Məhkəmə qərarları › İş №2(011)-73/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-73/2022

29.07.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-73/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1, Üçüncü şəxs X4 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı X4 da üçüncü şəxs qismində cəlb olunduğu “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzili 2007-ci il tarixdə o, X3 adına rəsmiləşdirməklə almış və qeyd olunan tarixdən hal- hazırki günə kimi həmin mənzildə öz ailəsi ilə birlikdə yaşayır. X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Hər bir övlad üçün ana itirmək nə dərəcədə çətin olduğunu anası vəfat etdikdən sonra tam hiss etmişdir. Elə bu səbəbdən də mənzilinin anasının adına olması və onu öz adına rəsmiləşdirmək barədə düşünməyə tələsməmişdir. Bir müddət sonra isə 28 iyul 2020-ci il tarixdə qardaşı X22 vəfat etmişdir. X35 Federasiyasında yaşayırdı və RF-nın vətəndaşı idi. Onlara verdiyi məlumata görə qardaşının ailə həyatı baş tutmamış və o, spirtli içkilərin aludəçisi olduğu üçün ailə qurduğu qadınlarla uzun müddət birgə yaşaya bilməyərək boşanmışdır. Onun həmin arvadlarından birindən Ruslana adında qızının olması onlara məlumdur. Anasının, daha sonra isə qardaşının vəfat etməsi bir insan olaraq həyatında gərginlik yaratdığı üçün sənədlərlə heç maraqlana bilməmişdir. Lakin bir müddət sonra, daha dəqiq 2020-ci ilin noyabr ayında evdə səliqə yaradarkən, özü tərəfindən alınmış, lakin anasının adına formal olaraq rəsmiləşdirilmiş mənzilə vərəsəlik hüquqlarını rəsmiləşdirmək üçün tapılmış sənədlərə baxış keçirərkən məlum olmuşdur ki, mərhum qardaşı X22 mərhum X3 xəstəliyindən və öz hərəkətlərinin mənasını dərk etməməyindən istifadə edərək notariusa aparmış, anasının adına rəsmiləşdirilmiş və faktiki olaraq ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzlin özünə bağışlanması barədə həmin gündə bağışlama müqaviləsi bağlamağa nail olmuşdur. Qeyd olunan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X26 ünvan 1 ünvanında yerləşən, yaşayış sahəsi 63.33 kv/m olan 4 otaqlı mənzili X12 mülkiyyətinə verir. İddiaçı qeyd etmişdir ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzil tərəfindən 16 avqust 2007-ci ildə mənzilin əvvəlki mülkiyyətçisi olan X8 66.406 manata alınmışdır və pulu satıcıya o, vermişdir. Əgər məhkəmə bunu zəruri hesab edərsə X13 məhkəmə iclasına dəvət edib şahid qismində dindirə bilər və o, bu faktı təsdiq edəcəkdir. Onun tərəfindən alınmış, lakin anasının adına rəsmiləşdirilmiş bu mənzildə bir müddət anası ilə qardaşı birlikdə yaşamışlar. Məhz bu birlikdə yaşadıqları vaxta da qardaşı anasının psixi xəstəliyindən istifadə edərək ona məxsus olan mənzili öz adına bağışlanmasına nail olmuşdur. Hal-hazırda isə həmin mənzil Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışa əsasən qardaşı X12 adına xüsusi mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. Qardaşının belə bir iş tutmasını tam dərk etməsə də, ehtimal edir ki, belə bir hal onun ailə həyatının baş tutmaması və evsiz qalmaq qorxusundan yaranmışdır. X9 uzun müddət xroniki psixi xəstəlikdən (Diaqnoz: 1. Alsheymer (altheimer) xəstəliyi, Demensiya, Foo, ağır vəziyyət, 2.Delirium) əziyyət çəkirdi və vəfat edənədək öz hərəkətlərinin mənasını dərk etmirdi. Bunu tibbi sənədlər - uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, bununla bağlı müalicə olunması və sonda yaşadığı binadan yıxılaraq vəfat etməsi, anasının pisixi vəziyyətini əks etdirən disk və sair sübutlar təsdiq edir. Mübahisəli mənzilin kirayə haqlarını və digər xərclərini daimi olaraq o, ödəmişdir. O, hesab edir ki, bu da özlüyündə iddianın təmin edilməsini şərtləndirir. Buna görə də, o, hesab edir ki, xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində aparılmış, X3 adına olan Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzilin X16 bağışlanması barədə müqavilənin etibarsız hesab edilməklə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş reyestr nömrəsi **********02-05101-093016, ********** qeydiyyat nömrəsi olan Bakı şəhəri, Xətai rayonu General Mehmandarov küçəsi b. 16, mənzil 82 üzərində mülkiyyət hüquqlarının X12 adına aparılmış Hüququların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv olunmalıdır. İddiaçı göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, m 82-nin X16 bağışlanmasına dair Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş 4Ə-91 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş reyestr nömrəsi **********02-05101-093016, ********** qeydiyyat nömrəsi olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, mənzil 82 üzərində X12 adına aparılmış qeydin və adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv olunması, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b. 16, 82 saylı mənzil üzərində X15 mülkiyyət hüquqlarının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1-ci maddəsinə istinad edərək, bildirmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ərarvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. İddiaçı və İbrahimov Şahinin özündən başqa 6 bacısı olub. Bu onu göstərir ki, o, belə sərəncam verə bilməzdi. Çünki, bu, digər vərəsələrin hüquqlarını məhdudlaşdırır. Məhkəmə iclasında çıxış edən İddiaçı nümayəndəsi X23 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının bacısıdır. Mübahisənin predmeti olan evi qardaşı Azər almışdır. X3 xəstəliyi təxminən 2012-ci ildən başlamış və ölümündən əvvəl son 4-5 ildə daha da şiddətlənmişdir. Anası Alsheymer xəstəliyindən əziyyət çəkirdi, ölən adamları görürdü, onun övladı olmağına baxmayaraq onu belə bəzən tanımırdı. Əlində ağacla gəzirdi. O, övladı ilə anasının yanında qalanda övladları qorxusundan bu otaqdan digərinə keçə bilmirdi. Anası deyirdi ki, çoxdan ölmüş atam və bacım balkondan gəlir. Ancaq ölülərlə əlaqədə idi, özünü də balkondan atdı. Nümayəndə vurğulamışdır ki, evi qardaşı Azər alıb, pulunu da Azər verib. Qardaşı Şahin burda qaldığı müddətdə onun evində qalırdı. Hətta onun qızı Ruslana da Bakıya gələndə həmişə onun evində qalmışdır. Şahin o evə bir qəpik də pul qoymamışdır, çünki onun elə maddi imkanları olmamışdır. Əksinə Şahin həmişə Azərdən pul istəyirdi. Dəfələrlə o, özü Azərdən Şahin üçün pul istəmiş və alıb Şahinə göndərmişdir. Şahin anasının xəstəliyindən istifadə edib evi öz adına qeydiyyata aldırmışdır. Əgər o ev Şahinin olsaydı elə alanda evi öz adına qeydiyyata aldırardı. X2 bildirmişdir ki, analarının xəstəliyi ruhi pozuntu ilə bağlı olduğu üçün və müalicəsi olmadığına görə onu heç yerdə qeydiyyata aldırmamış, bacısı tibb bacısı olduğu üçün özü onu həkimə aparıb gətirmişdir. Məhkəmənin əvvəlki iclaslarında çıxış edən üçüncü şəxs X4 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 iddianın rədd edilməsini xahiş etmişdir. Həmçinin nümayəndə yazılı çıxış təqdim edərək, çıxışında göstərmişdir ki, X10 mərhum atası X12 yeganə vərəsəsidir və mübahisəsi aparılan mənzil 58\2020 nömrəli vərəsəlik işi üzrə 89\12-h\89-2021-5-437 qeydiyyat nömrəli vərəsəlik şəhadətnaməsinə əsasən X5 məxsusdur. 31 mart 2022-ci il tarixli ərizəyə əsasən X10 2(011)-73/2022 saylı mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. Qeyd edilən işin materiallarında müəyyən olunmuşdur ki, 29 fevral 2020-ci il tarixli “HB-Güvən Klinik”dən alınmış diaqnoza əsasən (həkim psixiatr X27), L.M.Kərimova müayinədə bir dəfə olmuş, müayinəyə əsasən (psixiatrla söhbət) ona “demensia, Alsheymer, F00, deliriy” diaqnozu qoyulmuşdur. Məhkəmənin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə iş üzrə ekspertiza təyin edilmiş və ekspert qarşısında X26 ilə X12 arasında bağlanmış daşınmaz əmlakın bağışlanması müqaviləsi 14 may 2019-cu il tarixdə bağlandığı zaman X26 öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olması barədə sual qoyulmuşdur. Ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və X11 həvalə edilmişdir. İş üzrə rəy vermiş ekspertlər Hafiz Kazımov, Bilal Əsədov və Təranə Vəlizadə olmuşlar. İş üzrə verilmiş T68\2022 saylı, 21 fevral 2022-ci il tarixli rəyindən görünür ki: 1.Mərhumə L.M.Kərimovanın adına tərtib edilmiş tibbi sənədlərdən və təqdim olunmuş iş materiallarında verilən məlumatlardan görünür ki, onda “Alsheymer xəstəliyi nəticəsində yaranmış demensiya, deliriy halları ilə (F00)” müşahidə olunmuşdur. Qeyd edilən xəstəliklər yaddaşın, dərketmə, informasiyaların mənimsənilməsi və ağılın pozulması ilə özünü biruzə verdiyindən fdaşınmaz əmlakın bağışlanması müqaviləsi imzalayarkən o, öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmaması qənaətinə gəlməyə əsas verir. Göründüyü kimi ekspert bu rəyə gələrkən tərtib edilmiş tibbi sənədlərər və iş materiallarında olan məlumatlara istinad etmişdir. Bu tibbi sənədlərə və iş materiallarında olan məlumatlara diqqət yetirmək zərurəti yaranmışdır. Ekspert rəyində istinad olunan tibbi sənədlər:

1. 13 fevral 2017-ci il tarixdə “Baku Clinic”də aparılmış müayinənin nəticələri;

2. 10 aprel 2020-ci il tarixli 31 saylı MTE və PA Birliyinin Xətai rayon şöbəsində keçirilmiş məhkəmə tibb ekspertizasının rəyi.

3. 02 iyun 2020-ci il tarixli 11\104 saylı Məhkəmə Ekpertiza Mərkəzinin rəyi

4. 1 nömrəli Respublikası Psixiatriya xəstəxanasından və Respublika Narkoloji mərkəzindən alınmış arayış

5. 05 fevral 2022-ci il tarixli Yevlax rayon Mərkəzi Xəstəxanasından alınmış 1170 saylı arayış

6. 29 fevral 2020-ci il tarixli “HB-Güvən Klinik”dən alınmış diaqnoz. Yuxarıda sadalanan tibbi sənədlərdən görünür ki, yalnız biri istisna olmaqla qalan bütün tibbi sənədlər hazırki mübahisənin predmeti olan bağışlama müqaviləsinin bağlanmasında sonrakı dövrə, yəni 19 may 2019-cu il tarixdən sonrakı dövrə təsədüf edir. 13 fevral 2017-ci il tarixdə “Baku Clinic”də aparılmış müayinənin nəticələrindən isə görünür ki, Lala Kərimovaya qoyulmuş diaqnoz, onun öz hərəkətlərinin mənasını başa düşmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarı ilə əlaqədar heç bir əlaqəsi yoxdur. Belə ki, həmin diaqnoza əsasən onun onurğasında, çanaq sümüyündə və diz oynağında olan deformasiyalar ilə əlaqədar olmuşdur. Ekspert rəyində istinad olunan qalan bütün tibbi sənədlər ya L.M.Kərimovanın ölümündən sonra alınmış, ya da mübahisəli müqavilənin bağlanmasından sonra alınmışdır. Ekspert rəyindən görünür ki, L.M.Kərimovanın ölümünə səbəb yığılması nəticəsində alınmış xəsarətlər səbəb olmuşdur. Ekspert rəyindən görünür ki, L.M.Kərimova hec vaxt ruhi xəstə kimi 1 nömrəli Respublikası Psixiatriya xəstəxanasında və Respublika Narkoloji mərkəzində müalicə almamışdır. Ekpert rəyindən görünür ki, L.M.Kərimova yalnız insulindən asılı olmayan şəkərli diabet xəstəliyindən əziyyət çəkmiş və ona məxsus olan tibbi karta olmamışdır. Ekspert rəyinə əlavə olunmuş 29 fevral 2020-ci il tarixli “HB-Güvən Klinik”dən alınmış diaqnozdan görünür ki, L.M.Kərimova müayinədə bir dəfə olmuş, müayinəyə əsasən (psixiatrla söhbət) ona “demensia, Alsheymer, F00, deliriy diaqnozu qoyulmuşdur. Eləcə də, ekspert rəyində hansısa beyin finksiyalarını qiymətləndirən nevropsixoloji testə istinad olunur ki, bu test iş materiallarında yoxdur. Bundan başqa həkim psixiatr tərəfindən bu növdən olan xəstələrə diaqnozun qoyulması prosedurunu Psixiatriya yardımı haqqında Azərbaycan Respublikası Qanunu tənzimləyir. Göründüyü kimi bu diaqnozun qoyulması o qədər məhsuliyyətli məsələdir ki, onu Qanunla tənzimləmək ehtiyacı yaranmışdır və orada qeyd olunan prosedur imperativ xarakter daşıyır. Belə ki, həmin Qanunun 8.1-ci maddəsinə əsasən Psixiatriya müayinələrinin və ekspertizalarının həyata keçirilməsi zamanı psixi pozuntunun diaqnozu yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun olaraq həkim-psixiatr tərəfindən təyin edilir. Digər ixtisaslı həkimlər tərəfindən təyin edilən psixi pozuntunun diaqnozu ilkin diaqnoz hesab edilir və şəxsin qeyri-könüllü hospitallaşdırılmasına, psixiatriya qeydiyyatına götürülməsinə və digər sosial-hüquqi məsələlərin həllinə əsas vermir. Göründüyü kimi psixi pozuntunun diaqnozunun qoyulması üçün yalnız müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun müəyyən edilir. Bu qanunun tələbləri “HB-Güvən Klinik”nin həkim psixiatrı tərəfindən kobud şəkildə pozulmuş, yəni heç bir müasir diaqnostika prinsiplərinə və beynəlxalq təsnifata uyğun müayinə aparılmamış və eləcə də Ekspertər tərəfindən bu diaqnozun təsdiq olunması üçün hansı müasir diaqnostik prinsiplər rəhbər tutulduğu məlum deyildir. Təsədüfü deyil ki, vermiş olduğu sorğulara alınmış cavablardan görünür ki, Alsheimer xəstəliyinin diaqnozunu təsdiq etmək üçün pasiyent aşağıda sadalanan müayinələrdən keçirilməlidir:

1. Komputer tomoqrafiyası və Maqnit rezonans tomoqrafiyası

2. Nevroloqun müayinəsi

3. Yaşayış yeri üzrə Həkim Psxiatr Komissiyası və bu diaqnozun qoyulması üçün AR Səhiyyə Nazirliyinin təsdiqlədiyi Protokollar və XBT-11 və XBT-10 baxış əsasında aparılır. Bundan başqa iş üzrə ekspert kimi dindirilmiş Hafiz Kazımov bildirmişdir ki, nə o, və nə də ki, digər ekspert Təranə Vəlizadənin məhkəmə tərəfindən qoyulmuş sualı cavablandırmaq biliyi olmamış, onların ixtisası müalicə işi olmuşdur, onlar sadəcə bu ekspertizanın keçirilməsində texniki funksiyanı yerinə yetirmişdirlər. Bundan başqa, ekspert rəyində instinad olunan test nəticələri mülki işin materiallarına əlavə edilməmişdir. Göründüyü kimi, hazırki diaqnozun qoyulması üçün yuxarıda qeyd olunan tələblərə də riayət olunmamışdır. 25 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iş üzrə Məhkəmə Psixiatrik Ekspertizası təyin edilməsi haqqında tərəfindən vəsatət verilmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə təyin edilmiş ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertiza və X14 həvalə edilmişdir. Halbu ki, bu ekspertizanın keçirilməsində onların səlahiyyəti olmamış, faktiki olaraq onlar öz səlahiyyətlərini xüsusi biliklərindən kənar çıxaraq rəy vermişdirlər. Bu növ ekpertizanın keçirilməsi səlahiyyəti yalnız Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatriya Ekspertizası Mərkəzi” X32 məxsusdur. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş, iddiaçının bacısı öz ifadəsində bildirmişdir ki, anası sağ olarkən ona mübahisə edilən mənzili oğlu Şahinə bağışlamışdır. Lakin onlar buna əhəmiyyət verməmişdirlər. Göründüyü kimi mərhum Lala Kərimova bağışlama müqaviləsini imzalayarkən öz hərəkətlərinin mənasını dərk etmişdir. Buradan da belə anlaşılır ki, iddiaçının hazırki müqavilənin rəsmiləşdirilməsindən hələ anası Lala Kərimova sağ olanda məlumatlı olmuş və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsində nəzərdə tutulmuş kəsiçi norma olan 1 illik müddəti buraxmışdır. Nümayəndə mübahisə edilən müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun rəsmiləşdirildiyindən və tərəflərin həqiqi iradə ifadələrini əks etdirdiyindən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştiraklarını təmin etməmişdir. Lakin Bakı şəhəri 18 saylı Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək, məhkəmə prosesinə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndəsinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gen.Mehmandarov küçəsi, b.16, mənzil 82 xüsusi mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 23 may 2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 4 otaqlı mənzil xüsusi mülkiyyət hüququ üzrə X15 adına daşınmaz əmlakın dövlət reyestrində 539 nömrəli reyestr kitabının 49605 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 14 may 2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X26 ilə X22 arasında ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63.33 kv/m olan, 4 otaqlı mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İş materiallarında olan 16 avqust 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X20 ilə X26 arasında ünvan 2 ünvanında yerləşən 4 otaqlı mənzilə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan ünvan 3 ünvanlanmış 07 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, 14 avqust 2021-ci il tarixdə Bakı şəhəri 18 saylı notariat ofisində yanğın hadisəsi baş vermişdir. Yanğınla əlaqədar olaraq çox sayda sənəd yanaraq məhv olmuş, eyni zamanda 14 may 2019-cu il tarixli 4Ə-91 reyestrli bağışlama müqaviləsinə dair notariat işi tələf olmuşdur. Lakin həmin müqavilənin e-Notariat elektron informasiya sistemindən çıxarışı məhkəməyə təqdim edilmiş, həmin çıxarışdan məlum olmuşdur ki, X26 ilə X22 arasında 14 may 2019-cu il tarixdə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 63.33 kv/m olan, 4 otaqlı mənzilə dair daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi barədə 05 iyun 2020ci il tarixli qərarın surətindən görünür ki, vətəndaş X15 ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilməsi və vətəndaş İddiaçı zərərçəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verilməsi qərara alınmışdır. Həmin qərarda qeyd edilmişdir ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş İddiaçı ifadəsində bildirmişdir ki, anası Lalada 2019-cu ilin əvvələrindən etibarən psixoloji problemlər yaranmış, keçmişdə ölmüş adamlarla sanki özbaşına söhbət etmişdir. Gözünə sanki əvvəllər ölmüş adamlar görünmüş, bəzən öz övladlarını ani olaraq tanımamışdır. Bundan başqa, onda əsəbləşmələr, tez-tez özündən çıxmalar baş vermişdir. Əsəbləşdiyi vaxt bəzən əlinə keçən bir şey olduqda sındırmışdır. Bakı şəhərində olduğu zaman bəzi hallarda evdən çıxıb yolun əks tərəfə keçdiyi zaman Yevlax şəhərində olduğunu bildirmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş X28 verdiyi ifadəsində bildirmişdir ki, L.Kərimovanın yaşlı qadın olmasını, yeriməkdə çətinlik çəkməsini, qonşulardan eşitdiyinə görə onun psixi problemləri də olmuş, danışığında qəribə ifadələr işlətmişdir. Hətta bir dəfə Yevlaxa çörək almağa gedəcəyini də həyətdə olduğu zaman qonşuların yanında demişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 11/104 nömrəli rəyinə əsasən X15 fərdi-psixi xüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş olan bəzi psixogen depressiv və nevrotik reaksiya əlamətləri müşahidə olunmuşdur. X15 ölümündən əvvəlki dövrdə onurğanın osteoxondrozu, dəqiqləşdirilməmiş qastrit, şəkərli diabet, digər somatik xəstəliyi və bununla yanaşı onda mövcud olmuş herontoloji xüsusiyyətlər onun özünü öldürməsində təzahür etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə- Tibbi Ekspertiza və X18” Publik hüquqi şəxsi tərəfindən verilmiş T 68/2022 saylı ekspert rəyindən görünür ki, L.M.Kərimovanın adına tərtib olunmuş tibbi sənədlərin təhlilindən görünür ki, o, “HB-Güvən Klinik”ə bir dəfə 29 fevral 2020-ci il tarixində qızı ilə müraciət etmiş, müayinə (psixiatrla söhbət) əsasında ona “demensia, Alsheymer, F00, deliriy” diaqnozu qoyulmuşdur. Xəstənin müayinə və müalicəsinin gedişatı haqqında təkrar müraciət olmadığı üçün məlumat qeyd edilməmişdir. 10 mart 2020-ci il tarixdə evdə eyvandan paltar yığarkən yıxılaraq aldığı xəsarətlər nəticəsində vəfat etmiş və bu da 10. “04”.2020-ci il tarixli, 31 saylı rəylə öz təsdiqini tapır. Belə ki, tibbi sənədlərdə qeyd edilən demensiyanın geniş yayılmış xroniki, proqressivləşən, müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəliyi olan Alsheymer xəstəliyi zamanı əsas etibarilə baş beynin yaddaş və intellekt mərkəzləri yerləşən gicgah və təpə paylarında beyin qabığı neyronlarının zədələnməsi müşahidə olunur. Ona görə də bu xəstəlik klinik olaraq özünü ağlın, yaddaşın və digər koqnitiv (dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyəti) funksiyaların pozulması ilə biruzə edir. Eləcə də, demensiyanın tez-tez rast gəlinən ağırlaşma halı olan deliriydə, yəni düşüncənin pozulmuş vəziyyətində vaxtın düzgün dərk olunması pozulur, xəstələrin kəskin psixotiv halda olması, müxtəlif məzmunlu hallüsinasiyalar (xüsusən görmə), fantastik sayıqlama, affektiv əlamətlər (qorxu, təşviş) müşahidə olunur. Bütün bunlar və psixiatr tərəfindən xəstənin müayinəsinə-beyin funksiyalarını qiymətləndirən əmlakın bağışlanması müqaviləsini imzalayaraq onun mənasını dərk etmək iqtidarında olmaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə iclasında ekspert qismində dindirilmiş H.M.Kazımov təsdiq etmişdir ki, X26 uzun müddət xroniki psixi xəstəlik sayılan Alsheymer xəstəliyinin ağırlaşmış mərhələsində olmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X21 iddiaçının qardaşı olduğunu, anasının uzun müddətdir psixi pozuntusu olduğunu, onu dəfələrlə həkimə apardığını, lakin xəstəliyin müalicəsinin olmadığını, mübahisəli mənzillə bağlı notariatda bağışlama müqaviləsinin bağlanması barədə məlumatının olmamasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X24 tibb işçisi olmaqla yanaşı iddiaçının bacısı olduğunu, anasının onlara yaxın evdə qaldığını, anasının uzun müddətdir Alzheymer xəstəliyindən əziyyət çəkdiyini, huşunun gedib-gəlməsini, iynə və dərmanlarının onun tərəfindən edildiyini, mübahisəli evin qardaşı Azər tərəfindən alındığını, anasının özünü balkondan ataraq öldüyünü, bağışlama müqaviləsinin bağlanması barədə məlumatlı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X17 bildirmişdir ki, İddiaçı böyük bacısıdır. Onlar 1994-cü ildə Bakıya gələndə Azər tələbə idi, universitetdə oxuyurdu. Yoldaşı Qəbələdə işləyirdi, sonra işlə əlaqədar Bakıya gəlməli oldular. Azər tələbə olanda onlarda qalırdı, universiteti bitirəndən sonra işlədi. Anasıgil Yevlaxda yaşayırdı. Azər universiteti bitirəndən sonra bizneslə məşğul olmağa başladı, o, tək Şahinə yox, hamıya kömək oldu. Kimin köməyə ehtiyacı olurdusa boş qaytarmırdı. Azər universiteti bitirəndən sonra bacısı Töhfənin 1 otaqlı evində qalmağa başladı. Bir neçə il keçdikdən sonra, özünə ev almamış digər qardaşı Yelmarı Yevlaxdan gətirdi, özünə şərik etdi və ona ev aldı. Anası Lalə qardaşı Azərlə yaşayırdı. Psixi vəziyyəti yaxşı deyildi. Psixiatra aparmışdılar. Ev ananın adına idi. Müqavilədən heç kimin xəbəri yox idi. Qardaşım Şahinin şəkəri var idi. İnsult keçirmişdi, Rusiyada öldü. Şahin Rusiyadan Bakıya gələndə bacıları Gülnarənin evində qalırdı. Onların evi Əhmədlidə yerləşdiyinə görə bəyənmirdi, Gülnarənin evi şəhərdə ( Tarqovıda) olduğuna görə onlarda qalırdı. Bunu sənədlərdə təsdiq edə bilər. Şahin Rusiyaya olanda, işləmədiyi iş qalmadı, amma, onun qazancını görmədilər, əksinə o, Azərdən pul istəyirdi. Azər mübahisəli evi anasının adına almışdı. Ev 4 otaqlı idi. Anası orada idi deyə, Şahin də gələndə ora gəlirdi. Anaları Lalənin 2012-ci ildə beyni pozuldu. Ona deyirdi ki, Gülüşün qızı gəlmişdi, kravatın altında yatırdı. Sonra deyirdi ki, Sara balkondan gəldi. Anasının gözünə adamlar görsənirdi. Sonra bacısı ilə həkimə apardılar, həkim dedi ki, müalicəsi yoxdur, lakin yenə də müalicə yazdı. Anası 2019-cu ildə ona dedi ki, Şahin məni zorla notariusa apardı, lakin o, əslində anasına inanmamışdır, çünki anası olmayan şeyləri danışırdı. Şahid vurğulamışdır ki, bütün bacı qardaş hamı bilirdi ki, evi anaları üçün Azər alıb. Azər istəyirdi ki, anaları Yevlaxdan yığılsın, gəlsin. Ev Şahin üçün yox, anaları üçün alınmışdı. Anasının nənəsi Xatıncan 137 yaşında ölmüşdür, Azər anasına ona görə ev aldı ki, o, uzun yaşayacaq. Azər hörmət mənasında evi analarının adına almışdı. Evi onlar baxıb bəyənmişlər. Anası ölən günü o, və bacısı ora getmişdilər. Anaları küftə-bozbaş istəmiş, o, bişirmişdir. Anası yedikdən sonra demişdir ki, mən sabah gedirəm. O, da demişdir ki, Saranın gəldiyi yerdən getmə. (anaları həmişə balkondan ölmüş adamların gəldiyini görürmüş) Balkonu bacısı ilə mismarla bağlamış, qabağına da stol qoymuşdur. Azər axşam onları evlərinə aparmış, səhər Azər düşüb çörək almağa. Həmin vaxt anaları açıb qapını balkondan atıb özünü. Anası 3 gün əvvəl demişdir ki, nənəm gəlmişdi dedi ki, səni gözləyirəm, niyə gəlmirsən. Məhkəmə iclasında şahid qismində iştirak etmiş X29 iddiaçının bacısı olduğunu, anasının uzun müddətdir Alsheymey xəstəsi olduğunu, son vaxtlar vəziyyətinin ağırlaşdığını, bacısı ilə birlikdə onu həkimə apardığını, lakin həmin xəstəliyin müalicəsi olmadığına görə müalicələrin ona yaxşı təsir etmədiyini, anasının balkondan özünü ataraq öldüyünü, bağışlama müqaviləsinin bağlanması barədə məlumatlı olmadığını bildirmişdir. İş materiallarında olan CD diskdəki video çəkilişlərdən müəyyən olunur ki, həmin çəkilişlərdə X26 çəkilmişdir, o, halyusinasiyalar görür, ölmüş anası ilə danışır, gözə görünməyən insanlarla söhbət edir. Çəkilişlərdən birində X26 pilləkəndə oturub, onu mənzilə nə qədər çağırsalar da, gəlməkdən imtina edir, mənzilin qapısının iç hissəsinin örtüyü zədələnmişdir, nümayəndənin bildirdiyinə görə mənzilin qapısı onun əlində olan əsa ilə zədələnmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin normalarına istinad ediləcək) 666.1-ci maddəsi müəyyən edir ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.( 667.1-ci maddəsi) Bağışlama aşağıdakı hallarda etibarlıdır: daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə. (668-ci maddə). Nəyi isə bağışlamaq niyyəti ilə başqa şəxsə verən şəxs hədiyyə alan hədiyyəni qəbul edənədək istədiyi vaxt onu geri götürə bilər. (669-cu maddə). Bağışlama şərtlərin və ya öhdəliklərin yerinə yetirilməsindən asılı edilə bilər. Bağışlama müqaviləsinə uyğun olaraq hədiyyə verən və onun vərəsələri hədiyyə alanın götürdüyü öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi barədə iddia verə bilərlər. (670-ci maddə) Göründüyü kimi, bağışlama müqaviləsinin aşağıdakı xüsusiyyətlərini fərqləndirmək mümkündür: • bağışlama müqaviləsi əvəzsiz müqavilədir, yəni hədiyyə verənin təmənnasız iradə ifadəsinə əsaslanır və onun bəhrələnməsi istisna edilir; • hədiyyə alanın əmlakı artır; • hədiyyə alanın əmlakının artımı hədiyyə verənin əmlakının azalması nəticəsində əmələ gəlir; • hədiyyə verənin hədiyyəni bağışlamaq niyyəti olur; • hədiyyə alanın hədiyyəni qəbul etməyə razılığı olur. Hədiyyə verən aşağıdakı hallarda bağışlamaqdan imtina edə bilər: hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə. (673-cü maddə). Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin Plenumunu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” 19 dekabr 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki qanunvericiliyin normaları bağışlama müqaviləsinin əvəzli müqavilə olduğunu, hədiyyə alan şəxsin hədiyyə müqabilində hədiyyə verən qarşısında onun bəhrələnməsinə yönələn öhdəliklər daşıdığını deməyə əsas vermir. Əks halda bu öhdəliklər bağışlama müqaviləsinin anlayışına, mahiyyətinə və hüquqi təbiətinə zidd olardı. Digər tərəfdən bağışlamanın əvəzsiz müqavilə olması bəzi hallarda hədiyyə alanı hədiyyə verən qarşısında öhdəliklərdən və şərtlərdən azad etmir. Belə ki, hədiyyə verən hədiyyə alanın üzərinə özünün bəhrələnməsi ilə bağlı olmayan müxtəlif öhdəliklər qoya bilər. Belə öhdəliklər dövlət mənafeyi, ictimai mənafe, hədiyyə verənin və ya başqa şəxslərin xeyrinə qoyula bilər.Burada nəzərə alınmalıdır ki, öhdəlik bağışlama müqaviləsinin əvəzsizliyinə zidd olmamalı, hədiyyə verənin zənginləşməsi və ya hər hansı maddi təminat əldə edilməsi ilə bağlı olmamalıdır. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Maddə 337.1) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirlməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. (Maddə 337.2) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Maddə 337.4) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. (Maddə 337.5.) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Maddə 339.2) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Maddə 339.3) Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. (Maddə 347.1) Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır: (Maddə 347.2) 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir; 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir; 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (Maddə 354.1). Psixi pozuntu nəticəsində fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin bağladığı əqd etibarsızdır. Belə əqdin tərəflərindən hər biri aldıqlarının hamısını digər tərəfə eyni ilə qaytarmalı, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə onun dəyərini pulla ödəməlidir. Bundan başqa, əgər fəaliyyət qabiliyyətli tərəf digər tərəfin fəaliyyət qabiliyyəti olmadığını bilirdisə və ya bilməli idisə, ona dəymiş real zərərin əvəzini də ödəməlidir. (Maddə 342.1) http://www.e-qanun.az/alpidata/code/data/0/c_c_8.htm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında Plenum qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir.

5. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

6. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Beləliklə, məhkəmədə bilavasitə tədqiq edilmiş subutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b.16, 82 saylı mənzil 2007-ci il tarixdə iddiaçının X3 adına alınmışdır, hal-hazırda həmin mənzildə iddiaçı öz ailəsi ilə birlikdə yaşamaqdadır. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 18 saylı Notariat Ofisində bağlanmış bağışlama müqaviləsinə əsasən X15 adına olan Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b.16, 82 saylı mənzil oğlu X16 bağışlanmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixdə həmin mənzil üzərində X12 mülkiyyət hüquqları qeydiyyata alınmışdır. X15 digər övladlarının mənzilin bağışlanması barədə məlumatları olmamışdır. İş materiallarında olan cinayət işi üzrə icraata xitam verilməsi barədə 05 iyun 2020ci il tarixli qərarın surətindən müəyyən olunmuşdur ki, X26 10 mart 2020-ci il tarixdə evdə eyvandan paltar yığarkən yıxılaraq aldığı xəsarətlər nəticəsində vəfat etmiş, onun ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 125-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin vaxt keçirilmiş ekspertiza nəticəsində verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli, 11/104 nömrəli rəyinə əsasən X15 fərdi-psixi xüsusiyyətlərində onun özünü öldürməsində təzahür etmiş olan bəzi psixogen depressiv və nevrotik reaksiya əlamətləri müşahidə olunmuşdur. X15 ölümündən əvvəlki dövrdə onurğanın osteoxondrozu, dəqiqləşdirilməmiş qastrit, şəkərli diabet, digər somatik xəstəliyi və bununla yanaşı onda mövcud olmuş herontoloji xüsusiyyətlər onun özünü öldürməsində təzahür etmişdir. Həmçinin həmin vaxt iş üzrə şahid qismində dindirilmiş X28 verdiyi ifadəsində bildirmişdir ki, L.Kərimovanın yaşlı qadın olmaqla, yeriməkdə çətinlik çəkmiş, qonşulardan eşitdiyinə görə onun psixi problemləri də olmuş, danışığında qəribə ifadələr işlətmişdir. Hətta bir dəfə Yevlaxa çörək almağa gedəcəyini də həyətdə olduğu zaman qonşuların yanında demişdir. İş materiallarına əlavə edilmiş CD-disk və məhkəmə iclasında dindirilmiş şahid ifadələri ilə təsdiq edilmişdir ki, X26 uzun müddət xroniki psixi xəstəlikdən (Diaqnoz: 1. Alsheymer (altheimer) xəstəliyi, Demensiya, Foo, ağır vəziyyət, 2.Delirium) əziyyət çəkirmiş, onun bu vəziyyəti halyusinasiyalarla müşahidə olunduğundan xəstəliyin son mərhələsində olmuşdur. Nəticə etibarilə X26 10 mart 2020-ci il tarixdə mübahisənin predmeti olan mənzilin eyvanından özünü ataraq intihar etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” Publik hüquqi şəxsi tərəfindən verilmiş T 68/2022 saylı ekspert rəyi ilə təsdiq edilmişdir ki, X26, “HB-Güvən Klinik”ə bir dəfə 29 fevral 2020-ci il tarixində qızı ilə müraciət etmiş, müayinə (psixiatrla söhbət) əsasında ona “demensia, Alsheymer, F00, deliriy” diaqnozu qoyulmuşdur. Xəstənin müayinə və müalicəsinin gedişatı haqqında təkrar müraciət olmadığı üçün məlumat qeyd edilməmişdir. 10 mart 2020-ci il tarixdə evdə eyvandan paltar yığarkən yıxılaraq aldığı xəsarətlər nəticəsində vəfat etmiş və bu da 10. “04”.2020-ci il tarixli, 31 saylı rəylə öz təsdiqini tapır. Belə ki, tibbi sənədlərdə qeyd edilən demensiyanın geniş yayılmış xroniki, proqressivləşən, müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəliyi olan Alsheymer xəstəliyi zamanı əsas etibarilə baş beynin yaddaş və intellekt mərkəzləri yerləşən gicgah və təpə paylarında beyin qabığı neyronlarının zədələnməsi müşahidə olunur. Ona görə də bu xəstəlik klinik olaraq özünü ağlın, yaddaşın və digər koqnitiv (dərketmə və xarici informasiyaları mənimsəmək qabiliyyəti) funksiyaların pozulması ilə biruzə edir. Eləcə də, demensiyanın tez-tez rast gəlinən ağırlaşma halı olan deliriydə, yəni düşüncənin pozulmuş vəziyyətində vaxtın düzgün dərk olunması pozulur, xəstələrin kəskin psixotiv halda olması, müxtəlif məzmunlu hallüsinasiyalar (xüsusən görmə), fantastik sayıqlama, affektiv əlamətlər (qorxu, təşviş) müşahidə olunur. Bütün bunları nəzərə alaraq, həmçinin xəstə yaxınlarıın verdiyi anamnestik məlumatlara və psixiatr tərəfindən xəstənin müayinəsinə-beyin funksiyalarını qiymətləndirən nevropsixoloji testə əsasən L.M.Kərimova xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsini imzalayaraq onun mənasını dərk etmək iqtidarında olmaması qənaətinə gəlməyə əsas verir. Məhkəmə qeyd edir ki, “X6” Altsheymer xəstəliyi aşağıdakı kimi təsvir edilmişdir. Altsheymer xəstəliyi - demensiyanın geniş yayılmış müalicəsi mümkün olmayan neyrodegenerativ xəstəlikdir. Xəstəlik ilk dəfə 1905-ci ildə alman psixiatoru Alois Altsheymer tərəfindən qeydə alındığı üçün onun adı ilə adlandırılmışdır. Xəstəlik adətən 65 yaşdanhttps://az.wikipedia.org/wiki/Altsheymer_x%C9%99st%C9%99liyi yuxarı şəxslərdə müşahidə olunsa da, ona erkən yaşlarda da rast gəlmək mümkündür. Altsheymer xəstəliyi bəzi beyin hüceyrələrinin məhv olması ilə nəticələnən, dəqiq səbəbləri bilinməyən nevroloji bir xəstəlikdir. Xəstəlik klinik olaraq incələnən zaman yaddaş və digər intelektual qabiliyyətlərin nəzərə çarpacaq dərəcədə pozulması halları müşahidə olunur. Altsheymer xəstəliyi beyinə təsir edən fiziki xəstəlikdir. Altsheymer xəstələrinin beyinlərində bəzi kimyəvi maddələr çatışmır. Bu kimyəvi maddələr isə beyinə məlumatların ötürülməsinə xidmət edirlər. Altsheymer irəliləyən/proqressiv bir xəstəlikdir. Bu da tədricən, zamanla beynin daha çox hissəsinin zədələnməsi deməkdir. Bu baş verdiyi zaman isə simptomlar daha da ciddiləşir. Altsheymer xəstəliyinin ilkin mərhələsində insanlarda yaddaş pozğunluğu müşahidə edilə və danışarkən düzgün kəlmə tapmaqda çətinlik çəkə bilərlər. Xəstəlik irəlilədikcə isə onlar: çaşa və tez-tez insanların adlarını, yerləri, yaşayış yerlərini, son zamanlar baş vermiş hadisələri unuda bilərlər; özünə inamları itə, ya da ünsiyyət problemlərinə görə daha çox özlərinə qapana bilərlər; gündəlik fəaliyyətləri yerinə yetirməkdə çətinlik çəkə bilərlər. Altsheymer xəstəliyi irəlilədikcə xəstələr onların qayğısına qalan insanların dəstəyinə daha çox ehtiyac duyurlar, ən sonda isə adi hərəkətləri belə yerinə yetirə bilməmə mərhələsinə çatırlar. Altsheymer xəstəliyinin bəzi ümumi simptomları olsa da, bu xəstəlik müxtəlif şəxslərdə fərqli inkişaf edə bilər. İki xəstənin altsheymer xəstəliyi simptomları arasında ciddi fərqlərin olması mümkündür. Xəstəliyin klinikası Xəstəlik insanda nitq, məntiq və yaddaş kimi əhəmiyyətli əqli göstəricilərin zamanla itməsi ilə nəticələnir. Bu səbəbdəndir ki, xəstə insanlar əqli zəiflik və gerilikdən və ya şüurun aşağı səviyyədə olmasından əziyyət çəkirlər, onlar əqli gerilik səbəbindən bunu hiss etməsələr də, ailə üzvləri üçün əsl çəkilməz bir "əzab" kimi yaşayırlar. Əmələgəlmə və inkişaf səbəbi kimi hipotiroez, toksiki maddələr, xüsusilə, metal ilə zəhərlənmə, kəllə-beyin travmaları, beyin şişləri, neyronlar arası sinaptik əlaqələrin itməsi ilə nəticələnən faydalı element çatışmazılığı, neyronların hər hansı səbəbdən kütləvi məhvi və ya itirilməsi və ən sonda genetika hesab olunur. Xəstəliyin ən tipik əlamətləri yaddaş pozğunluqları ilə əlaqədar meydana çıxır. Bəzən gecə ilə gündüzü qarışdırır, hamıya yaxşı məlum olan tarixi günləri (20 yanvar, 28 may və s.), ad günlərini və s. unudur. Bəzi xəstələr danışarkən düzgün kəlmə tapmaqda da çətinlik çəkirlər. Xəstəlik ilərlədikcə xəstələrdə aqnoziya, afaziya və s. inkişaf edir. Getgedə xəstələr özlərini idarə edə bilməyəcək vəziyyətə çatırlar. Ən sonda isə adi hərəkətləri belə (qapını açmaq, çay içmək və s.) bacara bilməmə mərhələsinə çatırlar. Bu mərhələdə xəstələr 24 saat kontrol altında saxlanılmalıdırlar. Simptomlar: İlkin mərhələ: Yaddaşsızlıq və zamanla daha da proqressivləşən yaxın keçmişi belə xatırlamamaq, Tanış əşyaları tanımamaq, Emosional pozğunluq, depressiya, narahatlıq, ümumi gərginlik, Dezorientasiya, Apatiya (ətraf mühitə qarşı anlaqsızlıq). Son mərhələ: Hallüsinasiyalar, fantastik ideyalar, Yaxın şəxsləri hətta qohumları tanımamaq, Hərəki pozğunluq, Öz hərəkət və fikirlərinə qarşı məsuliyyətsizlik, Bəzi hallarda qıcolmalar. Ağırlaşmalar: Yanaşı infeksion xəstəliklər (pnevmoniya və s.), Qida çatışmazlığı, Müxtəlif travmalar və bədbəxt hadisələr.

Müalicə Hazırda Altsheymer xəstəliyinin heç bir müalicəsi yoxdur. Məhkəmə yuxarıda qeyd edilmiş maddi və prosessual hüquq normalara əsaslanıb, mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlir ki, X15 Alsheymer xəstəliyindən əziyyət çəkməsi və həmin xəstəliyin son (halyusinasiyalarla müşayiət edilən) ağırlaşdırılmış mərhələsində olması şübhəsizdir. Qeyd edilmiş xəstəliyin inkişaf dinamikasını nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, X26 ilə X22 arasında 14 may 2019-cu il tarixdə "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi" bağlanarkən X26 artıq Alsheymer xəstəliyinin son mərhələsində olduğundan onun, öz hərəkətlərinin mənasını başa düşməməsi və ya onlara rəhbərlik edə bilməməsi ağlabatandır. Məhkəmə həmçinin nəzərə alır ki, X26 ilə X22 arasında 14 may 2019-cu il tarixdə "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi" bağlanarkən müqavilənin predmeti olan mənzil vərəsəlik hüququ ilə yüklü olduğu halda X15 digər vərəsələrinin məlumatı olmamışdır. Qeyd edilənlərə əsaslanaraq məhkəmə belə qənaətə gəlir ki, mübahisənin predmeti olan bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə müəyyən edilmiş əsas mövcud olduğundan, yəni bağışlama müqaviləsinin tərəflərindən biri olan (hədiyyə verən) X26 əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə əqdi bağladığından və bu ekspert rəyi və digər sübutlarla təsdiq edildiyindən, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b.16, 82 saylı mənzilə dair Bakı şəhəri 18 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 4Ə-91 reyestr nömrəsi ilə təsdiq edilmiş X26 ilə X22 arasında 14 may 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi" etibarsız hesab edilməli, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş reyestr nömrəsi **********02-05101-093016, ********** qeydiyyat nömrəsi olan ünvan 4 üzərində X12 adına aparılmış qeyd və onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv olunmalı, əqd etibarsız hesab edildiyindən onun hüquqi vəziyyəti əvvəlki vəziyyətinə qaytarılmalı olduğundan həmin mənzilə əvvəlki mülkiyyətçi X15 mülkiyyət hüquqları bərpa edilməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi:

İddiaçı cavabdeh Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı X4 da üçüncü şəxs qismində cəlb olunduğu “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi b.16, 82 saylı mənzilə dair Bakı şəhəri 18 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 4Ə-91 reyestr nömrəsi ilə təsdiq edilmiş X26 ilə X22 arasında 14 may 2019-cu il tarixdə bağlanmış "Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi" etibarsız hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2019-ci il tarixdə verilmiş reyestr nömrəsi **********02-05101-093016, ********** qeydiyyat nömrəsi olan ünvan 4 üzərində X12 adına aparılmış qeyd və onun adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv olunsun. ünvan 4 ünvanda yerləşən sahəsi 63.33 kv.m-dən ibarət mənzilə X15 mülkiyyət hüquqları bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər.

Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar