Məhkəmə qərarları › İş №2(011)-7374/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7374/2023

27.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7374/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı ünvan 1 ünvanına hesablanmış 5003.37 manat borcun cavabdehdən tutularaq iddiaçıya geri ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianın məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. O, məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, torpaq sahəsi ona atasından miras qalmışdır. Həmin ərazidə yay aylarında bibər əkilir və bunun üçün təbii qazdan istifadə edilmir. Atası sağ olduğu dövrdə bur cür hallar bar versə də, onun bunlardan məlumatı olmamışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları - X1 barəsində xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2020-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmiş, aktda təbii qazdan sayğacdankənar istifadə edildiyi qeyd edilmişdir ( xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2018-ci il tarixli ******* nömrəli, xx.xx.2020-ci il tarixli, ******* nömrəli, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”); - X2 abonent hesabından görünür ki, istehklaçının evində 4 gözlü qaz plitəsi quraşdırılmış, tərtib edilmiş aktlara əsasən 2018-ci ilin yanvar ayında 491,80 manat, fevral ayı üzrə 194,40 manat və mart ayı üzrə 194,40 manat məbləğində borc, 2020-ci ilin fevral ayı üzrə isə 756 manat məbləğində borc hesablanmışdır; - X3 abonent kodu üzrə 2018-ci ilin yanvar ayından 2023-cü ilin sentyabr ayınadək istifadə edilmiş təbii qazın sərfiyyatına görə 3532,55 manat məbləğində borc hesablanmış, borca görə cəmi 170 manat məbləğində ödəniş edilmişdir; - X3 abonent kodu üzrə 2023-cü ilin sentyabr ayına hesablanmış borcun məbləği 5011,77 manat təşkil etmişdir; - X4 xx.xx.2019-cu il tarixdə ölmüşdür (AZ-İİ saylı, 031151 saylı Ölüm haqqında şəhadətnamə); - “Elektron məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, İddiaçı X3 vərəsəsi hesab edilmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iddiaçı ərəfindən məhkəmədə verilmiş izahatlar və tərtib edilmiş aktlar əsasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda qeyri-qanuni kənar xətt vasitəsilə təbii qazdan istifadə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilat tərəfindən iddiaçı barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”ın tərtib edilməsi, akta əsasən dəymiş ziyanın cavabdehdən tələb edilməsi qanunidir. Bununla belə, məhkəmə iddiaçı tərəfindən təbii qazdan sayğacdan kənar istifadə edilməsi nəticəsində Cavabdehnə vurulan ziyanın 1636,6 manat məbləğində hesablanmasını ağlabatan hesab etmir. Belə ki, cavabdeh tərəfindən kənar xətt vasitəsilə təbii qazdan istifadə edildiyi 2018-ci ilin yanvar ayında aşkar ediləndən sonra, təkrar həmin əsasla “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların tərtib edilməsi qanunsuz olmuşdur. Odur ki, 2018-ci ilin fevral, mart ayları üzrə və 2020-ci ilin fevral ayı üzrə tərtib edilmiş aktlar üzrə hesablanmış 1144,80 manat borc məbləği əsassız hesab edilərək silinməlidir. İddia akta əsasən hesablanmış 491,80 manat məbləğində borcun silinməsi hissəsində isə əsassız hesab edilməlidir. Məhkəmə iddiaya qalan 3362,55 manat məbləğində borcun silinməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, qeyd edilən borc məbləği sərf edilmiş qazın dəyərinə görə yaranmış borcdur və iddia qeyd edilən hissədə təmin edilməməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, təmin edilmiş iddia tələbinə mütənasib olaraq hesablanmış məhkəmə xərcinə daxil olan 31,44 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00008) hesablanmış 1144,8 (min bir yüz qırx dörd manat, səksən qəpik) manat məbləğində borc silinsin. 31,44 (otuz bir manat, qırx dörd qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar