Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7564/2021 03.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 30 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********79545 olan Samsung Galaxy A8 Plus markalı telefon üçün 159 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu; 14 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62656 olan X1 8 markalı telefon üçün 153 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu; 10 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, Samsung markalı paltaryuyan üçün 874 manat ödənilməmiş hissə, 84 manat cərimə borcu olmaqla, ümumilikdə 1.300 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 30 avqust 2019-cu il, 14 dekabr 2019-cu il və 10 yanvar 2020-ci il tarixli alğısatqı müqavilələrinə əsasən, cavabdeh Samsung Galaxy A8 Plus markalı telefon, X1 8 markalı telefon və Samsung markalı paltaryuyan almış və nəticədə 1.300 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 30 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdehin alğı-satqı qiyməti 482 manat olan Samsung Galaxy A8 Plus markalı telefon üçün ümumilikdə 174 manat olmaqla 159 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu; 14 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 516 manat olan X1 8 markalı telefon üçün ümumilikdə 168 manat olmaqla 153 manat ödənilməmiş hissə, 15 manat cərimə borcu və 10 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən, alğı-satqı qiyməti 1.104 manat olan Samsung markalı paltaryuyan üçün 958 manat olmaqla 874 manat ödənilməmiş hissə, 84 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 916 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Samsung Galaxy A8 Plus markalı telefon, X1 8 markalı telefon və Samsung markalı paltaryuyan almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 09 sentyabr 2021-ci il tarixə ümumilikdə 1.300 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (dəbbə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İş materialları ilə müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən sonuncu müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən yuxarıda qeyd edilən müqavilələr üzrə ümumilikdə 1.300 manat pul məbləği iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. 30 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 159 (bir yüz əlli doqquz) manat, 15 (on beş) manat cərimə borcu; 14 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 153 (bir yüz əlli üç) manat, 15 (on beş) manat cərimə borcu və 10 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 874 (səkkiz yüz yetmiş dörd) manat, 84 (səksən dörd) manat cərimə borcu olmaqla, cəmi 1.300 (min üç yüz) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7564/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7564/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver