Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-724/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi və hesablanmış borcun silinməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18 avqust 2020-ci il tarixdən iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi və hazırda iddiaçıya məxsus olan evin əvvəlki sahibi X1 adına hesablanmış 6019,30 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata iddia tələbinin “fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində xitam verilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, İddiaçı Cavabdehnə qarşı irəli sürdüyü tələbin bir hissəsi “fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğı-satqı müqaviləsinin bağlanması və fərdi yaşayış evinin Cavabdeh İB tərəfindən dövlət hesabına qazlaşdırılması” barədədir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsinə müvafiq olaraq qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. İnzibati məhkəmə icraatı qaydasında həmçinin inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 6 oktyabr 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.1-ci maddəsinə uyğun olaraq, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs inzibati orqandır. Dövlət tərəfindən təbii inhisar subyektlərinə inzibati aktlar qəbul etmək suveren səlahiyyətinin ötürülməsi, onların inzibati hüquq müstəvisində fəaliyyətlərini həyata keçirdikləri zaman inzibati orqan kimi çıxış etmələrinə əsas yaradır. İnzibati orqanların siyahısı “İnzibati orqanların Təsnifatı”nda verilmişdir. Həmin Təsnifatda sadalanan inzibati orqanların siyahısı məhdudlaşdırıcı deyil. Belə ki, “İnzibati orqanların Təsnifatı”nın V bəndinə əsasən “qanunvericiliyə uyğun olaraq inzibati akt qəbul etmək səlahiyyəti verilən digər inzibati orqanlar” inzibati orqan hesab edilir. Məhz bu normanın mahiyyətinə görə təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyalar onları müəyyən münasibətlərdə inzibati orqan adlandırmağa əsas verir. Beləliklə, adı çəkilən Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. Bununla bağlı məhkəmə hazırkı mübahisənin inzibati orqanın üzərinə müəyyən hərəkətlərin edilməsi vəzifəsinin qoyulması, yəni öhdəliyin icra edilməsi ilə bağlı olduğunu nəzərə alaraq belə qənaətə gəlir ki, tələbə yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 31.1-ci maddəsinə müvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Xüsusilə nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə qanunla dəqiq müəyyən edilmişdir. Əks təqdirdə bu və ya digər işin hansı məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Məhkəmənin qanunla müəyyən edilməsi isə baxılan iş üzrə onun aidiyyətinin qabaqcadan aydın şəkildə şərtləndirilməsini və ikili anlam daşımamasını tələb edir. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2013-cü il tarixli qərarında da ifadə olunmuş hüquqi mövqeyə görə inzibati mübahisənin xüsusiyyətinə görə bu mübahisələrdən yaranan tələblər yalnız inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələrdə baxılmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı mübahisənin göstərilən hissəsi iddia tələbinin predmetinə, mahiyyətinə və subyektlərin tərkibinə görə birmənalı şəkildə inzibati mübahisədir. Ona görə də həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində ümumi yurisdiksiyalı məhkəmələrin səlahiyyət dairəsi müəyyən edilmişdir. Məhkəmə bu hala qiymət verərək hesab edir ki, hazırkı iddia ərizəsinin “fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğısatqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsinə ümumi yurisdiksiyalı məhkəmədə baxıla bilməz. Sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş “fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğısatqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbi məhkəmə qaydasında baxılması yolverilməz olduğuna görə iddia tələbinin “fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində icraata xitam verilməli, İddiaçı “fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi və hesablanmış borcun silinməsi” barədə iddiasının “fərdi yaşayış evinə təbii qazın verilməsi üçün alğı-satqı müqaviləsinin bağlanması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdehə həvalə edilməsi” hissəsində 2(011)-724/2022 saylı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-724/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-724/2022
18.01.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver