Məhkəmə qərarları › İş №2(011)-7196/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7196/2025

10.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7196/2025 10.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Ərizəçi ogluna verilmiş doğum haqqında şəhadətnamənin ana qrafasında va akt qeydində olan qeydlərin, həmçinin Bakı şəhəri , M.Hadi küçəsi ev 109 , 50 nömrəli mənzilə dair X1 adına hüquqların qeydə alınmasına dair çıxarışın və digər huquqmüəyyənedici sənədlərin Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 740 saylı xx.xx.1973-cu il tarixli nikah haqqında akt qeydində göstərilən X2 aid olmasi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərin siyahısı göstərilmişdir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Yuxarıda göstərilən qanunvericilik normalarından göründüyü kimi, doğum haqqında şəhadətnamədə olan akt qeydlərinin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilə bilməz. Belə ki, doğum haqqında şəhadətnamə vətəndaşlıq vəziyyəti akt qeydində göstərilən məlumatları əsasında verilir və şəxsiyyəti təsdiq edən sənədlərdən biridir. Qanunverici isə şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər isə (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Odur ki, ərizəçi Maraqlı şəxs onun doğum haqqında şəhadətnamədə düzəlişin edilməsindən imtinası ilə bağlı hərəkətlərindən mülki icraat qaydasında deyil, inzibati icraat qaydasında inzibati məhkəməyə müraciət edilməlidir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Bakı şəhəri , M.Hadi küçəsi ev 109 , 50 nömrəli mənzilə dair X1 adına hüquqların qeydə alınmasına dair çıxarışın və digər huquqmüəyyənedici sənədlərin Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 740 sayli xx.xx.1973-cu il tarixli nikah haqqinda akt qeydinda göstərilən X2 məxsus olması faktına məhkəmə tərəfindən baxılması mümkün olsa belə, ərizəçi həmin tələblərlə yanaşı Ərizəçi ogluna verilmiş doğum haqqında şəhadatnamənin ana qrafasinda va akt qeydinda olan qeydlərin Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 740 sayli xx.xx.1973-cu il tarixli nikah haqqinda akt qeydinda göstərilən X2 məxsus olması faktının da müəyyən edilməsi tələbi ilə müraciət etdiyindən hazırki ərizəyə məhkəmə tərəfindən baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, hazırki ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci, 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: Ərizəçi ona verilmiş doğum haqqında şəhadətnamənin ana qrafasında va akt qeydində olan qeydlərin, həmçinin Bakı şəhəri, M.Hadi küçəsi ev 109, 50 nömrəli mənzilə dair X1 adına hüquqların qeydə alınmasına dair çıxarışın və digər huquqmüəyyənedici sənədlərin Bakı şəhəri Yasamal rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 740 saylı xx.xx.1973-cu il tarixli nikah haqqinda akt qeydinda göstərilən X2 aid olması faktının müəyyən olunması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar