Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7222/2024 07.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, DƏDRX-nin xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışdan göründüyü kimi ümumi sahəsi 53,51 kv.m.olan, Bakı şəhəri Xətai rayonu, Həsən Salmani küçəsi, məhəllə 1197,ev 18,3A- saylı mənzilə dair iddiaçının mülkiyyət hüquqları dövlət reyestrində qeydə alınmışdır, Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsi əsasında iddiaçı özünə məxsus Bakı şəhəri Xətai rayonu, Həsən Salmani küçəsi, məhəllə 1197,ev 18,3A-saylı manzili cavabdeha 5 il müddətinə kirayəyə vermişdir, iddiaçının mülkiyyətində Bakı şəhəri Xətai rayonu, Hasan Salmani küçəsi,məhəllə 1197, 18 saylı evin bir blokunda iki mənzili vardır, binanın 8-ci mərtəbəsində yerləşən 3 otaqlı 42 saylı mənzildə iddiaçı həyat yoldaşı və 3 uşaqla yaşayır, binanın 2-ci mərtəbəsində yerləşən 3A saylı manzilini isə kirayə verməklə ailəsinin ehtiyaclarını qarşılamağa çalışıb, valideynləri X1 və X2 – hansı ki iddiaçı onların yeganə övladıdır - isə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu,ev 7D, mənzil 16-da yaşayırlar, xx.xx.2023-cü il tarixdə atası Rahim Babayev M,Əfəndiyev adına Xətai rayonu Tibb Mərkəsində beyin infaktı diaqnozu ila çox ağır əməliyyat keçirmiş, əməliyyatdan sonra evə yazılmış olsa da,vəziyyəti nisbətən ağır olaraq qalır, artıq 1 ildir ki, atası yataq xəstəsidir. Bu müddət ərzində müalicəsi ev şəraitində davam edir, atası yaşlı olduğundan ona sistem və damar iynələrini özü vurur, bu məqsədlə də hər gün işdən çıxıb valideynlərinin yaşadığı mənzilə gedib-gəlməkdə çox böyük çətinlik çəkməyi ilə əlaqədar iddiaçı cavabdehə müraciət edǝrǝk valideynlərini cavabdehə kirayə verdiyi mənzilə köçürmək, atasına tibbi yardımı həmin mənzildə göstərmək, vəziyyəti ağırlaşanda yanında olmaq istədiyimi bildirərək onunla aralarında bağlanmış kirayə müqaviləyə xitam verməyi və mənzili boşaldıb iddiaçıya təhvil verməyi xahiş etmişdir, bununla əlaqədar cavabdehǝ xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubları göndəmişdir, "xxxx"MMMC-nin xx.xx.2024-cü il tarixli, 23 saylı arayışından göründüyü kimi iddiçının müraciətlərindən sonra Bakı şəhəri Xətai rayonu, 1197-ci məhəllə, Həsən Salmani küçəsi,ev 16,3a saylı mənzildə kirayə qalan Cavabdeh Raqib qızı xx.xx.2024-cü il tarixdən həmin mənzili boşaldıb mənzilin sahibi İddiaçı təhvil vermişdir. Lakin cavabdeh mənzili boşaldarkən qısa müddətdə bağlanmış kirayə müqaviləsinin vaxtından əvvəl xitam verilməsi üçün ərizə ilə norariat kontoruna müraciət edəcəyini bildirmiş olsa da, bu günədək notariat ofisinə belə bir ərizə təqdim etməmişdir. Belə olduğu halda mübahisə məhkəmə qaydasında həll edilməlidir. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil yazılı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehlərin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri 6 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli, kirayə müqaviləsinin notaial qaydada təsdiq olunmuş surətindən görünür ki, həmin müqavilənin 1-ci bəndinə əsasən, kirayəyə verən İddiaçı ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 53,51 kv/m olan alıcı Cavabdeh kirayəyə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Çıxarışdan görünür ki, ümumi sahəsi 53,51 kv.m olan ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına xx.xx.2021-ci il tarixdən qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış məktubdan görünür ki, İddiaçı ailə vəziyyəti ilə əlaqədar kirayə müqaviləsinə xitam verməyi və 1 ay müddətinə evi təhvil verməyi xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMMC tərəfindən verilmiş 23 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qalan Cavabdeh xx.xx.2024-cü il tarixdə göstərilən mənzili boşaldıb və İddiaçı təhvil verib. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına dövlət reyestrində rəsmi qeydiyyata alınmışdır, Cavabdeh ilə iddiaçı arasında həmin mənzilə dair xx.xx.2023-ci il tarixdə kirayə müqaviləsi bağlanmış, daha sonra cavabdeh mənzili boşldaraq iddiaçıya təhvil vermişdir, lakin cavabdeh iddiaçı ilə aralarında bağlanmış kirayə müqaviləsinin ləğ edilməsi məqsədilə notariat orqanına müraciət etməmişdir. Bununla belə, xx.xx.2023-cü il tarixli kirayə müqaviləsinə xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 423.3-cü maddəsinə əsasən, müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı və Cavabdeh qıız arasında bağlanmış xx.xx.2023-cü il tarixli Kirayə müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı və Cavabdeh arasında Bakı şəhəri 6 saylı Notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli Kirayə müqaviləsinə xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7222/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-7222/2024
07.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver