Məhkəmə qərarları › İş №2(011)-7440/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7440/2024

15.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7440/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yaşayan 12 aprel 1995-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, övladı 12 aprel 1995-ci il təvəllüdlü X8 Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda iddiaçı ilə birgə daimi yaşayır. 2023-cu ildə ona “baş beynin qan dövranının hemorragik tipli pozulması, Sağ alın payının beyindaxili hematoması, Meningoensefalit, Hidrosefaliya, Ağciyərin dəqiqləşdirilməmiş obstruktiv xəstəliyi, Cərrahi əməliyyatdan sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. X2 vəziyyəti olduqca ağırdır. Dəfələrlə xəstəxanada stasionar şəraitdə müalicə olunmuş, lakin sağlamlığı bərpa olunmamışdır. Oğlu xəstəlik səbəbindən, danışa bilmir, hərəkət edə bilmir, əmək qabiliyyətsizdir və kənar şəxsin köməyinə və qulluğuna ehtiyacı vardır. Ərizəçi bildirir, övladı X8 özü-özünü müstəqil idarə etmək iqtidarına malik deyil, etdikləri hərəkətlərin mənasını dərk etmir. Oğlunun hazırki psixi vəziyyəti ilə əlaqədar müstəqil şəkildə öz hüquqlarını həyata keçirmək iqtidarında deyil. X8 faktiki olaraq fəaliyyət qabiliyyəti olmadığından onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Tərəflərin izahatları: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materialında olan AA2065640 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.1974-cü il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.1995-ci il tarixdə anadan olmuş, ana adı qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika X1 Hüquqi Şəxs tərəfindən verilən 1290 nömrəli xəstənin stasionar tibbi kartından çıxarışdan (epikriz) görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X3 alın-gicgah nahiyəsində ekstraaksial həcmli törəməsi, cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. İş materiallarında olan, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Respublika X1 Hüquqi Şəxs tərəfindən verilən 2849 nömrəli xəstənin stasionar tibbi kartından çıxarışdan (epikriz) görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X6 Baş beynin qan dövranının hemorragik tipli pozulması, sağ alın payının beyindaxili hematoması, meningoensefalit, hidrosefaliya, ağciyərin dəqiqləşdirilməmiş obstruktiv xəstəliyi, cərrahi əməliyyatdan sonrakı vəziyyət diaqnozu qoyulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilən Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat vərəqəsindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X6 qoyulan diaqnozdan görünür ki, digər subaraxnoidal qansızma, baş beyn qan dövranının hemorragik pozuntusu sağ alın payının beyindaxili hematoması c/ə.dan s/v qeyd olunmuş, birinci dərəcə əlilliyi müddətsiz olaraq, əmək qabiliyyətsiz kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 2805 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən müayinə əsasında belə nəticəyə gəlinmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü X5 baş beynin üzvi patalogiyası nəticəsində yaranmış vegegativ vəziyyət olaraq qiymətləndirilmiş, öz hərəkətlərini şüurlu ölçüb – biçmək, onları idarə etmək iqtidarında olmadığından, X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X4 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar