Məhkəmə qərarları › İş №2(011)-7121/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7121/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7121/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********00742 olan Samsung Galaxy A50 markalı telefon üçün üçün 159 manat ödənilməmiş hissə, 15 manat cərimə, 31.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********75737 olan Samsung Galaxy A51 markalı telefon üçün 193.4 manat ödənilməmiş hissə, 19.6 manat cərimə, ümumilikdə 387 manat borc pulun və 20 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 07.10.2019-cu il və 31.01.2020-ci il tarixli müqavilələrə əsasən, cavabdeh, İMEİ kodu **********00742 olan Samsung Galaxy A50 markalı telefon və İMEİ kodu **********75737 olan Samsung Galaxy A51 markalı telefon almış, nəticədə 387 manat borcu yaranmışdır, cavabdeh 07.10.2019-cu il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 660 manat (12 ay x 55 manat + 0 manat ilkin ödəniş) olan, İMEİ kodu **********00742 olan Samsung Galaxy A50 markalı telefon üçün ümumilikdə 174 manat olmaqla ondan 159 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 15 manat cərimə borcu yaranmışdır; 31.01.2020-ci il müqavilənin şərtlərini pozaraq alqı-satqı qiyməti 842.4 manat (12 ay x 62 manat 70 qəpik + 90 manat ilkin ödəniş) olan, İMEİ kodu **********75737 olan Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə 213 manat omaqla ondan 193.4 manat ödənilməmiş hissə və müştəriyə güzəşt olunaraq 19.6 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1150 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 07.10.2019-cu il tarixdə 00964534 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" 1 ədəd Samsung Galaxy A50 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir, İş materiallarından görünür ki, ABC Telecom» MMC ilə Cavabdeh arasında 31.01.2020-ci tarixdə 20072313 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" 1 ədəd Samsung Galaxy A51 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 07.10.2019-cu il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 159 manat, cərimə borcu 15 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 174 manat, 31.01.2020-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 193.4 manat, cərimə borcu 19.6 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 213 manat, cəmi ödənilməmiş məbləğ 352.4 manat, cərimə borcu 34.6 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 387 manat təşkil edir. İş materiallarında olan 07.10.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********00742 olan Samsung Galaxy A50 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 31.01.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********75737 olan Samsung Galaxy A51 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan 27.08.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 14.06.2021-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQM-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında İMEİ kodu **********00742 olan Samsung Galaxy A50 markalı telefon və İMEİ kodu **********75737 olan Samsung Galaxy A51 markalı telefona dair 07.10.2019cu il və 31.01.2020-ci il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 07.10.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 159 manat, cərimə borcu 15 manat, 31.01.2020-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 193.4 manat, cərimə borcu 19.6 manat, olmaqla, ümumilikdə 387 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 07.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********00742 olan Samsung Galaxy A50 markalı telefon üçün 159 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu borcu, 31.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********75737 olan Samsung Galaxy A51 markalı telefon üçün 193.4 manat ödənilməmiş hissə, 19.6 manat cərimə pulu borcu, ümumilikdə 387 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 20 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 07.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********00742 olan Samsung Galaxy A50 markalı telefon üçün 159 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu borcu, 31.01.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********75737 olan Samsung Galaxy A51 markalı telefon üçün 193.4 manat ödənilməmiş hissə, 19.6 manat cərimə pulu borcu, ümumilikdə 387 (üç yüz səksən yeddi) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 (iyirmi) manat Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar