Məhkəmə qərarları › İş №2(011)-7283/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7283/2024

11.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7283/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X9, Cavabdeh və onun nümayəndəsi Nadezhda Abdulragimovanın, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “pul tələbi və miras paya hüquqların tanınması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Cavabdeh tutulmalı olan 12 000 AZN pulun 50%, yəni 6000 AZN, təmir işlərinə görə 27 000 AZN, cəmi 33 000 AZN ilə yanaşı itirilmiş, yəni 6600 AZN, cəmi 39 600, 5% məhrum olduğu faydalar, yəni 1980, cəmi 41 580 AZN miqdarında maddi ziyanın tutulmasına və məhkəməyə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 215,4 AZN dövlət rüsumunun, eləcə də atasından qalan miras payın ona aid hissəsinə hüquqlarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının valideynlərinə məxsus ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 76,60 kv. m. olan mənzilin 2 otağın (y/s- 42,4 kv. m.) 'A hissəsinə xx.xx.2022- ci il tarixdə, ********** reyestrlə, qardaşı Cavabdeh isə 1 otaq (y/s- 12,8 kv. m.) və 2 otağın (y/s- 42,4 kv. m.) 3/4 hissəsinə xx.xx.2022- ci il tarixdə ********** reyestrlə mülkiyyət hüquqları DƏDKR PHŞ- də qeydiyyata alınmışdır. İddiaçı bildirir ki,qeyd olunan ünvanda yerləşən mənzil ata və anasına məxsus idi, onlar vəfatından sonra əvvəl anasına məxsus hissədə bölgü aparılmış, sonradan atası vəfat edəndən sonra atasından qalmış miras paya bölgü zamanı iddiaçı və mərhum bacısı X8 öz hissəsindən qardaşının xeyrinə imtina etmişdir. Yəni, atasından qalan miras payın taleyini istədiyi kimi öz xeyrinə həll edərək qardaşı onun mənafelərinin bərqərar olmasına heç əhəmiyyət belə verməmişdir. Qeyd olunmalıdır ki, xx.xx.1972- ci il təvəllüdlü bacısı- X8 uzun müddətdir ki, böyrək çatışmazlığı, şəkər diabetindən və öd kisəsindən əziyyət çəkən yataq xəstəsi idi. 2020-2021 -ci il ərzində “Koronovirus” (COVİD-19) pandemiyası dövründə Bakı şəhəri Zığ qəsəbəsində quraşdırılmış Modul tipli xəstəxanada müalicə alırdı. 10 ay müddətində ev şəraitində yanında saxlayaraq onun müayinə və müalicə olunması, dərmanlarının və müxtəlif tibbi ləvazimatların alınması, mütəmadi oksigen- qaz balonlarının quraşdırılıb təchiz edilməsi və digər işlər şəxsən onun tərəfindən və vəsaiti hesabına həyata keçirilib. 2021 - ci ilin iyun-iyul aylarında öd kisəsinin xəstəliyindən “X15’nda müalicə almış, sonradan öd kisəsinin üzərində cərrahiyyə əməliyyatı aparılmışdır. Həmin müalicəyə görə onun 12000 manat xərci çıxmışdır. Təəssüflər olsun ki, qayğı və xidmətlərə baxmayaraq bir müddətdən sonra vəfat etmiş, mübahisəli mənzildə özünün əmlak hissəsi ilə bağlı nəzərdə tutduğu hərəkətlərini həyata keçirməkdən məhrum olmuşdur. O vəfat etdikdən sonra, qardaşı Cavabdeh onun “Ölüm pulunu” da tez alaraq mənimsəmiş və öz şəxsi maraqlarına məsrəf etmişdir. Rusiya Federasiyasına getdiyi zaman bacısı Naibə tərəfindən bankdan götürüb depozitə qoyduğu 5000 manat pulu depozitdən çıxararaq özü ilə aparmış, vəfatında sonra bankda olan borc pulun bağlanması ondan tələb olunmuşdur. Halbuki həmin pula heç bir aidiyyəti olmamışdır. Bacısı Naibənin sağlığında öz vəsaiti hesabına alınmış cehiz, avadanlıq və əşyalar cavabdeh tərəfindən öz əşyası kimi mənimsənilmiş və istifadəsindədir. Həmin dövrdə qardaşı Cavabdeh bir dəfə də olsun nəinki kömək əlini uzatmamış, hətta xəstə bacısı ilə maraqlanmamış, bir dəfə də vəziyyəti haqqında soruşmamışdı. Lakin həm bacısının, həm də atasının evinin ələ keçirilməsi üçün hər fürsətdən istifadə edirdi. Mərhum bacısının müalicə olunması və öd kisəsinin üzərində cərrahiyyə əməliyyatına məruz qalması barədə Azərbaycan. Respublikası Səhiyyə Nazirliyinə, Bakı Şəhər Səhiyyə İdarəsinə və “X15’na müraciət edilsə də, qane edəcək cavab alma bilinməmişdir. Bundan əlavə, qardaşı Cavabdeh hazırda yaşadığı valideynlərinə məxsus olmuş mənzil iddiaçı tərəfindən özünün və iş üzrə Maraqlı şəxs də borc aldığı vəsait hesabına təmir edilərərk abad vəziyyətə gətirilmişdir. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi X17 məhkəmə iclasında iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh və onun nümayəndəsi Nadezhsda Abdulragimova məhkəmə iclasında iddiaya etiraz edəərk, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasında iddanın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edən zaman 216 manat dövlət rüsumu ödənilmiş, 0.40 manat xidmət haqqı tutulmuşdur. İş materiallarından görünür ki, iddiaçı X16 yazılı qaydada müraciət edərək, Naibə Əbdülrəhimovanın həmin xəstəxanada müalicə alması və cərrahiyə əməliyyatı olunması barədə rəsmi məlumat verilməsini xahiş etmiş, lakin X18 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 137 nömrəli məktub ilə iddiaçının tələb etdiyi məlumatlar həkim sirri təşkil etdiyinə görə ona verilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, iddiaçı Naibə Əbdülrəhimovanın 2020-2021-ci il ərzində koronavirus (COVİD-19) pandemiyası dövründə Bakı şəhəri Zığ qəsəbəsində quraşdırılmış MODUL tipli xəstəxanada müalicə alması, hansı dərman preparatlarından istifadə edilməsi və hansı müddət ərzində müalicə alması barədə rəsmi məlumat verilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə müraciət etmiş, “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Zığ qəsəbəsində quraşdırılmış MODUL tipli xəstəxana Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyinə olmadığından X7 barəsində məlumatların təqdim edilməsi Bakı Baş Səhiyyə Mərkəzi PHŞ-in səlahiyyəti xaricindədir. İş materiallarından görünür ki, iddiaçı DTX Hospitalının Rəhbərliyinə yazılı qaydada müraciət edərək, Naibə Əbdülrəhimovanın 2021-ci ilin iyun-iyul aylarında öd kisəsinin xəstəliyindən həmin xəstəxanada müalicə alması, hansı dərman preparatlarından istifadə edilməsi və hansı müddət ərzində müalicə alması barədə rəsmi məlumat verilməsini xahiş etmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 28 saylı mənzilində İddiaçı payı 2 otaq (y/s-42.4 kv.m-dən) ¼ hissədə, X4 payı 1 otaq (y/s-12.8 kv.m) və 2 otaq (y/s-42.4 kv.m)-dən ¾ hissədə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və xx.xx.2019-cu il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X10 yaşadığı A.Cəlilov küçəsi 16-da yaşadığı binada blokun kənarına tullantılar atıb ərazinin təmiz saxlanma qaydalarını pozduğuna görə AR İnzibati Xətalar Məcəlləsinin 393.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(011)-3439/2024 saylı qətnaməsi ilə BPM**********08 nömrəli xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 3493,22 manat, 23,66 manat faiz borcu olmaqla, cəmi 3516 (üç min beş yüz on altı) manat 88 (səksən səkkiz) qəpik, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 (əlli beş) manat 17 (on yeddi) qəpik və 40 (qırx) qəpik xidmət haqqı İddiaçı və X2 müştərək qaydada alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-262 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, İddiaçı miras əmlak olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.60 kv/m olan mənzilin mərhum X6 məxsus olan 2 otaq (y/s-42.4 kv.m)-dən ½ hissədə pay almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2V-248 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X10 miras əmlak olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.60 kv/m olan mənzilin mərhum X6 məxsus olan 2 otaq (y/s-42.4 kv.m)-dən ½ hissədə pay almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarxli 2V-247 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, miras əmlak "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli H/H-18 nömrəli məktubuna əsasən mərhum X5 Cəmiyyət tərəfindən verilən əmrə (50 k, xx.xx.2021-ci il) əsasən müavinət (2850 manat) və sentyabr ayında işləmiş 13 günlük əmək haqqı (561,36 manat) hesablanmışdır. Sosial müavinətlər tutulduqdan sonra ələ alacaq cəmi məbləğ 3360,81 manat pul məbləğindən ibarətdir. Adıçəkilən miras əmlakın ½ hissəsinə dair X4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materiallarından görünür ki, iddiaçı Maraqlı şəxs Cavabdeh qarşı (maraqlı şəxs qismində İddiaçı cəlb edilməklə) iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh tutulmalı olan 10 000 ABŞ dolları ilə yanaşı 20% itirilmiş, yəni 2000 ABŞ dolları, 5% məhrum olduğu faydalar, yəni 600 ABŞ dolları, cəmi 12 600 ABŞ dolları, 21 420 AZN miqdarında maddi ziyanın, eləcə də 5000 AZN mənəvi zərərin və iddia ərizəsinin verilməsinə görə 169,26 AZN dövlət rüsumunun tutularaq ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş və hazırda Xətai Rayon Məhkəməsinin hakimi Şəriyar Əliyevin icraatında baxılmaqdadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, parket ustasıdır, həm də prorab kimi ustaları gətirib-aparırdı. O ustalara material gətirmiş, 3 ay ərzində usta kimi işləmişdir. X1 həmçinin məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Tərlan müəllimi tanımış, xərclər üçün pulu da Tərlan müəllimdən almışdır. Tərlan müəllim hökümət işində işlədiyindən şənbə və bazar günləri onunla birlikdə materiallar almışdır. Ona pulu Tərlan müəllim verib. Təmir gedəndə ev boş olmuş, heç kim yaşamamışdır. Mənzil 4-cü mərtəbədə yerləşir, 3 otaqlı mənzildir. Hardasa 800 manata yaxın parket və digər işləri görmüş, 3 aylıq iş icrası kimi isə (ustaları gətirməsi, materialların daşınması, prorab kimi ) ona 1200 manat pul verilib. Təxminən 2000 manara yaxın pul verilib. Təmir işləri Qaqarin körpsünün yaxınlığında aparılmışdır. Qaqarin körpüsünə çatmamış solda yerləşən küçəyə dönəndə yerləşən 4-cü mərtəbədə yerləşən mənzildə işləmişdir. İşlədiyi müddətdə evə tez-tez xanım gəlib-gedirdi. O hesab edir ki, evin sahibi qadın idi. Naibə xanım idir. Firuzə xanım da evə gəlirdi. Onunla işi danışan Tərlan müəllim olmuşdur. O, döyüşdən gəlmiş, dəqiq yadında deyil. Yalan deyə bilməz, o işləyəndə orda usta kimi Slavik, Mixayl və gürcüstanlı usta olmuşdur. Özü şirkət işçisi deyildir, ona zəng olunanda gedib işləyir. Malları ilə 8-ci KM bazarından alırdı, qaimləri də alıb Tərlana verirdi. 10 ilə qaimə qalar? Elə qayda yoxdur ki, usta vergi versin. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, 30 ildən çoxdur ki, Firuzə ilə rəfiqədir, onunla işləyir, bir şöbədə otururlar. Firuzənin ailəsi ilə bağlı şox şeyləri bilir. Firuzə anasına və atasına baxırdı, onlar rəhmətə gedəndən sonra orda yaşayırdı. İddiaçı evi təmir etmiş, oboyları(divar kağızlarını) və qapıları dəyişdirmiş, bir sözlə çox iş görmüşdür. İddiaçının bacısı ağır xəstə idi. Firuzə ona baxırdı, onu müalicə etdirdi, həkimlərə aparırdı. Çünki qardaşı burada deyildi, Rusiyada yaşayırdı, ölkəyə gəlibgedirdi. Bütün yük isə Firuzənin üstündə idi. Bacısı kovid oldu, Firuzə bacısını evinə gətirdi, orda müalicə etirdi, həkimi və tibb bacılarını evə gətizdirmişdir, hətta oksigen balonlarını da evə gətirtdi. Firuzə mərhum bacısını dəfn etmiş, cümə axşamlarını vermiş, baş daşını da o qoydurmuşdur. Hər şeyi Firuzə etdi. Badamdarda DTX–nin hospitalı var. Xəstə olanda bacısının vəziyyəti pisləşdi, onu təcili olaraq ora apardı, xəstəxanın da günü 1000 manat idi. Pul yox idi. Xəstəxana üçün 4000 manat pul lazım idi, onlar işdə pul yığmışlar. İddiaçı ilə bir yerdə işləyirdi. O, öz evini təmir edəndə Firuzənin evində qalmış, Firuzə də evi təmir edəndə onun evində qalmışdır. 40 ildir ki, bacı kimidirlər. Şahid X14 həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Naibə evində qala bilmirdi, bunlarla (cavabdeh ilə) yola getmirdi. Naibə məcbur qalaraq kirayə evdə qaldı, sonra da qayıtmadı. Daha sonra isə Firuzə onu evə gətirdi, son vaxtlarında Firuzəgildə qaldı. Xəstə olanda Firuzə onu evinə gətirmişdir. Naibə kirayə qalırdı, xəstələndi, məcbur Firuzə öz evinə gətirdi. Dəqiq yadında deyil nə vaxt. Şəxsən bilir ki, vəfat edən qız Firuzənin evində yaşayır. O Naibəni evdə (divanda) görmüşdü. Firuzənin Naibəni təcili olaraq xəstəxanaya aparması üçün şahid lazım idi ki? Mobil tətbiqlər var, ordan da çağırmaq olur. O, Firuzə xanımdan eşitmişdir və çox şeyi də bilir. O, təsdiq edir ki, hər şeyi Firuzə edib. Birinci növbədə həmişə ailəsinə yardım edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, Naibə ilə iş yoldaşı kim yox, bacı kimi olub. Naibəni qardaşı evdən qovub, plaş və başmaq ilə evdən çıxarmışlar. Naibənin gözü elə beşmərtəbənin pəncərəsində idi ki, bəlkə qardaşı onu qaytarar. Amma qardaşı ürəklə qapını örtdü, onu çöldə saxladı. Naibəni o qəbul etmiş, 2-3 ay onunla Pirallahı rayonunda eyni evdə qalmışdır. Orada işləyirdirlər. 3 ay onunla qaldıqdan sonra o Naibəyə elə öz evilə üzbəüz 450 manata kirayə ev tapmışdır. Firuzə daima Naibənin dərmanlarına görə kömək edirdi. Naibə isə daima hər şeyi siyahıya alırdı, sobanı, mikrodalğalı soba, nəyi alırdı sa, siyahıya alırdı. Mərhum həmişə deyirdi ki, o, Firuzədən borc kimi alırdı ki, sonra onları qaytarsın. O, da Naibəyə deyirdi ki, bacındır, heç nə olmaz, təki bacına borclu qalasan. Mərhum bir plaş və tufli ilə qışı keçirdi. Orda olsaydı heç olmasa Naibənin plaşı, qış ayaqqabısını götürərdi. Onlar Naibə ilə bir evdə yatıbdurmuşlar. “Respublikanski”də qalanda xəstəxana xərcini Firuzə çəkib. Onlar da işdə pul yığmışlar. "xxxx" MMC-də işləmişlər. Naibənin qardaşı qardaş kimi ona köməklik etməyib. Adam qardaşına baxmaq istəmir. Mərhum şəkər xəstəsi idi, hərdən şoka düşürdü. Naibə çox şeyi Firuzəyə demirdi, o, istəmirdi ki, bacı-qardaş arasında dava düşsün. X13 həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, mərhum 800 manat maaş almış, 450 manat da kirayə haqqı verirdi. O, özü də böyrək xəstəsidir, o da Naibə ilə birlkdə Mətanət xanımın yanında müalicə alırdı. Naibə də yəqin eşidər, Allah da bilir ki, Naibə peşman idi ki, qardaşına görə Firuzəni evdən qovub. Atasının canına and içir ki, Naibə bu sözü dəfələrlə deyib. Onlar bilirdilər ki, Naibənin borcu var. Mərhum Firuzəgildə rəhmətə getmiş, o da iş yoldaşları ilə maşın tutaraq, gəlmişdilər. Müdiriyyət köməklik etmək istəyəndə isə o yox demişdir. Çünki hamı bilirdi ki, Naibənin qardaşı onu evdən necə qovub. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasinin Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə tərəfləri dinləyib, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrə əsasən həm İddiaçı, həm də Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 76.60 kv/m olan mənzilin mərhum X6 məxsus olan 2 otaq (y/s-42.4 kv.m)-dən ½ hissədə pay almışdır. Bundan əlavə Cavabdeh mərhum X3 miras qalmış 3360,81 manat pul məbləğinin ½ hissəsinə dair miras payı almışdır. Hazırda İddiaçı mərhum bacısı Naibə Əbdülrəhimovanın sağlığında müayinə və müalicəsinə xərc çəkdiyini, miras əmlak olan mənzili təmir etdiyini əsas gətirərək, həmin pul vəsaitini və mərhum olduğu faydalar (5%) ilə birlikdə cavabdehdən tələb edir. Məhkəmə qeyd edir ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə ilk olaraq, bildirir ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Hazırkı mülki işin araşdırması zamanı isə həqiqətən iddiaçı tərəfindən mərhum bacısının müayinəsi-müalicəsi üçün pulun xərclənməsini öz təsdiqini tapmamışdır. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, X26 "xxxx" ASC-dən xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 24 % ödəmək şərti ilə 15 000 manat məbləğində kredit götürmüşdür. X26 özü də əmək qabiliyyətli şəxs olmuş və aylıq müvafiq əmək haqqı almışdır. Belə olduğu təqdirdə mərhum özü də müalicə xərclərini qarşılamaq imkanında olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Əgər qeyd edilən pul vəsatinin iddiaçı tərəfindən mərhum bacısının müalicəsi üçün xərcləndiyi öz təsdiqini tapsaydı belə, bu onların aralarında olan qohumluq bağlarının sıx olmasından xəbər verəcəkdir. Belə ki, həmin pulun vərəsə olan digər qardaşdan tutulmasının heç hüquqi əsası da yoxdur. Çünki həmin pul vəsaitinin iddiaçı tərəfindən mərhum bacısına borc şəklində verildiyi və ya mərhum bacısının həmin pulun qaytarmaq öhdəliyi olmamışdır ki, digər vərəsə olan qardaşdan iddiaçı o pulu tələb etsin. Məhkəmə iddia tələblərinin təmir işlərinə görə xərclənmiş pulun cavabdehdən tutulması hissəsinə münasibət olaraq bildirir ki, iddia həmin hissədə ona görə təmin edilməməlidir ki, iddiaçı özü də həmin yaxşılaşdırmadan məhrum olmamış, habelə cavabdeh tərəfindən iddiaçının mənzilin təmirli vəziyyətindən istifadəyə maneə yaradılması da müəyyən edilməmişdir. Buna görə də edilmiş təmir işləri əslində hər iki tərəfin vəziyyətini eyni dərəcədə yaxşılaşdırmış hesab edilməli, yəni ki, bir vərəsənin digər vərəsə üzərində üstünlüyü kimi qəbul edilməməlidir. Məhkəmə iddia tələblərinin məhrum olduğu gəlirlər (5% və 20%) hissəsinə münasibətdə qeyd edir ki, onların bağlı olduğu əsas pul tələbləri təmin edilmədiyindən asılı (aksessor) iddia tələbləri də təmin edilə bilməz. Bundan başqa məhkəmə iddia tələblərinin iddiaçının atasından qalan miras payın ona aid hissəsinə hüquqlarının tanınmasına dair hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı özü miras əmlakdan qardaşının xeyrinə imtina etdiyini bildirmiş, məhkəmə iclasında qarşı cavabdeh isə bu halı qəbul etmişdir. Beləliklə məhkəmə iclasında iddiaçının atasından qalan miras paydan cavabdehin xeyrinə imtina etməsi mübahisəsiz qaydada müəyyən edilmişdir. Mirası qəbul etmək hüququn məzmunu mümkün olan iki alternativ imkandan birini seçməkdən ibarətdir: mirası qəbul etmək imkanı; mirasdan imtina etmək imkanı. Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olunması məqsədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt mülki-hüquqi əqddir. Özü də bu əqd yalnız bir tərəfin mirasdan imtina edən vərəsənin iradəsini ifadə edir. Hüquqi nəticənin yaranması vərəsəlik hüququna xitam verilməsi üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayət edir. Hüquqi nəticənin əmələ gəlməsi üçün hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi tələb olunmur. Buna görə də mirasdan imtina birtərəfli əqddir. Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin razılığını da tələb etmir. O, həmin vərəsələrin iradə ifadəsindən asılı deyildir. Məhz bu baxımdan da mirasdan imtina birtərəfli aktdır. Bunun nəticəsində vərəsənin həmişəlik olaraq vərəsəliyinə (vərəsəlik hüququna) xitam verilir. Mirasdan imtina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir. Mirasdan imtina dedikdə, birtərəfli elə mülki-hüquqi əqd başa düşülür ki, bunun nəticəsində müəyyən mirası qəbul etməyə çağırılmış vərəsənin həmin miras üzrə vərəsəlik hüququ həmişəlik olaraq xitam edilir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iddia tələbləri rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbləri təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi və miras paya hüquqların tanınması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar