Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7376/2025 08.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3286,08 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, yaşadığı ünvanda qazdan kənar xətt vasitəsi ilə heç vaxt qanunsuz olaraq istifadə edilməmişdir. Ona yazılan borc qanunsuz və əsassızdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: Abonentin saldosundan görünür ki, **********01200 saylı abonent kodu İddiaçı adınadır. 0252916 saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacsız qeyri-qanuni birləşmə barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8208 m3 olması müəyyən edilmişdir. 0290587 saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacsız qeyri-qanuni birləşmə barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8208 m3 olması müəyyən edilmişdir. 0292895 saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacsız qeyri-qanuni birləşmə barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 4896 m3 olması müəyyən edilmişdir. 0293232 saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacsız qeyri-qanuni birləşmə barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 2736 m3 olması müəyyən edilmişdir. 0343887 saylı aktdan görünür ki, Cavabdeh İB tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş, aktda sayğacsız qeyri-qanuni birləşmə barədə qeyd edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, ******* saylı akta əsasən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 7344 m3 olması müəyyən edilmişdir. Abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, 2019-cu ilin dekabr ayı üzrə 820,80 manat, 2020-ci ilin noyabr ayı üzrə 820,80 manat, 2021-ci ilin yanvar ayı üzrə 489,60 manat, fevral ayı üzrə 273,60 manat, mart ayı üzrə 244,80 manat, 2022-ci ilin fevral ayı üzrə 881,28 manat olmaqla, ümumilikdə 3530,88 manat məbləğində akt borc hesablanmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1182 saylı, 01 dekabr 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən iz, zədə və əlavə xətt aşkar edilməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Tərtib edilmiş aktlarda abonentin aktı təsdiqləməkdən imtinası barədə qeyd edilmişdir. Aktların abonentə rəsmi qaydada təqdim edilməsi isə sübut olunmur. İş üzrə təyin edilmiş məhkəmə trasoloji ekspertizasının 3/1182 saylı, 01 dekabr 2025-ci il tarixli rəyinə əsasən isə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş qaz sayğacı və ona bərkidilmiş giriş-çıxış borusunda hər hansı kənar müdaxilə nəticəsində yarana bilən iz, zədə və əlavə xətt aşkar edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, aktlarda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən cavabdehin həmin aktlara əsasən hesabladığı 3286,08 manat borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu: **********01200) hesablanmış 3286,08 manat məbləğində borc silinsin. 52,86 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. 110 manat ekspertiza xərci Cavabdehndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-7376/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7376/2025
08.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver