Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7183/2025 02.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının nümayəndəsi X2 Cavabdeh İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5807,42 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki onun tərəfindən təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır, təbii qazdan qanuna uyğun formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini ödəmişdir. Ünvanına quraşdırılmış qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X16 Şamil iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndədi X10 iddia tələbini qəbul etməyərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, **********00000 saylı abonent kodu İddiaçı adınadır. 01655711 saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən X7nın pozulması barədə akt tərtib edilmiş, aktda sayğacn çıxış plasmas borusunun kənar təsir nəticsində deşilməsi barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2018-ci il tarixli tələbnamədən görünür ki, 01655711 saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 3456 m3 olması müəyyən edilmişdir. 0290381 saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən X7nın pozulması barədə akt tərtib edilmiş, aktda qeyri-qanuni təbii qazdan istifadə barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8856 m3 olması müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbi qismən təmin edilərək, İddiaçı tərəfindən vurulmuş 885,50 manat zərər və 45 manat ödənilmiş dövlət rüsumunun İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4397/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixli, 01657119 saylı akta əsasən hesablanmış 691,20 manat borcun **********00000 saylı hesabdan silinməsi qət edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, iddiaçıya 2010-cu ilin avqust ayında 7,20 manat, noyabr ayında 20 manat, 2011-ci ilin yanvar ayı üzrə 20 manat, fevral ayı üzrə 20 manat, 2018-ci ilin may ayı üzrə 691,20 manat, 2019-cu ilin aprel ayı üzrə 259,20 manat, 2020-ci ilin oktyabr ayı üzrə 885,60 manat, 2022-ci ilin aprel ayı üzrə 5,80 manat akt borcu hesablanmışdır. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X7 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7”: 4.6. Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4397/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2018-ci il tarixli, 01657119 saylı akta əsasən hesablanmış 691,20 manat borc abonent İddiaçı hesabından silinmişdir. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3861/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2020-ci il tarixli akta əsasən hesablanmış 885,50 manat borcun İddiaçı tutularaq Cavabdeh İB-nə ödənilməsi qət edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, 2018-ci ilin iyul ayı üzrə hesablanmış 691,20 manat və 2020-ci ilin oktyabr ayı üzrə hesblanmış 885,50 manat akt borcları ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri olduğundan, iddia qismən təmin edilərək, əvvəlki məhkəmə qətnaməsi ilə mübahisə predmeti olmayan digər akt borcları silinməlidir. “X7”nın 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin iddiaçı aktın tərtib olunmasından xəbərinin olmamasını, akt tərtib edilərkən onun iştirakı hər hansı formada cavabdeh tətəfindən təmin olunmamasını bildirmiş, cavabdeh isə bu halın təkzib edilməsini sübuta yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, X7nı pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməlidir. Yalnız istehlakçının təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Cavabdehin iddiaçıdan X7nın pozulmasına görə birbaşa dəymiş zərəri tələb etməsi qanuna uyğun deyil. Lakin iş materiallarından görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına akt təqdim edilməmişdir. Bu halda, iddiaçının X7nın pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcu tələb etməsi qanunsuz və əsassızdır. Abonentə hesablanmış akt borcunun mövcudluğunu, onların hansı pozuntuya və akta əsasən hesablandığını sübut etmək cavabdehin vəzifəsidir. Lakin abonent saldosunda 2010-cu il üzrə 36,20 manat, 2011-ci il üzrə 40 manat, 2019-cu il üzrə 259,20 mana, 2022-ci il üzrə 5,80 manat akt borcu olmasına baxmayaraq, həmin aktların hamısı məhkəməyə təqdim edilməmiş, borcun nəyə əsasən və hansı qaydada hesblandığı cavabdeh tərəfindən əsaslandırılmamışdır. Odur ki, məhkəmə yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərini də alaraq, hesab edir ki, cavabdeh tərəfindən hesablanmış 341,2 manat məbləğində akt borcunun iddiaçının təqsirindən yaranması sübut olunmur və həmin borc silinməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, silinməsi tələb edilən 5807,42 manat borcdan 341,2 manat borc çıxıldıqda, yerdə qalan sərfiyyat borcu və əvvəlki məhkəmə qətnamələri ilə hüquqi qiymət verilən akt borcları olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, H.X19 küçəsi, ev 36 ünvanı üzrə (abonent kodu: **********00000) hesablanmış 341,2 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-7183/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7183/2025
02.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver