Məhkəmə qərarları › İş №2(011)-7114/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7114/2024

23.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7114/2024 23.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X6, Ərizəçi “sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: Ərizəçi “sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin məcəllənin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti X1 və istismarı Birliyi tərəfindən verilmiş 06 yanvar 2005-ci il tarixli 13880 saylı müqavilədən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən X1 və X4 rayonunun Ləhiş ərazisindəki 0.25 hektar torpaq sahəsi olan 1263 №-li bağlı müqavilədə göstərilən tikililər, qurğular və ağaclarla birlikdə istifadəçi X2 verir. İş materiallarında olan 12 oktyabr 1992-ci il tarixli 13880 nömrəli bağın icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Nizamnaməsi əsasında fəaliyyət göstərən Bağlar Təsərrüfatı idarəsi X3 Ləhiş ərazisində yerləşən 0.25 ha torpaq sahəsi icarəyə verilmişdir. Ərizəçi ərizəsində anası Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızının adının yuxarıda qeyd olunan sənədlərdə yanlışlıqla qeyd olunduğu bildirmiş, bu səbəbdən məhkəməyə ərizə ilə müraciət edərək, Ləhiş ərazisindəki 1263 nömrəli bağın icarəyə verilməsi haqqında xx.xx.1992-ci il tarixli, 13880 saylı müqavilə və Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və Park-bağ Təsərrüfatının inkişafı departamenti X1 və istismarı Birliyi tərəfindən xx.xx.2005-ci il tarixli Ləhiş ərazisindəki 1263 nömrəli bağın istifadəyə verilməsi haqqında 13880 saylı müqavilənin mərhum anası Muxtarova (Qəmbərova) Şöylyə Axamehdi qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirəm ki, ərizəçi qeyd olunan hallar ilə bağlı ilk növbədə həmin sənədlərin verildiyi orqana müraciət etməli olduğu halda, ərizə ilə məhkəməyə müraciət etmiş, qeyd olunan faktın təsdiq edilməsində imtina edilməsi ilə bağlı ərizəçi heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.3-cü maddəyə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Hesab edirəm ki, yuxarıda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 149, 151, 152, 263- 264 və 266-269-cu, 310.1-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Ərizəçi “sənədin şəxsə məxsus olma faktının müəyyən edilməsi” haqqında ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar