Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7151/2024 20.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “müqavilənin etibarsız hesab edilməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, iddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Az 1106, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alqı-satqısı barədə 08 iyul 2022-ci il tarixli, AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı maddi problemi olduğu üçün Cavabdehnə (bundan sonra cavabdeh adlandırılacaq) müraciət edərək oan borc pul lazım olduğunu bildirmiş, cavabdeh borc pul verməyə razı olmuş və onunla borc müqaviləsi bağlamaq lazım olduğunu bildirmişdir. Cavabdehin nümayəndəsi iddiaçı ilə borc müqaviləsi bağlamaq adı ilə 9 saylı notariat kontoruna getmiş orada iddiaçıya sənədlərə imza etdirmiş və borc müqaviləsi əvəzinə iddiaçı ilə alqı-satqı müqviləsi bağlamışdır. İddiaçı bildirir ki, onunla cavabdeh arasında 08 iyul 2022-ci il tarixdə, Bakı şəhəri 9 saylı notariat ofisində Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəi Eldar Babayev küçəsi, 3024-cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Az l106, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfdən müqaviləni X3 imzalamışdır. Elə həmin gün Cavabdeh ilə X4 arasında Bakı şəhəri Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəi Eldar Babayev küçəsi, 3024-cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Azl 106, ünvan 2 ünvanında yerləşən yaşayış sahəsinin daxili lizinq müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən lizinq alanın maliyyə öhdəliyi 58 600 manat müəyyən edilmişdir. Bağlanmış “alqı-satqı” müqaviləsində mənzilin qiyməti 160 000 manat qiymətləndirilmiş, lakin X4 ilə bağlanmış daxili lizinq müqaviləsində isə mənzilin qiyməti 58000 manat kimi qiymətləndirilmişdir. Həmin gün iddiaçıya 50 000 manat pul verimişdir. Onunla cavabdeh arasında etibar olduğu və iddiaçıya təcili 50000 manat lazım olduğu üçün sənədləri mexaniki olaraq imzalamışdır. Müqavilə bağlanan vaxt iddiaçıya müqavilənin nüsxəsi verilməmişdir. Bu yaxınlarda iddiaçıya məlum olmuşdur ki, cavabdeh borc müqaviləsi deyil alqı-satqı müqaviləsi bağlamışdır. İddiaçı qeyd edir ki, bununla bağlı cavabdeh qurumun rəhbərliyi ilə görüşmüşdür. Lakin bunun da heç bir nəticəsi olmamışdır. İddiaçının əsil niyyəti alqı-satqı müqaviləsi bağlamaq olmamışdır. İddiaçı mənzilinin qiyməti müqavilədə göstərildiyi kimi 160000 manat deyil 260000 manat civarındadır. Habelə, Dadaşov Qubadla bağlanmış daxili lizinq müqaviləsində mənzilin qiymətinin 58000 manat olması da həqiqəti əks etdirmir. Əslində daxili lizinq müqaviləsində göstərilən 58 000 manat iddiaçıya lazım olan borc pula uyğunlaşdlırılmışdır. Mənzilin qiymətinin bu cür azaldılması bir daha cavabdehin həqiqi niyyətini təsdiqləyən haldır. Cavabdeh iddiaçını aldadaraq müqaviləni imzalatdırdığı üçün müqavilə etibarsız hesab edilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaçının iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini, iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Müstəqil tələb irəli sürəməyən üçüncü şəxs Bakı şəhəri 9 saylı Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etdi. Müstəqil tələb irəli sürəməyən üçüncü şəxs X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, o məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Bаkı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Az 1106, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 160 000 manat müqabilində alıcı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli D116 saylı X7 müqaviləsinə əsasən, lizinq verən “Faktor Lizinq" MMC satıcıdan əldə edəcəyi Bаkı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Az 1106, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X1 verməyi, lizinq alan isə müqavilədə müəyyənləşdirilmiş pul məbləğini lizinq verənə ödəməyi öhdəsinə götürmüşdür, lizinq alanın ilkin maliyyə öhdəliyi 58600 manat müəyyən edilmiş, məcmu öhdəliyi isə son ödəniş tarixinədək bu müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavənin tərtibi metodikasına uyğun olaraq hesablanacaq məbləğdə ödənilir. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli D116 saylı X7 müqaviləsinə Əlavə 3 təhvil- təslim protokolundan görünür ki, 160 000 manat dəyərində lizinq obyekti olan Bаkı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Az 1106, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak lizinq alanın müvəqqəti sahibliyinə verilmişdir, protokol lizinq verən “Faktor Lizinq" MMC, lizinq alan X4 və satıcı İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X4 tərəfindən verilmiş ərizədən görünür ki, Bаkı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Az 1106, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı almaq niyyətindədir, əmlak 160 000 manat qiymətinə satıcı ilə razılaşdırmışdır, bununla bağlı 58600 mant vəsaitə ehtiyacı olduğundan, lizinq şərtləri ilə “Faktor Lizinq" MMC tərəfindən maliyyələşdirilməsini xahiş edir, əmlak icarəyə verilmək məqsədi ilə alınır və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönəldilicəkdir,öz sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən lizinq öhdəliklərinin ödənişi aparılcaqdır. İş materiallarında olan, Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən təsdiqlənən çekdən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı 158 303,50 manat məbləğində ödəniş olunmuş, İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, X4 tərəfindən “Faktor Lizinq" MMC-yə D116 saylı X7 müqaviləsinə əsasən avans kimi 101 400 manat ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Belə ki, məhkəmə araşdırması zamanı mübahisəli müqavilənin etibarsız əqd kimi tanınması üçün əsaslar mövcud deyildir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı Bаkı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Az 1106, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini 160 000 manat müqabilində alıcı “Faktor Lizinq" Məhdud Məsuliyyətli Cəmiyyətinə satmışdır. Bakı şəhəri 9 saylı Notariat Ofisi tərəfindən təsdiqlənən çekdən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı 158 303,50 manat məbləğində ödəniş olunmuş, İddiaçı tərəfindən imzalanmışdır. Həmçinin məhkəmənin xx.xx.2024-cü il tarixdə keçirilmiş hazırlıq iclasında İddiaçı 158 303,50 manat məbləğində ödənişin alınması ilə bağlı qəbzdə olan imzanın ona məxsus olduğunu etiraf etmişdir. xx.xx.2022-ci il tarixli D116 saylı X7 müqaviləsinə əsasən, lizinq verən “Faktor Lizinq" MMC satıcıdan əldə edəcəyi Bаkı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Az 1106, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı lizinq alan X1 vermişdir. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik tərəfindən əqdin etibarlı olması aşağıdakı şərtlər sistemi daxilində müəyyən edilir: 1) məzmunun qanuniliyi; 2) əqdi həyata keçirən hüquqi və fiziki şəxslərin əqddə iştirak etmək qabiliyyətinin olması; 3) iradə və iradə ifadəsinin müvafiqliyi; 4) əqdin formasına riayət edilməsi. Göründüyü kimi əqdlərin etibarlılığı onu təşkil edən elementlərin etibarlılığından asılıdır. Əqdin hansı elementinin qüsurlu olmasından asılı olaraq, etibarsız əqdlər bir neçə qrupa bölünür: subyektiv tərkibinin, iradənin, formanın və məzmunun qüsurlu olduğu etibarsız əqdlər. İradə və iradə ifadəsinin vahidliyi əqdin etibarlılığının zəruri şərtidir. İradənin qüsurlu olduğu əqdlərdə ya tərəfin əqdin bağlanmasına daxili iradəsi olmur, ya da onun daxili iradəsi düzgün formalaşmır. Beləliklə, əqdin etibarlı olub-olmamasını müəyyən etmək üçün ilk növbədə əqdi bağlamış tərəflərin əqddə iştirak etmək qabiliyyətinin olubolmaması aydınlaşdırılmalıdır. Hazırda isə iddiaçı cavabdeh ilə onun arasında borc münasibətlərinin olduğunu əsas gətirərək, borc münasibətlərinin alqı-satqı müqaviləsi ilə pərdələndiyini bildirmiş, buna görə də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hazırkı mülki işin araşdırması zamanı tərəflər arasında borc münasibətlərinin olduğunu nə iş materialları, nə də tərəflərin izahatları, nə də mötəbər sübutlar ilə öz təsdiqini tapmamışdır. Bununla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, əqdin etibarlı olmasını şərtləndirən yuxarıdakı dörd şərt pozulmamışdır. Belə ki, tərəflər arasında qanunvericilikdə daşınmaz əmlakın alqı-satqısı üçün nəzərdə tutulmuş yazılı notarial qaydada müqavilə bağlanmış, qeyd edilən əmlakın dəyəri notariat ofisinin depozitinə daxil edilmiş və satıcı tərəfindən çekə imza edilməklə qəbul edilmiş və iddiaçının qeyd etdiyi kimi əslində alqı-satqı niyətinin olmaması müəyyənləşdirilməmişdir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddia həmçinin ona görə təmin edilməməlidir ki, sözügedən mənzil artıq iddiaçı ilə cavabdehin mübahisəsindən kənar olan üçüncü şəxs X1 lizinq verilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdehnə qarşı “iddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 9 saylı notariat ofisində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Eldar Babayev küçəsi, 3024-cü məhəllə ev 4V mənzil 69; yeni qaydalarla Az 1106, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinin alqı-satqısı barədə 08 iyul 2022-ci il tarixli, AN-İ ******* saylı müqavilənin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7151/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7151/2024
20.12.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver