Məhkəmə qərarları › İş №2(011)-7203/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7203/2022

30.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7203/2022 30.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı Rafilovnanın iştirakı ilə, İddiaçı Rafilovnanın cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Rafilovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan ünvanda yerləşən fərdi yaşayış evinə əsassız olaraq Cavabdeh İstehsalat tərəfindən cərimə kimi yazılmış 1585,14 manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan ünvanda yerləşən evi xx.xx.2020-ci ildə adına mülkiyyət kimi qeydiyyatdan keçmişdir, həmin bağ evinə quraşdırılan qaz sayğacı mənzilin əvvəki sahibi Cəfərova Gülnarənin adınadır, həmin qaz sayğacını öz adına rəsmiləşdirmək istəyən zaman ona bildirmişlər ki, guya 1585,14 manat borcu var, həmin məbləğ ödəndikdən sonra sayğac öz adına keçirilə bilər, lakin bağ evini alan zaman qazla bağlı heç bir borc olmamışdır, köhnə sahibi ona bildiriş göstərərək, qaza borcu olmadığını bildirmişdir, ev öz istifadəsində olduğu zaman xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları ünvana yaxınlaşaraq yeni sayğac quraşdırmışdırlar, yeni sayğac quraşdırıldıqda heç bir borc olmamışdır, lakin daha sonra borc olduğu bildirilmiş, bu səbbədən cavabdehə müraciət etmişdir, onlar bildirmişlər ki, sayğac çıxarılaraq yoxlamaya göndərilmiş və sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə qazdan istifadə olunduğu aşkar olunmuşdur, bu səbəbdən 1585,14 məbləğdə cərimə ödəməlidir, lakin sayğac elektron tipli olmuşdur, ödənişi kartla etmişdir, qaz sayğacına heç bir borcu olmamışdır, sayğaca heç bir müdaxilə etməmişdir, yazılmış borc tamamilə əsassızdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktdan görünür ki, istehlakçı Cəfərova Gülnarəyə məxsus Albalılıq qəsəbəsində yerləşən fərdi ev üzrə natek G4 markalı sayğac yeni Zenner G4 sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı X2 məxsus ünvan üzrə “sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə olunması” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 28 fevral 2020-ci il tarixli Aktın surətindən görünür ki, Cəfərova Gülnarəyə məxsus Albalılıq, Bağ massivi 245A ünvanı üzrə təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə **********10000 abonent koduna 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2 bağ sahəsi, 245, ümumi sahəsi 63 kv.m olan bağ evi tam payla xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2020-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan AN- İ ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka – 2 bağ sahəsi, 245 saylı bağ evini alıcı İddiaçı tam mülkiyyətinə vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonent saldosundan görünür ki, **********10000 saylı abonent koduna “Qalıq və aktlar” əsasında 11/2019-cu il tarixi üzrə 399,60 manat, 12/2019-cu il tarixi üzrə 295,20 manat, 01/2020-ci il tarixi üzrə 295,20 manat, 02/2020-ci il tarixi üzrə 295,20 manat, 03/2020-ci il tarixi üzrə 295,20 manat borc yazılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, G.R.Cəfərova və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, ünvan ünvanda yerləşən bağ evi xx.xx.2020-ci il tarixdən sonuncunun adına tam paylı mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda da ona məxsusdur, həmin evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir, ünvan üzrə “sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə olunması” barədə nöqsan qeyd olunmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2020-ci il tarixli akt tərtib edilmişdir, “Qalıq və aktlar” əsasında iddiaçıya məxsus ünvan üzrə **********10000 saylı abonent koduna 11/2019-cu il tarixi üzrə 399,60 manat, 12/2019-cu il tarixi üzrə 295,20 manat, 01/2020-ci il tarixi üzrə 295,20 manat, 02/2020-ci il tarixi üzrə 295,20 manat, 03/2020-ci il tarixi üzrə 295,20 manat olmaqla, cəmi 1580,4 manat borc yazılmış, həmin ünvan üzrə istehlakçı kimi X1 adı qeyd edilmişdir, hazırda ünvan üzrə hesablanmış məbləğ İddiaçı tələb edilir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, G.R.Cəfərova, ünvan ünvanında yerləşən ona məxsus ümumi sahəsi 63 kv.m olan bağ evini 27 fevral 2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satdığından, qazdan istifadə qaydalarının pozulması haqqında aktda İddiaçı deyil, əvvəlki mülkiyyətçi G.R.Cəfərovanın adı qeyd edildiyindən, habelə həmin ünvan üzrə sonuncuya məxsus hər hansı bir qaz sayğacının olması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçı, ona məxsus ünvan üzrə 11/20xx-xx/2020-ci il dövrü ərzində əsassız olaraq hesablanmış 1580,4 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçıya məxsus ünvan üzrə **********10000 saylı abonent koduna 2019-2020-ci illər üzrə borc yazılmasına əsas olmuş sübutlar (akt, tələbnamə və s.) iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən tələbi təmin edilməli, cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Bağ massivi 245 ünvanı üzrə **********10000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1580,40 manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən dövlət mədaxilinə 35,80 manat məbləğində dövlət rüsumu alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Bağ massivi 245 ünvanı üzrə **********10000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1580 (min beş yüz səksən) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Cavabdehndən 35 (otuz beş) manat 80 (səksən) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar