Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-704/2023 08.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00035 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evi üzrə 2020-cı ilin may, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr, 2021-ci ilin bütün ayları üzrə 12 dəfə, 2022-c ilin yanvar, fevral, mart, iyun, iyul ayları üzrə 5 dəfə, akt tərtib edilmiş, aktlarda təbii qazdan kənar xətt vasitəsilə istifadə edilməsi qeyd edilərək, həmin aktlar üzrə, 2020ci il üzrə ümumilkdə 2347,20 manat, 2021-ci il üzrə ümumilikdə 5248,80 manat, 2022-ci il üzrə ümumilikdə 3827,52 manat məbləğində dəymiş maddi zərər hesablanmışdır.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı cavabdeh tərəfindən ona hesablanmış 11423,52 manat mələğində borcun əsassız hesab edilərək silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi evdə yaşayır. Qeyd edilən yaşayış evi ona məxsusdur və həmin evə cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu (istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən həmin ünvanda Smart-kart tipli sayğac quraşdırılmışdır. Cavabdehin əməkdaşları tərəfindən evdə sayğacdan əvvəl qazdan istifadə edilməsi ilə bağlı 24 dəfə cərimə aktı yazılıb. Bunların heç birindən xəbəri olmayıb. Qaz idarəsiıidə o, həmin aktları və şəkilləri tələb etsə də, aktları vermişlər, lakin şəkilləri verməmişlər. O, onlara təklif etmişdir ki, komissiya təşkil edilsin və evə baxış keçirilsin amma onlar razı olmayıb ona bildirmişlər ki, məhkəməyə müraciət etsin. Ona məlum olmuşdur ki, 11423,52 manat cərimə yazıblar. Onun evi çox kiçik və təmirsiz bir evdir. Orada hesablanan cərimə qədər ümumiyyətlə qazdan istifadə etmək olmaz. Hal- hazırda qaz idarəsi tərəfindən evə sayğac quraşdırılıb və ödənişlərə baxdıqda istifadə etdiyi qazın həcmi məklum olar.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ekspert rəyi ilə razıdır. Əvvəlki məhkəmə iclasında yanlış olaraq 2 il ərzində sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyini bildirsə də, əslində yalnız 3 ay kənar xəttdən istifadə edib. Həmçinin bildirdi ki, onun yaşadığı mənzildə dördgözlü qaz piltəsi həmişə, eləcə də sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə də mövcud olub, dəmir soba da sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə, su qızdırıcısı və iran sobasını isə yalnız sayğac çəkiləndən sonra mövcud olub.
7. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək bildirdi ki, ekspert rəyi ilə tam razıdır. Əlavə olaraq bildirdi ki, iddiaçıdan tələb olunan borcun məbləği əsaslı olaraq hesablanmışdır.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
8. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
9. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
14. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
15. Maddə 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
16. Maddə 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
17. Maddə 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.
19. Belə ki, iddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında mübahisə predmeti mənzildə təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istifadət etdiyini etiraf etmişdir.
20. Lakin məhkəmə təbi qazdan kənar xətt vasitəsiylə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia kənar xətdən istifadə nəticicəsində hesablanmış 11423,52 manat borcun silinməsi hissəsində qismən əsaslıdır.
21. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının hesabatı düzgün aparılmamışdır. Məhkəmə həmin hesabatın 30 gün müddəti üçün aparılmasını qanuni və ədalətli hesab edir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməlidirlər.
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndinə əsasən qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur.
23. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar üzrə hesabat müddəti 30 gün müəyyən edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır.
24. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən dəymiş ziyanın həcmi hesablanarkən qaz işlədicilərindən PQ4, PQ3, QSSQ, QSQ və dəmir soba makimal saatlıq qaz sərfi nəzərə alınsa da, iddiaçı son məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sayağcdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə yalnız qaz piltələri və dəmir soba mövcud olmuşdur, digər qaz işlədicisi isə yalnız sayğac quraşdırıldıqdan sonra mövcud olmuşdur. Cavabdeh isə həmin qaz işlədicilərinin də mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sayğacdan kənar qaz vasitəsilə istifadə edilməsi nəticəsində dəymiş zərər yalnız PQ4, PQ3 və dəmir soba üzrə hesabat aparılmalıdır.
25. Qeyd edilənlərə əsasən iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli hesabatlar üzrə 187,20 manat, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli hesabat üzrə 194,40 manat, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli hesabatlar üzrə 224,60 manat, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli hesabatlar üzrə 345,60 manat, xx.xx.2021-ci il tarixli hesabat üzrə 57,60 manat, xx.xx.2021-ci il tarixli ehsabat üzrə isə 158,40 manat olmaqla, ümumikdə isə 4213,40 manat olmalıdır.
26. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 4213,40 manat məbləğində borcun tələb edilməsi əsaslıdır.
27. Məhkəmə hesab edir ki, iddiaçıdan 7210,12 manat borcun tələb edilməsi hissəsində tam əsassızdır. Belə ki, iş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsində qeyd edilən borcun olması qeyd olunsa da, bu borcun nəyin əsasında hesablandığı iş materialları ilə müəyyən olunmur və cavabdeh borcun yaranmasına əsas olan halları təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi 7210,12 manat məbləğində borcun silinməsi hissəsində də əsaslıdır.
28. Beləliklə, şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 7210,12 manat (11423,52 manat – 4213,40 manat = 7210,12) məbləğində borcun silinməsi hissəsində təmin edilməlidir.
29. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır.
30. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 92,10 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evi üzrə (abonent kodu **********00035) İddiaçı hesablanmış 7210,12 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə (4213,40 manat hissədə) təmin edilməsin. 92,10 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 60 manat məbləğində xərc Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı