Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7090/2023 07.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Bakıxanov küçəsində yerləşən fərdi yaşayış evi üzrə **********00750 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. Cavabdeh tərəfindən xx.xx.2017-ci tarixdə ******* saylı, xx.xx.2018-ci il tarixdə ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib edilmiş, aktlarda iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən hər üç akt üzrə hesabat tərtib edilmiş və itirilmiş qazın həcminin xx.xx.2017-ci il tarixli akt üzrə 2400 m3, xx.xx.2018-ci il tarixli akt üzrə 10560 m3 , xx.xx.2021-ci il tarixli akt üzrə isə 3456 m3 olması müəyyən edilmişdir. xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli aktlar üzrə hesablanmış borc iddiaçı tərəfindən ödənilmiş, həmin aktlar üzrə borcu qalmamışdır.
3. Həmçinin, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2017-ci ilin dekabr ayı üzrə 480 manat məbləğində, 2018-ci ilin fevral ayı üzrə 2112 manat, 2021-ci ilin dekabr ayı üzrə isə 414,72 borcunun olması qeyd olunmuşdur.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı **********00750 saylı abonent koduna əsassız hesablanmış 734,31 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsi ilə cavabdeh tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə 728,51 manat borcucun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, ona məxsus yuxarıda qeyd edilən ünvandakı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının yoxlanılması üçün cavabdehin əməkdaşları tərəfindən ona məxsus **********00750 abonent kodlu, Zinner G4T” tipli mexaniki qaz sayğacına baxış keçirilmiş, guya təbii qaz sayğacından kənar qeyri-qanuni olaraq istifadə edildiyi üçün cavabdehin əməkdaşları tərəfindən ******* saylı akt tərtib olunmuşdur. O, ailə üzvləri ilə birlikdə 2023-cü ilin iyun ayından evdə yaşamağa başlamışdır. Bu ilə qədər isə kənddə yaşayan, kimsəsiz, fəhləliklə məşğul olan birinə evə nəzarət edib baxması məqsədilə vermişdir. Lakin sözügedən ünvanda yaşamamadığı və kommunal xidmətlərdən istifadə etməməyinə baxmayaraq ona bu cür əsassız borc hesablanmışdır. Ona təqdim edilmiş abonent saldosundan da göründüyü kimi 734.31 manat məbləğində əsassız borc hesablanmışdır. Məsələnin araşdırılması üçün cavabdehə müraciət etdiyi zaman məlum olmuşdur ki, ona məxsus qaz sayğacına baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt tərtib olunmuşdur. Həmin akta əsasən guya ona məxsus ünvanda quraşdırılmış sayğacın düzgün istifadə edilməməsi, təbii qazdan sayğacdan kənar, qeyri-qanuni istifadə nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfıyyatına görə borc hesablanmışdır. Tərəfindən heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Uzun illərdir ki, həm yaşadığı mənzildə, həm də ona məxsus sözü gedən fərdi yaşayış evində sərf etmiş qazın dəyəri qismində pul vaxtlı-vaxtında ödənilmişdir. O, 2-ci dərəcəli əlildir. Eyni zamanda anası Nümayəndə da 2-ci dərəcəli əlildir. O, əmək qabiliyyətsiz olduğundan, ailənin zəruri xərclərini ödəməkdə bir sıra problem və çətinliklərlə qarşılaşır.
7. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
12. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
13. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
14. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.
15. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
19. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
20. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
21. Belə ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.
22. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.
23. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halın sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halın doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini sübut edə bilməmişdir.
24. Bundan başqa, cavabdeh akt əsasında hesablanmış borcun iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
25. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən qazdan istifadə qaydalarının pozulmasında iddiaçının təqsiri sübuta yetirilmədiyindən ocavabdehin hesabladığı 414,72 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.
26. Məhkəmə 2022-ci ilin aprel ayı üzrə hesablanmış abonent saldosunda “qalıq və aktlar” bölməsində əks olunmuş 6,40 manat məbləğində borcun silinməsinə münasibətdə qeyd edir ki, cavabdeh həmin borcun nəyin əsasında hesablanmasını sübut edə bilməmiş, eləcə də borcun hesablanmasına əsas olmuş aktı məhkəməyə təqdim edə bilməmişdir.
27. Lakin məhkəmə hesab edir ki, 307,39 manat pulun tutulması hissəsində əsassızdır. Belə ki, iş materialları əsasında müəyyən olunur ki, iddiaçı qalan borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 421,12 manat borcun silinməsi hissəsində təmin edilməlidir.
28. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
29. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Bakıxanov küçəsində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00750) dair İddiaçı hesablanmış 421,12 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə (307,39 manat məbləğində borcun silinməsi hissəsində) təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı