Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7425/2024 29.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 12113,28 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Cavabdeh İB-yi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni qəsəbə ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinə müqavilə bağlanmış qaz xətti üzərinə G-4 markalı, **********4 zavod nömrəli qaz sayğacı quraşdırılmış və **********04533 saylı abonent kodu verilmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni qəsəbə ünvanında yerləşən ona məxsus fərdi yaşayış evinin qaz xəttinə baxış keçirilmişdir. Baxış zamanı sayğacsız təbii qazdan qeyriqanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 8812,8 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 734,40 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 734,40 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 1468,80 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edərək əsassız olaraq hesab koduna 362,88 manat dəymiş ziyan hesablanmışdır. Bundan başqa xx.xx.2020-ci il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən yenidən qeyd olunan ünvanın qaz xəttinə baxış keçirilmiş, təbii qazdan qeyri-qanuni istifadə olunması barədə akt tərtib edərək əsassız olaraq hesab koduna 259,20 manat dəymiş ziyan hesablanmışdır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddianın əsassız olduğunu və ona görə təmin edilməməsini xahiş etdi. İşin halları İstehlakçı İddiaçı barəsində xx.xx.2022-ci il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt, xx.xx.2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt, xx.xx.2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt, xx.xx.2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt, xx.xx.2023-cü il tarixində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Aktlarda təbii qazdan sayğacsız qeyri qanuni birləşmə ilə istifadə edildiyi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 8812,8 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 734,40 manat, xx.xx.2023cü il tarixli ******* saylı akta əsasən 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 1468,80 manat, xx.xx.2023-cü il ******* saylı akta əsasən 362,88 manat məbləğində borc iddiaçıya hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun ( 01 may 2022-ci il tarixli 486-VİQD nömrəli Qanunu ilə təsdiq edilmiş redaksiyasında) Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatları və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə və təbii qazdan qeyri-qanuni istifadə halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən 8812,8 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 734,40 manat, xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən 1468,80 manat, xx.xx.2023-cü il ******* saylı akta əsasən 362,88 manat, ümumilikdə 12113,28 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB-i tərəfindən hesablanmış yuxarıda qeyd edilən borclar silinməlidir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində Cavabdeh İB tərəfindən xx.xx.2020-ci il tarixli akt üzrə 259,20 manat məbləğində borcun hesablandığı qeyd edilsə də, həmin məbləğ 12113,28 manat məbləğində borcun silinməsinə dair iddia tələbinə daxil edilməmişdir. Digər tərəfdən, təqdim edilmiş abonentin saldosundan 2020-ci ilin aprel ayı üzrə 259,20 manat məbləğində borcun mövcud olduğu da müəyyən edilmir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, təmin edilmiş iddia tələbinə mütənasib olaraq hesablanmış məhkəmə xərcinə daxil olan 126,34 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, yeni qəsəbə ünvan üzrə İddiaçı (abonent kodu **********00186) xx.xx.2022-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı akta əsasən hesablanmış 8812,8 manat, (səkkiz min səkkiz yüz on iki manat səksən qəpik), xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən hesablanmış 734,40 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat, xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən hesablanmış 734,40 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat, xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən 1468,80 (bir min dörd yüz altmış səkkiz manat səksən qəpik) manat, xx.xx.2023-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akta əsasən hesablanmış 362,88 (üç yüz altmış iki manat səksən səkkiz qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 126,34 (yüz iyirmi altı manat otuz dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7425/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7425/2024
29.11.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver