Məhkəmə qərarları › İş №2(011)-736/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-736/2025

13.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-736/2025 13.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Enerji X2 cəlb edilməklə) qarşı “borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 2 (abonent kodu: **********00120) ünvanı üzrə yazılmış olan 1.199,84 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 2 (abonent kodu:**********00120) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac onun adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laboratoriyaya göndərilmişdir. Laboratoriya rəyində qeyd edilmişdir ki, güya onlar sayğaca müdaxilə etmişlər və ona görə ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddiaya etiraz edərək, izahatında göstərmişdir ki, abonent saldosundan görünür ki, dəymiş ziyan 972 manatdır. Smart kardla istifadə zamanı abonentin ödənişləri az olmuşdur. Bu isə mümkün deyildir. 2018-ci ilin oktyabr ayında akt yazılmışdır və sayğac dəyişmişdir. Səbəbi odur ki, əvvəlki sayğaca müdaxilə olmuşdur. Bu ödənişlərdən də görünür. Yeni sayğac quraşdırıldıqdan sonra isə ödənişlər artmışdır. Göstərilənlərə əsasən, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Enerji X1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Sevinc Əsədova məxsus ünvan 1 ünvanında yerləşən evdə quraşdırılmış **********00120 abonent kodlu sayğaca baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx.xx.2018-ci il tarixli dövlət yoxlamasına əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı xx.xx.2018-ci il tarixli akta əsasən 9.720 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan İddiaçı məxsus **********00120 saylı abonentin saldosundan görünür ki, abonentin 2018-ci ilin oktyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 972 manat borcu mövcud olmuşdur. 2020-ci ilin noyabr ayında həmin məbləğ ödənişlərə silinmişdir və ayın sonuna borc 0 manat göstərilmişdir. Daha sonra 2024-cü ilin iyul ayı üçün -1037,80 manat məbləği “ödəniş” və “ayın sonuna qalıq” qrafasında göstərilmişdir. İş materiallarında olan “GASREP” vərəqindən görünür ki, İddiaçı 2020-ci ilin noyabr ayında 972 manat, 2024-cü ilin iyun ayında 66,1 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə QSN – 29/1710- 02023/1-21 saylı xx.xx.2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu deşilmişdir. Giriş və çıxış yivli birləşmələri korroziyaya uğrayıb. Göründüyü kimi, abonentə 2018-ci ilin dekabr ayı üçün hesablanmış borc 972 manat təşkil etmişdir. Daha sonra elektron qeydiyyat sistemlərinin dəyişilməsi səbəbindən həmin borc ümumi borc sıyahısından silinmişdir və 2024-cü ilin iyul ayına abonentdə mənfi -1037,80 manat borc hesablanmışdır. Bu hallar cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunur. “GASREP” vərəqi ilə müqayisə zamanı görünür ki, 2018-ci ilin dekabr ayı üçün hesablanmış borc 972 manat, 2024-cü ilin iyun ayında hesablanmış 66,1 manat borcun cəmi kimi 1037,80 manat abonentdən 2024-cü ilin iyul ayından etibarən tələb edilmişdir. Cavabdehin nümayəndəsinin izahatından görünür ki, 972 manat məbləği abonentin qaz sayğacına müdaxiləsi nəticəsində vurduğu ziyandır, 66,1 manat borc isə abonentin faktiki istifadə etmiş olduğu, lakin sayğacın elektron hissəsinin nasazlığı səbəbindən qeydə alınmayan qaz sərfiyyatının ödənişidir. Abonentin saldosundan görünür ki, iddia tələbini təşkil edən 1.119,84 manat borc – abonentin saldosu üzrə 2024-cü ilin sentyabr ayının sonuna olan borc məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi sübuta yetirilmədiyindən və sonuncu sayğacın işlək saxlanılması üçün cavabdehlik daşımadığından – 972 manat və 66,10 manat borc məbləğləri silinməli, qalan hissədə isə mübahisələndirilən borc qeydə alınmış faktiki istifadə edilən qaz sərfiyyatı ilə bağlı olduğundan –hissədə təmin edilməməlidir. Məhkəmədə işin halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana qaz sayğacında nasazlıq olduğuna görə itirilmiş qazın bərpası üçün hesabatlar aparılmış və “Təbii X4nın pozulması haqqında” ******* saylı xx.xx.2018-ci il tarixli akta əsasən 972 manat və 66,10 məbləğində borc hesablansa da, lakin göstərilən ünvanda abonent tərəfindən sayğaca müdaxilə olunması öz təsdiqini tapmamışdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktları cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən ******* saylı xx.xx.2018-ci il tarixli akta əsasən yazılmış 972 manat borc əsasında abonentin saldosuna 2024-cü ilin iyul ayında qeyd edilmiş 1037,80 manat borc (sayğacın elektron hissəsinin işləməməsi səbəbindən 2024-cü ilin iyun ayında hesablanmış 66,10 manat borc da nəzərə alınmaqla) abonentin hesabından silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30,38 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********00120) İddiaçı 2018-ci ilin oktyabr ayından 2024-cü ilin iyul ayınadək olan dövr üçün hesablanmış 1037,80 (bir min otuz yeddi manat səksən qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 30,38 (otuz manat otuz səkkiz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar