. xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsinə əsasən 1083,30 manat borc silinmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsində həmin borcun hansı dövrə aid edilməsi barədə qeyd yoxdur. Lakin həmin qətnamədən görünür ki, məhkəmə digər hallarla yanaşı iddiaçının barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli akta istinad etmişdir. (bu aktla yazılmış borc 59 manat təşkil edir). Belə ki, məhkəmə 1083,30 manat həddində borca yenidən qiymət verə bilmədiyindən və daha əvvəl məhkəmə tərəfindən xx.xx.2020-ci il tarixli akta hüquqi qiymət verildiyindən, iddia üzrə yoxlama tələbin qalan hissəsində aparılmalıdır. İşdən görünür ki, iddiaçıya 2019-cu ilin yanvar ayı üzrə 142,20 manat, fevral ayı üzrə 133,20 manat, mart ayı üzrə 130,50 manat, aprel ayı üzrə 133,20 manat, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə hər ay 32,40 manat, noyabr ayı üzrə 100,80 manat, dekabr ayı üzrə 252 manat - cəmi 2019-cu il üçün aktlar əsasında 1.086,30 manat borc yazılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş qətnaməsi ilə 1083,30 manat borc silindiyindən və xx.xx.2020ci il tarixli akta hüquqi qiymət verildiyindən, müqayisəli qaydada təhlil aparılaraq 2019cu ilə (cəmi aktlar əsasında yazılmış borc 1.086,30 manat) aid aktlar əsasında yazılmış borclar və xx.xx.2020-ci il tarixli akta əsasən yazılmış 59 manat borc istisna olmaqla, qalan dövrə (2017, 2018, 2020-ci illər) aid borclar məhkəmə tərəfindən yoxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, hazırki mübahisəyə “Qaz təchizatı haqqında” Qanunun kənar xəttin aşkar olunması ilə aktın inzibati və ya cinayət icraatının başlanılması üçün aidiyyəti üzrə göndərilməsini şərtləndirən və 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8-1-ci hissəsi də tətbiq edilməməlidir. (xx.xx.2026-cı il tarixdən qüvvədən düşmüşdür). Abonentin saldosundan görünür ki, qeydə alınmış cihazlara qaz peçi - PQ4 və samovar – QSQ (qeyri-standart qızdırıcı) aiddir. Hesablama bu cihazlar üzrə aparılmalıdır. İddiaçı evdə yaşayışın olmadığını və elektrik enerjisi üzrə sərfiyyatın evdəki kamera və ləmpələrlə əlaqəli olduğunu qeyd etsə də, mübahisəli ünvanda qazdan istifadə edilmədiyini əsaslandıra bilməmişdir. Belə ki, elektrik enerjisinin göstəriciləri (yuxarıda sadalanmışdır) evdə yaşayışın olmamasına dəlaət etmir, buna dair digər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Həmçinin işlə müəyyən edilir ki, iddiaçının aktların yazıldığı dövr üzrə (2017-2020) 2017-ci ildə cəmi ödənişi 22 manat, 2018-2019cu illərdə və 2020-ci ilin iyun ayınadək qaz təchizatından istifadəyə görə ödənişi “0” manat təşkil etmişdir. Qeyd olunan səbəblərdən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək, qeyd olunan dövrlər üzrə hesablama aparılmalıdır. Hesablamanın qaydasına gəldikdə məhkəmə qeyd edir ki, hesablama faktiki sayğacla hesablanmış qaz həcmi ilə deyil, 3 aylıq dövrün maksimal istifadə göstəriciləri üzrə aparıldığından, limitlər nəzərə alınmamalıdır. (limitlərin tətbiqi faktiki istifadə edilmiş qaz həcminə görə tətbiq edilir). Cavabdeh təşkilatın yoxlaması ən azı 3 ayda 1 dəfə təşkil edilməli olduğundan, hesablama dövrü 3 ay həddində müəyyən edilməlidir. Həmin dövr üzrə 1 m3 qaz həcminin dəyəri 0,10 manat təşkil etdiyindən, hesablama bu məbləğ üzrə aparılmalıdır. Göstərilən cihazlar üzrə 3 aylıq sərfiyyat 291,6 manat təşkil edir. (1,5x90x12=1620; 1,2x90x12=1296; 1620+1296=2916; 2916x0.10 manat=291,6 manat). İddiaçıya 2017-ci ilin iyun ayında 301,40 manat borc yazılıb. 2017-ci ilin aprel, may, iyun aylarına aid 3 aylıq müddət nəzərə alınaraq, 301,40 manat borcdan 3 aylıq sərfiyyatın dəyəri olan 291,6 manat çıxılmalı, qalan 9,8 manat borc silinməlidir. (301,40- 291,6). İddiaçıya 2017-ci ilin avqust ayında 599,8 manat borc yazılıb. Daha əvəl borc iyun ayında yazıldığından, 2017-ci ilin iyul və avqust ayları üzrə 2 aylıq sərfiyyat həcmi üzrə hesablama aparılmalıdır. 1 aylıq sərfiyyat dəyəri 97,2 manat təşkil etdiyindən (291,6/3), 2 ay üzrə sərfiyyat 194,4 manat təşkil edir. (97,2x2). Bununla da, qeyd olunan dövrə yazılmış 599,80 manat borcdan 194,4 manat çıxılaraq, qalan 405,4 manat borc silinməlidir. (599,8-194,4) Daha sonra borc 2017-ci ilin oktyabr ayında yazılıb. Daha əvvəl borc avqustda yazıldığından, 2017-ci ilin sentyabr və oktyabr ayları üzrə 2 aylıq dövr üçün sərfiyyat məbləği 194,40 manat təşkil etməklə yazılmış 57,60 manat borcdan çox olduğundan, bu borc olduğu kimi saxlanılmalıdır. Daha sonra borc 2017-ci ilin noyabr ayında 132,80 manat olaraq yazılıb. Həmin zaman kənar xətt aktın yazılması ilə ləğv edildiyindən 1 aylıq sərfiyyatın dəyəri olan 97,2 manat məbləği ilə yazılmış borcun fərqini təşkil edən 35,6 manat borc silinməlidir. (132,8-97,2) Daha sonra borc 2018-ci ilin yanvar ayından 2018-ci ilin mart ayınadək ardıcıl olaraq müvafiq olaraq 658,80 manat, 284,40 manat, 194,20 manat, cəmi 1.137,4 manat olaraq yazılmışdır. Borc yazıldığı dövr ardıcıl 3 ay təşkil etdiyindən, cəmi yazılmış məbləğlə 3 aylıq sərfiyyat dəyərinin (291,6 manat) fərqi olan 845,8 manat borc bu dövr üzrə (2018-ci ilin yanvar-mart ayları) yazılmış borcdan silinməlidir. (1137,4-291,6=845,8) Daha sonra borc 2018-ci ilin aprel ayında 133,20 manat, 2018-ci ilin may ayında 164,20 manat olaraq yazılmışdır. Yuxarıda qeyd edilmiş qayda üzrə cəmi yazılmış borcun məbləği ilə 2 aylıq sərfiyyatın dəyərinin fərqi olan 103 manat borc silinməlidir. (297,4-194,4=103). Daha sonra borc 2018-ci ilin iyul ayında 230,40 manat olaraq yazılıb. 2018-ci ilin iyun ayında borc yazılmamışdır. 2018-ci ilin avqust ayında yazılmış borc kənar xəttə görə deyil, müdaxilə ilə bağlı yazılmışdır. Buna görə də 2 aylıq sərfiyyat dövrünün dəyəri ilə (2018-ci ilin iyun-iyul ayları) yazılmış borcun fərqi olan 36 manat borc silinməlidir. (230,40-194,4=36). Daha sonra borc 2018-ci ilin avqust ayında sayğaca müdaxilə əsası ilə 115,20 manat olaraq yazılmışdır. Sayğaca müdaxilə ilə bağlı cavabdeh tərəfindən sübutlar təqdim edilmədiyindən bu dövrə aid yazılmış 115,20 manat borc silinməlidir. Daha sonra borc 2018-ci ilin oktyabr ayında 115,20 manat olaraq yazılmışdır. Daha əvvəlki borc 2018-ci ilin avqust ayına aid edildiyindən (və sayğaca müdaxilə ilə əlaqəli olduğundan) 2018-ci ilin senyabr-oktyabr ayları üzrə 2 aylıq dövr üçün (194,40 manat) hesabat aparılmalıdır. Yazılmış borc daha az məbləğdə olduğundan, bu borc olduğu kimi saxlanılmalıdır. Daha sonra borc 2018-ci ilin noyabr ayında 57,60 manat, dekabr ayında 57,60 manat, 2019-cu ilin yanvar ayında 142,20 manat olmuşdur. Borc yazıldığı dövr ardıcıl 3 ay təşkil etdiyindən, cəmi yazılmış məbləğlə 3 aylıq sərfiyyat dəyərinin (291,6 manat) fərqi yoxlanılmalıdır. Yazılmış borc daha az məbləğdə olduğundan, bu dövrün borcu olduğu kimi saxlanılmalıdır. Daha sonra borc 2019-cu ilin fevral ayında 133,20 manat, mart ayında 130,50 manat, aprel ayında 133,20 manat olmuşdur. Borc yazıldığı dövr ardıcıl 3 ay təşkil etdiyindən, cəmi yazılmış məbləğlə 3 aylıq sərfiyyat dəyərinin (291,6 manat) fərqi olan 105,3 manat borc bu dövr üzrə (2019-cu ilin fevral-aprel ayları) yazılmış borcdan silinməlidir. (369,6-291,6=105,3). Daha sonra borc 2019-cu ilin may ayında 32,40 manat, 2019-cu ilin iyun ayında 32,40 manat, 2019-cu ilin iyul ayı üzrə 32,40 manat olmuşdur. Borc yazıldığı dövr ardıcıl 3 ay təşkil etdiyindən, cəmi yazılmış məbləğlə 3 aylıq sərfiyyat dəyərinin (291,6 manat) fərqi yoxlanılmalıdır. Yazılmış borc daha az məbləğdə olduğundan, bu dövrün borcu olduğu kimi saxlanılmalıdır. Daha sonra borc 2019-cu ilin avqust ayında 32,40 manat, sentyabr ayında 32,40 manat, oktyabr ayında 32,40 manat olmuşdur. Borc yazıldığı dövr ardıcıl 3 ay təşkil etdiyindən, cəmi yazılmış məbləğlə 3 aylıq sərfiyyat dəyərinin (291,6 manat) fərqi yoxlanılmalıdır. Yazılmış borc daha az məbləğdə olduğundan, bu dövrün borcu olduğu kimi saxlanılmalıdır. Daha sonra borc 2019-cu ilin noyabr ayında 100,80 manat, dekabr ayında 252 manat, 2020-ci ilin yanvar ayında 252 manat olmuşdur. Borc yazıldığı dövr ardıcıl 3 ay təşkil etdiyindən, cəmi yazılmış məbləğlə 3 aylıq sərfiyyat dəyərinin (291,6 manat) fərqi olan 313,2 manat borc bu dövr üzrə (2019-cu ilin noyabr-dekabr ayları, 2020-ci ilin yanvar ayı) yazılmış borcdan silinməlidir. (604,8-291,6=313,2). Daha sonra borc 2020-ci ilin fevral ayında 252 manat təşkil etmişdir. Belə ki, 2020-ci ilin mart ayında hesablanmış borc əvvəlki məhkəmə araşdırmasının predmeti olduğundan bu iddia üzrə yoxlanılmalı deyil. 2020-ci ilin aprel ayında borc yazılmamışdır. 2020-ci ilin yanvar ayı əvvəlki hesablama dövrünə aid olduğundan, 1 aylıq sərfiyyat dəyəri üzrə yoxlama aparılmalı, 2020-ci ilin fevral ayına yazılmış 252 manat borcla 1 aylıq sərfiyyat dəyərinin fərqi olan 154,8 manat borc silinməlidir. (252- 97,2=154,8). Daha sonra borc 2020-ci ilin sentyabr ayında 684 manat olmuşdur. 2020-ci ilin iyul, avqust, sentyabr ayları üzrə 3 aylıq sərfiyyat dəyərinin yazılmış borcla fərqi olan 392,4 manat borc silinməlidir. (684-291,6=392,4) Qeyd olunanlara əsasən məhkəmə belə nəricəyə gəlir ki, X5 2017-ci ilin iyun ayı üçün hesablanmış 9,8 manat; 2017-ci ilin avqust ayı üçün hesablanmış 405,4 manat; 2017-ci ilin noyabr ayı üçün hesablanmış 35,6 manat; 2018-ci ilin yanvar ayından aprel ayınadək hesablanmış 1.137,4 manat borcdan 845,8 manat; 2018-ci ilin aprel və may ayları üçün hesablanmış 297,4 manat borcdan 103 manat; 2018-ci ilin iyul ayı üçün hesablanmış 230,40 manat borcdan 36 manat; 2018-ci ilin avqust ayı üçün hesablanmış 115,20 manat; 2019-cu ilin fevral ayından may ayınadək hesablanmış 396,6 manat borcdan 105,3 manat; 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək hesablanmış 604,8 manat borcdan 313,2 manat; 2020-ci ilin fevral ayı üçün hesablanmış 252 manat borcdan 154,8 manat; 2020-ci ilin sentyabr ayı üçün hesablanmış 684 manat borcdan 392,4 manat, cəmi qeyd olunan dövr üçün hesablanmış 2.516,5 manat borc silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 45,17 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:

İddiaçı Cavabdehnə qarşı “iddiaçıya hesablanmış 6.586,26 manat borcun silinməsi” barədə iddia ərizəsi qismən təmin edilsin. X5 (abonent kodu: **********00000) 2017-ci ilin iyun ayı üçün hesablanmış 9,8 manat; 2017-ci ilin avqust ayı üçün hesablanmış 405,4 manat; 2017-ci ilin noyabr ayı üçün hesablanmış 35,6 manat; 2018-ci ilin yanvar ayından aprel ayınadək hesablanmış 1.137,4 manat borcdan 845,8 manat; 2018-ci ilin aprel və may ayları üçün hesablanmış 297,4 manat borcdan 103 manat; 2018-ci ilin iyul ayı üçün hesablanmış 230,40 manat borcdan 36 manat; 2018-ci ilin avqust ayı üçün hesablanmış 115,20 manat; 2019-cu ilin fevral ayından may ayınadək hesablanmış 396,6 manat borcdan 105,3 manat; 2019-cu ilin noyabr ayından 2020-ci ilin fevral ayınadək hesablanmış 604,8 manat borcdan 313,2 manat; 2020-ci ilin fevral ayı üçün hesablanmış 252 manat borcdan 154,8 manat; 2020-ci ilin sentyabr ayı üçün hesablanmış 684 manat borcdan 392,4 manat, cəmi qeyd olunan dövr üçün hesablanmış 2.516,5 (iki min beş yüz on altı manat əlli qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 45,17 manat dövlət rüsumu Cavabdeh İB-dən dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar