Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7342/2025 09.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Sovxoz yaşayış massivində yerləşən iddiaçıya məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00141) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş 31 mart 2021-ci il tarixli akt əsasında yazıbmış 885,60 manat, 30 aprel 2021-ci il tarixli akt əsasında yazıbmış 295,20 manat 31 may 2021-ci il tarixli akt əsasında yazıbmış 194,40, 31 yanvar 2022-ci il tarixli akt əsasında yazıbmış 2008,80, 31 mart 2022-ci il tarixli akt əsasında yazıbmış 1468,80 manat və 29 aprel 2022-ci il tarixli akt əsasında yazıbmış 734,40 olmaqla ümumilikdə 5587,20 manat məbləğində əsassız borcun silinməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində Sovxoz yaşayış massivində yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. xx.xx.2022-ci il tarixdə sözügedən ünvanda qaz sayğacının quraşdırılmasma baxmayaraq təmir işləri ilə əlaqadar orada yaşamaq mümkün olmamışdır. Bir neçə gün bundan əvvəl iddiaçı həmin evə köçmüş, evə köçdükdən sonra smartkarta vəsait yükləmək istədikdə ona məlum olmuşdur ki, smart kart bloklanmışdır. Bu barədə Birliyə müraciət etdikdə iddiaçıya bildirilmişdir ki, guya o, 2021-2022-ci illərdə həmin ünvanda təbii qazdan qeyriqanuni (sayğacsız) istifadə etmişdir. Buna görə 31 mart 2021-ci il, 30 aprel 2021-ci il 31 may 2021-ci il, 31 yanvar 2022-ci il, 31 mart 2022-ci il və 29 aprel 2022-ci il tarixlərdə akt tərtib edilmiş iddiaçıya itirlmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə yuxarıda göstərilən tarixlərdə tərtib olunmuş aktlara müvafiq olaraq 885,60 manat, 295,20 manat, 194,40 manat, 2008,80 manat, 1468,80 manat, 734,40 manat, olmaqla ümumilikdə 5587,20 manat məbləğində əsassız borc yazılmışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Məhkəmənin nəzərinə bir daha çatdırır ki, həmin ünvanda yaşayış olmadığı üçün qazdan istifadə etmək zərurəti yaranmamışdır. Buna baxmayaraq Birliyin əməkdaşları yaşadığı ünvan üçün heç bir əsas olmadan ona əsassız olaraq 5587,20 manat məbləğində borc yazmışdırlar. Bundan əlavə, yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə (tələbnamədə) iddiaçıya məxsus ünvanda istifadədə olan qaz cihazlarının adı, onaların saatlıq sərfıyyatı göstərilmiş orta günlük iş rejimi göstərilməklə hesabat aparılmışdır. Lakin reallıqda həmin cihazların sözügedən ünvanda olması və saatlıq qaz sərfıyyatmm aktlarda göstərildiyi kimi olması ilə bağlı iş materiallarında hər hansı sübut yoxdur. Başqa sözlə Birliyin əməkdaşları yaşayış olmayan ünvanda reallıqda mövcud olmayan cihazlara görə sərfıyyat hesablamışdırlar. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. “Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və bildirdi ki, iddiaçı tərəf ailəsi ilə Suraxanı rayonunda yaşayır, Binə Sovxozda yerləşən evdə yaşayış yoxdur, ümumiyyətlə evin daxili təmirsizdir, iş materiallarındakı foto şəkillər həmin mənzilə aid deyildir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi və bildirdi ki, iddiaçı tərəfindən 2021-ci ilin mart, aprel, may ayları və 2022-ci ilin yanvar, mart və aprel aylarında sayğacsız təbii qazdan istifadə olmuşdur. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2021-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız qeyri-qanuni istifadə edir. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız istifadə edir. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2022-ci il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız və qeyri-qanuni istifadə edir. “Təbii X2nın pozulması haqqında” ******* saylı xx.xx.2022-cı il tarixli AKT-ın surətindən görünür ki, abonent təbii qazdan sayğacsız və qeyri-qanuni istifadə edir. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2021-ci il tarixə 1375,20 manat və 2022-ci il tarixə 4212 manat məbləğində borc hesablanmışdır. Habelə saldodan görünür ki, iddiaçıya sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İstifadə edilən qaz qurğularının xüsusiyyətlərinin (növü, maksimal saatlıq qaz sərfi) müəyyən olunması məqsədilə qeyd olunan ünvanda baxış keçirilməsi üçün materiallarda olan telefon nömrəsi (***-***-**-**) ilə xx.xx.2025-ci il tarixində əlaqə saxlanılsa da, mənzil sahibinin rayonda olması, mənzildə kimsənin olmaması səbəb göstərilərək baxış üçün şərait yaradılmamış, yalnız xx.xx.2025-ci il tarixində yerində baxış keçirilməsi mümkün olmuşdur. Baxış zamanı qaz qurğuları tarix və məkan göstərilməklə foto ilə qeydə alınmışdır. Məlum olmuşdur ki, ölçüləri təxminən 4x7 metr olan fərdi yaşayış evinin mətbəxində 1 ədəd PQ-3 tipli qaz plitəsi qaz xəttinə qoşuludur. Evdə açıq hava şəraitində 1 ədəd axımlı su qızdırıcısı olsa da, su qızdırıcısının qaz xəttinə qoşulmadığı, işlək vəziyyətdə olmadığı, müvəqqəti olaraq baxış keçirilməsi üçün quraşdırıldığı, evdə fərdi qaydada istilik xətləri və istilik radiatoru mövcud olduğu müəyyən edilmişdir. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, evin qızdırılması üçün kombi tipli su qızdırıcıda və mətbəxdə olan 1 ədəd PQ-3 tipli qaz plitəsində təbii qazdan istifadə olunur. Materiallardan məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən fərdi yaşayış evində (abonent kodu- **********100141) 2021-ci ilin mart, aprel, may aylarında, 2022-ci ilin yanvar, mart, aprel aylarında qanunsuz olaraq təbii qazdan istifadəyə görə ümumilikdə 5587,20 manat məbləğində dəymiş ziyan hesablanaraq abonentin hesabına daxil edilmişdir. Materiallarda olan fotolar və sübutlar araşdırılarkən 2021-ci ilin mart, aprel və may aylarında istehlakçının qaz sayğacını çıxarmaqla qazdan birbaşa istifadə etməsi müəyyən edilsə də, 2022-ci ilin yanvar, mart və aprel aylarında materiallara sübut kimi əlavə edilmiş fotoların, həmçinin sənədlərdə qeyd edilən qaz qurğularının bu ünvana aid olmadığı müəyyən edilir. Abonent saldosunun təhlili zamanı belə məlum olur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dövr ərzində istehlakçı tərəfindən cəmi 21 manat məbləğində smart-kart tipli sayğaca ödəniş olunmuşdur. Bildirilir ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq olunmuş “X2”na dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli 218 nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan dəymiş ziyan məbləğinin (itirilmiş qazın dəyəri) düzgünlüyünə rəy vermək mümkün deyil. “X2”nın 6.5-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz qaz xəttini dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Bu baxımdan da, istehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının mənzilində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saatdan çox olmayan işləmə müddətini, ilin mövsümü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: -1 ədəd PQ-3 tipli qaz plitəsi üçün maksimal qaz sərfiyyatı 0,9 m3 -1 ədəd kombi tipli su qızdırıcısı üçün maksimal qaz sərfiyyatı 2,6 m3, yay aylarında axımlı su qızıdırıcısı kimi istifadə olunduğu halda 1,5 m3 2021-ci ilin mart ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 2,6 m3) x 12 saat x 90 gün (3 ayda 1 dəfə baxışı nəzərə alaraq) = 3780 m3 2021-ci ilin aprel ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 2,6 m3) x 12 saat x 30 gün = 1260 m3 2021-ci ilin may ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 1,5 m3) x 12 saat x 30 gün = 864 m3 Cəmi: 3780 m3+ 1260 m3+ 864 m3 = 5904 m3 2022-ci ilin yanvar, mart və aprel aylarında materiallara sübut kimi əlavə edilmiş fotoların, həmçinin sənədlərdə qeyd edilən qaz qurğularının bu ünvana aid olmadığını və təsdiqedici sənədlərin mövcud olmadığını nəzərə alaraq hesabat aparılması məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il üzrə müvafiq Qərarını nəzərə alsaq qaz xəttinə qeyri- qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 5904 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 3704 m3-i x 0,20 manat = 740,80 manat, cəmi 960,80 manat. Abonentin qazdan qanunsuz istifadə halında qaz paylayıcısına dəymiş zərərin məbləği 960,80 manat məbləğində müəyyən edilə bilər. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilən Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 8-1 maddəsinə əsasən, Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iclasda iştirak edən tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona aktlar tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 5587,20 manat məbləğində borc tələb edilmişdi. Lakin məhkəmə iddiaçı tərəfindən təbii qazdan sayğacsız istifadə zamanı 5587,20 manat məbləğində borcun yaranmasını ağlabatan hesab etmir. Təqdim edilmiş aktlarla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X2”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının X2nın pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktlarda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Bununla yanaşı, lobarator baxış zamanı, qüsurun necə və hansı şəraitdə aşkar olunması əsaslandırılmamış, bu zaman abonentin iştirakı təmin olunmamışdır. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilən xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, baxış zamanı qaz qurğuları tarix və məkan göstərilməklə foto ilə qeydə alınmışdır. Məlum olmuşdur ki, ölçüləri təxminən 4x7 metr olan fərdi yaşayış evinin mətbəxində 1 ədəd PQ-3 tipli qaz plitəsi qaz xəttinə qoşuludur. Evdə açıq hava şəraitində 1 ədəd axımlı su qızdırıcısı olsa da, su qızdırıcısının qaz xəttinə qoşulmadığı, işlək vəziyyətdə olmadığı, müvəqqəti olaraq baxış keçirilməsi üçün quraşdırıldığı, evdə fərdi qaydada istilik xətləri və istilik radiatoru mövcud olduğu müəyyən edilmişdir. Bu baxımdan belə nəticəyə gəlmək olar ki, evin qızdırılması üçün kombi tipli su qızdırıcıda və mətbəxdə olan 1 ədəd PQ-3 tipli qaz plitəsində təbii qazdan istifadə olunur. Materiallardan məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz yaşayış massivində yerləşən fərdi yaşayış evində (abonent kodu- **********100141) 2021-ci ilin mart, aprel, may aylarında, 2022-ci ilin yanvar, mart, aprel aylarında qanunsuz olaraq təbii qazdan istifadəyə görə ümumilikdə 5587,20 manat məbləğində dəymiş ziyan hesablanaraq abonentin hesabına daxil edilmişdir. Materiallarda olan fotolar və sübutlar araşdırılarkən 2021-ci ilin mart, aprel və may aylarında istehlakçının qaz sayğacını çıxarmaqla qazdan birbaşa istifadə etməsi müəyyən edilsə də, 2022-ci ilin yanvar, mart və aprel aylarında materiallara sübut kimi əlavə edilmiş fotoların, həmçinin sənədlərdə qeyd edilən qaz qurğularının bu ünvana aid olmadığı müəyyən edilir. Abonent saldosunun təhlili zamanı belə məlum olur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixinədək dövr ərzində istehlakçı tərəfindən cəmi 21 manat məbləğində smart-kart tipli sayğaca ödəniş olunmuşdur. Bildirilir ki, 2023-cü ilin 25 iyun tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. İstehlakçı tərəfindən qazın talanmasında təqsirli olması müəyyən edildikdə, analogiya üzrə “X2”nın 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının mənzilində istifadə olunan qaz qurğularının maksimal saatlıq qaz sərfini, sutkada 12 saatdan çox olmayan işləmə müddətini, ilin mövsümü nəzərə almaqla qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: -1 ədəd PQ-3 tipli qaz plitəsi üçün maksimal qaz sərfiyyatı 0,9 m3 -1 ədəd kombi tipli su qızdırıcısı üçün maksimal qaz sərfiyyatı 2,6 m3, yay aylarında axımlı su qızıdırıcısı kimi istifadə olunduğu halda 1,5 m3 2021-ci ilin mart ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 2,6 m3) x 12 saat x 90 gün (3 ayda 1 dəfə baxışı nəzərə alaraq) = 3780 m3 2021-ci ilin aprel ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 2,6 m3) x 12 saat x 30 gün = 1260 m3 2021-ci ilin may ayında tərtib edilmiş akt üzrə: (0,9 m3 + 1,5 m3) x 12 saat x 30 gün = 864 m3 Cəmi: 3780 m3+ 1260 m3+ 864 m3 = 5904 m3 2022-ci ilin yanvar, mart və aprel aylarında materiallara sübut kimi əlavə edilmiş fotoların, həmçinin sənədlərdə qeyd edilən qaz qurğularının bu ünvana aid olmadığını və təsdiqedici sənədlərin mövcud olmadığını nəzərə alaraq hesabat aparılması məqsədəmüvafiq hesab edilmir. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə” 2021-ci il üzrə müvafiq Qərarınına əsasən qaz xəttinə qeyri- qanuni qoşulma halında hesablanan zərərin məbləği aşağıda göstərildiyi kimi hesablana bilər: 5904 m3 qaz həcminin 2200 m3-i x 0,10 manat = 220 manat, qalan 3704 m3-i x 0,20 manat = 740,80 manat, cəmi 960,80 manat. Abonentin qazdan qanunsuz istifadə halında qaz paylayıcısına dəymiş zərərin məbləği 960,80 manat məbləğində müəyyən edilə bilər. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən sayğacsız istifadəsinə görə ödəniləcək məbləğin 5587,20 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Fiziki şəxs olan istehlakçıların təbii qazdan sayğacsız istifadə edilməsini və istehlakçının təqsirli olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən mülki işə əlavə olunmuş foto şəkillərin həmin mənzilə məxsus olmaması da müəyyən olunmuşdur. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış 5587,20 manat məbləğində borc tələb etməsi qanunsuz və əsassızdır. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, iş materiallarında mövcud olan aktlara əsasən, təbii qazdan sayğacsız istifadə olunmasına görə 4626,40 manat (5587,20- 960,80= 4626,40) məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 4626,40 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 66,26 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. “Təbii X2nın pozulması haqqında” ******* saylı, xx.xx.2022- ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2022-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli, ******* saylı xx.xx.2021-ci il tarixli aktlara əsasən Bakı şəhər, Xəzər rayonu, Binə Sovxoz sahəsində yerləşən fərdi yaşayış evi (abonent kodu: **********00141 olan) üzrə abonent İddiaçı hesablanmış 4626,4 (dörd min altı yüz iyirmi altı manat, qırx qəpik) manat borc Cavabdeh tərəfindən silinsin. Cavabdehndən 66,26 (altmış altı manat, iyirmi altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7342/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7342/2025
09.12.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver