Məhkəmə qərarları › İş №2(011)-7536/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7536/2022

20.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7536/2022 20.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi, ilə məhkəməyə müraciət edərək yaşadığı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 6A ünvanına (abonent kodu: **********00270) hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 6A (abonent kodu: **********00270) ünvanı üzrə abonent istifadəsi ona məxsusdur. Bir müddət öncə Cavabdeh nümayəndələri evində qeyri-qanuni, yəni sayğaca müdaxilə edilməsini bəhanə edərək cərimə yazmışlar. Halbuki evində sayğaca heç bir kənar müdaxilə olmamışdır. Sübut kimi heç nə təqdim edilməmiş, yalnız abonentin saldosu və aktın surəti verilmişdir. Həmin evdə yaşadığı müddətdə kifayət qədər qaz istifadəsinə görə vəsait ödəmişdir. Cavabdeh İB-nin əməkdaşları tərəfindən köhnə qaz sayğacı aparıldıqdan bir müddət sonra məlumat verdilər ki, sayğacda problem olub və bununla bağlı borc ödəməlidir. Qaz İdarəsinin əməkdaşları qaz sayğacının zədələndiyini və bu səbəbdəndə əlavə sərfiyyat haqqı kimi borcun ödənilməsini tələb elmişlər. Həmin evdə təbii qazdan istifadəyə görə heç zaman problem olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini və təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 6A ünvanında qaz xəttinin üzərində quraşdırılmış İtron G-4 markalı **********420 nömrəli qaz sayğacı G-4 markalı 1302AZ**********40 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. İş materiallarına əlavə olunmuş X2 xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 6A ünvanında G-4 markalı 1302AZ**********40 nömrəlı sayğaca baxış keçirilmiş, sayğacın çıxış plasmas borusunun deşildiyi müəyyən edilərək akt tərtib olunmuş, dəymiş ziyan hesablanaraq, ödənilməsi uçun qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-05517-2 nömrəli aktına əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 6A ünvanda quraşdırılmış G-4 markalı 1302AZ**********40 nömrəli sayğacın çıxış plastmas borusu deşildiyi müəyyən edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cəmi 4320 m3 itirilmiş qazın bərpa edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş “Qaz sayğacının çıxarılması, quraşdırılması va istismara qəbulu haqqında” ******* saylı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 6A ünvanında qaz xəttinin üzərində quraşdırılmış İtron G-4 markalı **********42 nömrəli qaz sayğacı G-4 markalı 40029574 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. İş materiallarına əlavə olunmuş X2 xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 6A ünvanında G-4 markalı **********420 nömrəlı sayğaca baxış keçirilmiş, sayğacın çıxış plasmas borusunun deşildiyi müəyyən edilərək akt tərtib olunmuş, dəymiş ziyan hesablanaraq, ödənilməsi uçun qanunvericiliyə uyğun müvafiq tədbirlər icra olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, Sənaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli 29/1710-00462-1 nömrəli aktına əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 6A ünvanda quraşdırılmış G-4 markalı **********420 nömrəli sayğacın çıxış plastmas borusu deşildiyi müəyyən edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılaraq cəmi 4320 m3 itirilmiş qazın bərpa edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə borc 1036,80 manat təşkil edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 18 nömrəli qərarının 2.3-cü bəndinə əsasən, həmin əlavənin cədvəl bölməsinin 4.1.1-ci və 4.1.2-ci şərtlərində illik istehlak həcmi dedikdə təbii qazın bir təqvim ili ərzindəki istehlak həcmi nəzərdə tutulur və həmin tariflər xx.xx.2017ci il tarixdən qüvvəyə minir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). Həmin qaydaların 6.1-ci bəndinə əsasən qaz paylayıcısı tərəfindən aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq müraciəti olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğın və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusunun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərfindən təqdim edildikdən sonra bir ay müddətində tam ödənilmədikdə, qaz paylayıcısı ilə müqavilə bağlanmadıqda, məhkəmənin qərarı ilə. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçının evinə quraşdırdığı sayğacın yararsız olmasını müəyyən edən cavabdeh, xx.xx.2022-ci il tarixli ******* saylı və xx.xx.2022-ci il tarixli ******* saylı aktlarına əsasən istehlakçıya qaz sərfiyyatına görə dəymiş ziyan hesablanmalı olmasını müəyyən etmiş, ziyanın 1036,80 manat olmasını müəyyən etmişdir. Göründüyü kimi, iddiaçının evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürmüş, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə pul vəsaiti tələb etmişdir. Ona görə də məhkəmə iddiaçının hesablanan borcun silinməsinə dair tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilməli olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Massiv 1, ev 6A ünvanına (abonent kodu: **********00270) qaz itkisinə görə hesablanmış 1036,80 (bir min otuz altı manat 80 qəpik) manat borcun silinməsi cavabdeh X3 həvalə edilsin. Cavabdeh Azəriqaz İstehsalat Birliyindən 30,36 (otuz manat 36 qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar