Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7035/2021 05.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.10.2019-cu il tarixli müqaviləsinə əsasən, DECT PANASONİC ev telefonu, TP-LİNK Modem üçün 19 manat ödənilməmiş hissə,1 manat cərimə, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire notebook, 3 ədəd notebook çantası üçün 979.2 manat ödənilməmiş hissə, 97.8 manat cərimə, 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********9723 X1 8 markalı telefon üçün 574.8 manat ödənilməmiş hissə, 57.2 manat cərimə olmaqla ümumilikdə 1729 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 02.10.2019-cu il, 18.01.2020-ci il, 08.03.2020-ci il tarixli müqaviləyə əsasən, cavabdeh DECT PANASONİC ev telefonu, TP-LİNK Modem, Acer Aspire notebook, 3 ədəd notebook çantası, İMEİ Kodu **********59723 X1 8 almış və nəticədə 1729 manat borcu yaranmışdır, cavabdeh 02.10.2019-cu il müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 114 manat (6 ay x 19 manat + 0 manat ilkin ödəniş) olan DECT PANASONİC ev telefonu, TP-LİNK Modem üçün ümumilikdə 20 manat olmaqla ondan 19 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 1 manat cərimə, 18.01.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1069.2 manat (12 ay x 89 manat 10 qəpik+0 manat ilkin ödəniş) Acer Aspire notebook, 3 ədəd notebook çantası üçün ümumilikdə 1077 manat olmaqla ondan 979.2 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 97.8 manat cərimə, 08.03.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 574.8 manat olmaqla ondan, 574.8 manat ödənilməmiş hissə, İMEİ Kodu **********59723 X1 8 markalı telefon üçün ümumilikdə 632 manat olmaqla ondan 574.8 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 57.2 manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 185 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 02.10.2019-ci il tarixdə 00953215, 18.01.2020-ci il tarixdə 20045168, 08.03.2020-ci il tarixdə 20159681 saylı müqavilələr bağlanmışdır, müqavilələrə əsasən "xxxx" DECT PANASONİC ev telefonu, TP-LİNK Modem, Acer Aspire notebook, 3 ədəd notebook çantası, İMEİ Kodu **********59723 X1 8 markalı telefonu müştəriyə satmış, o isə malları müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 02.10.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 19 manat, cərimə borcu 1 manat, 18.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 979.2 manat, cərimə borcu 97.8 manat, 08.03.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 574.8 manat, cərimə borcu 57.2 manat olmaqla, ümumilikdə borcunun məbləği 1729 manat təşkil edir. İş materiallarında olan 02.10.2019-cu il, 18.01.2020-ci il, 08.03.2020-ci il tarixli bildirişlərdən və əşyaların təhvil-təslim aktından görünür ki, DECT PANASONİC ev telefonu, TP-LİNK Modem, Acer Aspire notebook, 3 ədəd notebook çantası, İMEİ Kodu **********59723 X1 8 telefonu Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 10.08.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair 18.01.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQM-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında DECT PANASONİC ev telefonu, TP-LİNK Modemə dair 02.10.2019cu il tarixli, Acer Aspire notebook, 3 ədəd notebook çantasına dair 18.01.2020-ci il tarixli, X1 8 markalı telefona dair 08.03.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur, hazırda cavabdehin iddiaçıya olan borcu 02.10.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 19 manat, cərimə borcu 1 manat, 18.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 979.2 manat, cərimə borcu 97.8 manat, 08.03.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 574.8 manat, cərimə borcu 57.2 manat olmaqla, ümumilikdə borcunun məbləği 1729 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 02.10.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 19 manat, cərimə borcu 1 manat, 18.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 979.2 manat, cərimə borcu 97.8 manat, 08.03.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 574.8 manat, cərimə borcu 57.2 manat olmaqla, ümumilikdə 1729 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 02.10.2019-cu il tarixli müqaviləyə əsasən DECT PANASONİC ev telefonu, TP-LİNK Modem üçün 19 manat ödənilməmiş hissə, 1 manat cərimə; 18.01.2020-ci il tarixli müqaviləyə əsasən Acer Aspire notebook, 3 ədəd notebook çantası üçün 979.2 manat ödənilməmiş hissə, 97.8 manat cərimə; 08.03.2020-ci il tarixli müqaviləyə əsasən X1 8 markalı telefon üçün 574.8 manat ödənilməmiş hissə, 57.2 manat cərimə borcu olmaqla, ümumilikdə 1729 (min yeddi yüz iyirmi doqquz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7035/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7035/2021
05.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver