Məhkəmə qərarları › İş №2(011)-7463/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7463/2021

30.09.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7463/2021 30.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əvvəllər Cavabdeh1 mülkiyyətində olan, hazırda isə Cavabdeh2 adına qeydiyyata alınmış Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 12 saylı evin 57 saylı mənzili üzərində atası- X1 ½ payının müəyyən edilməsi, həmin mənzillə bağlı Cavabdeh1 ilə bacısı Cavabdeh2 arasında 18 saylı Notariat Ofisində 15.07.2020-ci il tarixdə 4Ə-204 nömrəli reyestrlə qeydə alınmış Bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində hüquqlarının qeydiyyata alınmasını və çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsində atasının mənzil üzərində ½ payının müəyyən edilməsi, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, bağışlama müqaviləsi əsasında verilmiş DƏDRX-da hüquqların qeydiyyata alınmasının və çıxarışın ləğv edilməsi barədə ayrı-ayrı tələblər irəli sürülmüş, həmin tələblər cavabdehlər Cavabdeh1, Cavabdeh2 yönəlməklə və 18 saylı Notariat Ofisi 3-cü şəxs qismində göstərilməklə bir iddia ərizəsində birləşdirilmişdir və hansı cavabdehin hansı tələbi yerinə yetirməli olduğu iddiaçı tərəfindən aydın göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsində bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildiyindən və onların hər birinə yönələn tələbin nədən ibarət olması göstərilmədiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən, ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizə, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Məhkəmə, həmçinin qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268 və 309-cu maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “əmlakda payın müəyyən edilməsi və s.” barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar