Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7400/2020 25.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, İddiaçı cavabdeh “Cavabdeh” İstehsal Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi X4 cavabdeh “Cavabdeh” İstehsal Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Cavabdeh” İB tərəfindən tərtib edilmiş olan xx xxxx 2020-ci il tarixli aktın ləğv edilməsi, həmin akt əsasında ona hesablanmış 216 manat borcun əsassız hesab edilərək silinməsi və sayğac dəyərinin istənilməsinin qanunsuz hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, X1 Arif İlal oğlunun adından iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və ərizəni onun etibarnamə üzrə nümayəndəsi qismində imzalamışdır. Lakin X1 Arif İlal oğlunun etibarnamə üzrə nümayəndəsi olmasına dair sənədi iddia ərizəsinə əlavə etməmişdir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, X1 Arif İlal oğlunun etibarnamə üzrə nümayəndəsi olmasını təsdiq edən sənədi iddia ərizəsinə əlavə etmədiyindən, iddia ərizəsi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Beləliklə məhkəmə qeyd olunanları nəzərə alaraq belə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsi tərtib edilərkən qanunvericiliyin tələbi pozulduğundan, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə verilmədiyindən iddia ərizəsini geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 150, 152.1.5, 152.2 və 152..4-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh “Cavabdeh” İstehsal Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7400/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7400/2020
25.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver