Məhkəmə qərarları › İş №2(011)-7578/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7578/2021

20.12.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7578/2021 20.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh İB qarşı əsassız hesablanmış 321 manat borcun silinməsi və ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Y.Dağlı 3 saylı evdə daimi qeydiyyatda olmaqla yaşayır. Bundan başqa, ünvan 1 saylı evdə iddiaçının mülkiyyətindədir. Daimi işi Bakı şəhərində olduğuna görə, Quba rayonunda yerləşən evində ancaq yay aylarında istifadə edir. Quba rayonu, 1-ci Nüqədi Musabəyov küçəsi 88 saylı evinə 27.01.2016-cı ildə Elster G-4T Diafraqma tipli sayğac quraşdırılmışdır. Qaz sərfiyyatına görə heç vaxt borcu olmamışdır. Sonuncu dəfə 2020-ci ilin iyul ayında qaz sərfiyyatına görə heç vaxt borcu olmamışdır. Sonuncu dəfə 2020-ci ilin iyul ayında qaz sərfiyyatına görə 55 manat ödəniş etmişdir. Həmin vaxt cəmi 25 manat borcu qalmışdır. Daha sonra Bakı şəhərində qayıtdığına görə qazdan istifadə etməmişdir. Lakin Cavabdeh İB-dən daxil olan bildirişə əsasən quya iddiaçının 321 manat məbləğində borcu yaranmışdır. Halbuki, 2020-ci ilin avqust ayından sonra Quba rayonunda yerləşən evində yaşayış olmamışdır. Belə ki, cavabdeh idarənin ərazi əməkdaşları tərəfindən təkcə iddiaçıya məxsus qaz sayğacına deyil, ümumiyyətlə həmin ərazidə olan sayğaclar üzrə kütləvi borclar yazılır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsi xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaət gəlir ki, iddia qismən əsaslı hesab edilərək qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarından olan Cavabdeh İB tərəfindən təqdim edilmiş 09.09.2020-ci il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, İddiaçı təbii qaz sərfiyyatına görə qalıq borcu 25,69 manat təşkil edir. İş materiallarında olan olan İddiaçı məxsus abonent saldosundan görünür ki, Cavabdeh İB tərəfindən təqdim edilmiş 25.07.2021-ci il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, İddiaçı təbii qaz sərfiyyatına görə qalıq borcu 321,09 manat təşkil edir. Beləliklə də məhkəmə prosesi zamanı, müəyyən edilmişdir ki, iddiaçı tərəfindən istifadə edilmiş qaz sərfi hər ay istifadəsində olan qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilmiş və dəyəri hesablanmışdır. İddiaçı tərəfindən müəyyən məbləğlərdə ödənişlər edilsə də, Cavabdeh tərəfindən iddiaçının 321,0 manat məbləğində qalıq borcu olduğu iddia edilmiş və həmin məbləğin ödənilməsinə dair bildiriş-xəbərdarlıq iddiaçıya təqdim edilmişdir. Halbuki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlaçıya hesab təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol vermiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmarımasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından qazın sərfiyyatına görə hesablanmış borcun əsaslı olduğunu sübut etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qaz sayğacınınn göstəricilərinə əsasən hesablanmamış, daha əvvəl hər hansı bir sənəddə öz əksini tapmamış 271,0 manat məbləğində qalıq borcunun əsasını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın sərfiyyatına görə əlavə olaraq hesablanmış borcun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 271,0 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən 20 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00880) İddiaçı qaz sərfiyyatına görə hesablanmış 271 (iki yüz yetmiş bir) manat məbləğində borc silinsin. Ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat "Azəriqaz" İB-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar