Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7403/2022 14.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X7, ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-007 nömrəli (KOD ********) şəhadətnamədə, mülkiyyətçilərin adları qeyd olunmuş qrafanın 2-ci sətrində X1 qeyd olunmuş şəxsin Ərizəçi1 olması, 3-cü sətrində X2 qeyd olunmuş şəxsin Ərizəçi3 olması və 4-cü sətrində X3 qeyd olunmuş şəxsin Ərizəçi2 olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçilərə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası MPM-nin 307.2-ci maddəsi məhkəmə tərəfindən müəyyən edilən hüquqi faktların siyahısını təsbit etmişdir. Həmçinin MPM-nin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçilər tərəfindən qeyd edilmiş faktın müəyyən edilməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsində nəzərdə tutulmamışdır. Eyni zamanda ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçilərə nə məqsəd üçün lazım olduğu göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının və ya ərizəçinin tələbi dəqiq göstərilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən edilmiş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hesab edirəm ki, ərizəçilər xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etsələr də, həmin hüquqi faktın müəyyən edilməsi mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmadığından, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçilərə nə məqsəd üçün lazım olduğu göstərilmədiyindən ərizə geri qaytarılmalıdır. Adı çəkilən Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Ərizəçilər Ərizəçi1, Ərizəçi3 və Ərizəçi2 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçilərə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7403/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7403/2022
14.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver