Məhkəmə qərarları › İş №2(011)-7156/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7156/2024

06.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7156/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanı üzrə cərimə kimi yazılmış olan 1.182,40 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. O iddia ərizəsinə xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətini əlavə etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İş materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e- 2(008)-3561/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı 842,40 manat akt üzrə borc, 1.152,9 manat debitor borc, 39,97 manat məbləğində dövlət rüsumu və 50 manat vəkil xərci iddiaçı Cavabdeh İB-nin xeyrinə tutulması qət edilmişdir. Göründüyü kimi, Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 799,20 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 960 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 86,40 manat, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 136 manat, aktların cəmi əsasında ümumilikdə 1981.6 manat dəymiş zərər hesablanaraq məhkəmə qətnaməsi ilə İddiaçı tutulmuşdur. Belə ki, borcun hesablanması ilə bağlı tərəflər arasında yaranmış mübahisə daha əvvəl Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən araşdırılmışdır. Bununla da, hazırda silinməsi tələb olunan borcun yaranması əsaslarına Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3561/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmişdir, həmin qətnamə qanuni qüvvəsini almışdır. Bununla da, eyni tərəflər arasında borcun hesablanmasının qanuniliyinin yoxlanılması ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3561/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mövcud olduğundan iddia tələbləri üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim mülki iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Sadalanan xüsusata əsasən məhkəmə hesab edir ki, qaz təchizatına görə borcun hesablanması üzrə mülki işə daha əvvəl məhkəmənin icraatında baxılmaqla, yekun məhkəmə aktı çıxarıldığından hazırki iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264, 267ci maddələrini rəhbər tutaraq qəraraaldı: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yaranmış mübahisə üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-3561/2023 saylı, xx.xx.2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar