Məhkəmə qərarları › İş №2(011)-7299/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7299/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7299/2021 20.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə hüququna dair JN-320 KOD:30307038 nömrəli Dövlət aktının atası X18 ilə yanaşı mərhum anası X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Quba rayon Aqrar İslahatı Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə Torpağın mülkiyyət hüququna dair JN-320 KOD:30307038 nömrəli Dövlət aktına əsasən, atası X13 və anası X1 təsərrüfatı məhsullarının istehsalı məqsədilə 0,98 ha torpaq sahəsi verilmişdir, lakin torpağın mülkiyyətə hüququna dair JN-320 KOD:30307038 nömrəli Dövlət aktında anasnın adı kimi X6 əvəzinə səhvən X9, yəni anasının adı Şahnabat əvəzinə Xonça kimi yazılmışdır, bu uyğunsuzluğun aradan qaldırılması və düzəlişin edilməsi üçün ƏMDK 5 saylı Xaçmaz İdarəsinə müraciət etsə də, bu barədə ona onların səlahiyyətlərinə aid olmadığından imtina məktubu verilmişdir, anası 28 sentyabr 2020-ci il tarixdə rəhmətə getmişdir, özü onun qanun üzrə vərəsələri sırasına daxildir, dövlət aktındakı yanlışlığı aradan qaldıra bilməmişdir, bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxsə məlumat verilsə də, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında 10.09.1965-ci il təvəllüdlü X14 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçinin bacısıdır, anasına el arasında Xonça deyilmişdir, lakin sənəddə adı Şahnabat olmuşdur, torpaq pay torpaqdır, bələdiyyə tərəfindən verilmişdir, ərizə təmin olunacağı təqdirdə nəticələrindən xəbərdardır, etirazı yoxdur. Məhkəmə iclasında 17.11.1978-ci il təvəllüdlü X16 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçinin həyat yoldaşıdır, torpaq Şahnabatın- Xonçanın adınadır, balacalıqdan hamı ona Xonça demişdir, özləri də onu Xonça deyə çağırmışlar, lakin sənəddə adı Şahnabatdır, 2002-ci ildən bilir ki, adı Xonçadır, 5 il əvvəl sənədə baxanda bilmişdir ki adı sənəddə Şahnabatdır. Məhkəmə iclasında 19.06.1963-cü il təvəllüdlü X10 şahid qismində ifadə verərək bildirdi ki, ərizəçi onun həyat yoldaşının əmisinin gəlinidir, Qubanın Digah kəndindəndir, el arasında mərhumu Xonça kimi çağırmışlar, gəlin gedəndə bilmişdir ki, adı Xonçadır, onun özü də iki adı olduğunu demişdir. İş materiallarında olan Vİİ-ЖГ seriyalı 438679 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X16 və X5 rayonunda 24.09.2002-ci il tariində rəsmi nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 238 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan AZ-İİ 122761 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 28.09.2020-ci il tarixdə miokard infarktından ölmüşdür. İş materiallarında olan AZ-İİİ 324026 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.1981-ci il tarixdə Digah kəndində doğulmuşdur. Onun atası X18, anası X4r. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Quba Regional “Asan Xidmət” Mərkəzi Notariat Ofisi tərəfindən AR ƏMDK DƏDRX 5 saylı ərazi idarəsinə ünvanlanmış məktubdan görünür ki, X7 22.07.2021-ci il tarixli 2V-821 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Ərizəçi 28.09.2020-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi sırasına daxildir. İş materiallarında olan AR ƏMDK DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 25.09.2020-ci il tarixli məktubdan görünür ki, JN-320 KOD 30307038 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərinin ad və soy adlarında yaranmış qanunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi səlahiyyətlərinə aid olmadığından məhkəməyə müraciət olunması bildirilmişdir. İş materiallarında olan AR ƏMDK DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış 03.08.2021-ci il tarixli məktubdan görünür ki, mərhum X11 və X8 məxsus 0,98 ha torpaq sahəsinə verilmiş JN0320 KOD 30307038 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçmiş, DVJ-də öz əksini tapmışdır. İş materiallarında olan AR ƏMDK DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsinə ünvanlanmış 06.10.2021-ci il tarixli məktubdan görünür ki, JN-320 KOD 30307038 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktının verilməsinə əsas olmuş Quba rayon AİK-nın 15.08.1997-ci il tarixli, 08 nömrəli qərarı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməmişdir. İş materiallarında olan Quba Rayonu icra Hakimiyyəti Başçısının Xucbala İnzibati ərazi İdarəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 31.08.2020-ci il tarixli, 653 saylı arayışdan görünür ki, Quba rayon AİK-n 15.08.1997-ci il tarixli 08 saylı qərarı ilə verilmiş JN-320 KOD 30307038 torpağa mülkiyyət hüququna dair dövlət aktında texniki səhv olaraq X6 əvəzinə Babayeva Xonça E”tibar qızı yazılmışdır. X6 ilə Babayeva Xonça E”tibar qızı eyni şəxslərdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, X6 28.09.2020-ci il tarixdə miokard infarktından ölmüşdür, JN-320 KOD 30307038 torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 0,98 ha torpaq sahəsi, X13 və onun ailə üzvü kimi X3 məxsusdur, həmin aktda onun adı Babayeva Xonça E”tibar qızı kimi qeyd edilmişdir, X6 ilə Babayeva Xonça E”tibar qızı eyni şəxsdir, ərizəçi mərhumun qızıdır, o, hüquqi əhəmiyyəti olan faktı başqa qaydada əldə edə bilməmişdir. Bununla belə, ərizə tələbində müəyyən edilməsi göstərilən faktın hüquqi əhəmiyyətini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən,məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktınını müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməli, torpağın mülkiyyətə hüququna dair JN-320 KOD:30307038 nömrəli dövlət aktının X18 ilə yanaşı X3 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Torpağa mülkiyyət hüququna dair JN-320 KOD:30307038 nömrəli dövlət aktının X18 ilə yanaşı X3 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar