Məhkəmə qərarları › İş №2(011)-7173/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7173/2025

07.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7173/2025 07.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırılması Bürosunun 1977ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiyası və qiymətləndirilməsinə aid pasportun ərizəçiyə məxsus olmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur. Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırılması Bürosu tərəfindən 1977-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiyası və qiymətləndirilməsinə” aid pasport təqdim edilmişdir. AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək evə dair çıxarış verilməsi istənilmişdir. Qeyd edilən qurumdan Bakı şəhər İcra Hakimiyyətinin Texniki İnvertarlaşdırılması Bürosunun 1977-ci il tarixli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertizasiyası və qiymətləndirilməsinə aid pasportda ərizəçinin ata adının düzgün yazılmadığı və adının qaralama edilməklə yazıldığı bildirilmişdir. Bu pasportda ata adının və adının qaralanmasının mexaniki olaraq yanlış yazılması qənaətindədir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X1r. Bakı şəhəri Xətai Rayon Qeydiyyat şöbəsinin xx.xx.2017-ci il tarixli arayışdan görünür ki, İmanov X5 xx.xx.1989-cu ildə Bakı şəhərində vəfat etmişdir. Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1977-ci il tarixdə verilmiş ünvan 3 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportdan görünür ki, “ev sahibinin familiyası, adı, atasının adı” qrafasında “Ərizəçi Babaəli oğlu” yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanındakı torpaq onlara məxsusdur, torpağın sənədi qardaşı Elxanın adına verilmişdir, Elxanla birlikdə digər qardaşlar da ailəsi ilə həmin torpaqda yaşayır. Uzun illərdir ki, qeyd edilən torpaqda yaşayırlar və onlardan başqa torpağa heç kimin sahibliyi və iddiası olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, ünvan 5 ünvanında yaşayır, yəni, ərizəçi və onun ailəsi ilə qonşudur. ünvan 4 ünvanındakı torpaqda həmişə Ərizəçi və qardaşları yaşamışdır və torpaqla bağlı heç bir mübahisə olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1977-ci il tarixdə verilmiş ünvan 1 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport hüquqmüəyyənedici sənəd olduğundan və ərizəçinin həmin sənədi yenidən əldə etməsi mümkün olmadığından ərizəçi Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Qeyd edilən sənədin əslinə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, sənəddə “ev sahibinin familiyası, adı, atasının adı” qrafasında “Ərizəçi Babaəli oğlu” yazılmış, “Elxan” yazısı bir qədər qaralanmışdır. Ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsindən və doğum şəhadətnaməsindən isə görünür ki, ərizəçinin adı Ərizəçidur. Məhkəmə iclasında dindirilmiş şahidlər ünvan 1 ünvanına dair sənədin ərizəçiyə məxsus olmasını, həmin torpaq sahəsinin uzun müddət və mübahisəsiz olaraq ərizəçinin sahibliyində və istifadəsində olmasını təsdiq etmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, torpaq sahəsinə dair pasportda ərizəçinin adının qaralanması və ata adının “Balaəli” əvəzinə “Babaəli” yazılması texniki səhv olmuşdur. Odur ki, Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1977-ci il tarixdə verilmiş ünvan 3 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun Ərizəçi məxsus olması faktı təsdiq edildiyindən ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Bakı şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosu tərəfindən 1977-ci il tarixdə verilmiş ünvan 3 ünvanına dair şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun xx.xx.1951-ci il təvəllüdlü Ərizəçi məxsus olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim:Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar