Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7596/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “qaz xətti ilə təmin edilməsi üşün texniki şərtin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “qaz xətti ilə təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası DNŞ-nin Cavabdeh imtinasının əsassız hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən şəxsi mülkiyyətində olan fərdi yaşayış evinə qaz çəkilməsi üçün texniki şərtin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində fərdi yaşayış evi inşa etdirərək ailəsi ilə həmin evdə fasiləsiz yaşayır. Həmin ev inşa olunub orada yaşadığı vaxtdan kommunal xidmətlərdən (işıq və su) istifadə edir. Sonradan həmin yaşayış massivi Cavabdeh İB tərəfindən tam qazlaşdırılmışdır. İddiaçıya da xx.xx.2020-ci il tarixdə qaz xəttinin çəkilməsi barədə “razılaşma protokolu” təqdim etmişlər. Lakin həmin vaxt iddiaçı məzuniyyətdə olduğu üçün iddiaçının yaşadığı fərdi yaşayış evinə qaz xətti çəkilməmişdir. Bütün qonşular Cavabdeh İB tərəfindən qazla təmin olunmuşdur. Qaz xətti hasarın yanından keçir, heç bir əlavə xərcə ehtiyac yoxdur. Dəfələrlə “ASAN” Kommunala müraciət etsə də, sənədlərini qəbul etməmişlər. Bundan sonra iddiaçı yenidən istifadəsində olan fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdeh 20 avqust 2025-ci il tarixli 14-2/2-F-5849-5/2025 qeydiyyat nömrəli məktubla iddiaçıya imtina vermiş, imtinasını tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulmasının AR Nazirlər Kabinetinin 30 avqust 2023-cü il tarixli 297 nömrəli qərarı ilə təsdiqlənmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcminin alınması Qaydası” ilə tənzimlənməsi, həmin qaydaların 1.11 yarımbəndinə görə texniki şərtlərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanması və həmin Qaydaların 1.2.2 yarımbəndinə görə sözügedən fərdi yaşayış evinin qazlaşdırılması üçün texniki şərtin verilməsi ilə əlaqədar “ASAN Xidmət” mərkəzinə müraciət edilməyi ilə əsaslandırmışdır. Pirşağı İcra nümayəndəsinin verdiyi arayışdan da görünür ki, iddiaçı qeyd edilən fərdi yaşayış evində qeydiyyatsız yaşayır. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli Daşınmaz Əmlakın Texniki Ekspert Qiymətləndirmə rəyindən də görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində iddiaçıya məxsus fərdi yaşayış evi şəhərsalma qaydalarına tam riayət olmaqla inşa edilib və layihələndirilib. Həmin layihədə iddiaçıya məxsus fərdi yaşayış evinin olmasını Pirşağı Bələdiyyəsi də öz möhürü ilə təsdiq edib. Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş arayışlardan da görünür ki, iddiaçı istifadəsində olan əmlaka və torpağa görə vergi ödəyicisidir. "xxxx" ASC tərəfindən verilmiş müqavilədən də görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində iddiaçıya məxsus fərdi yaşayış evinə su sayğacı quraşdırılıb və iddiaçı həmin kommunal xidmətdən bu gün də istifadə edir. "xxxx" ASC tərəfindən verilmiş müqavilədən də görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində iddiaçıya məxsus fərdi yaşayış evinə işıq sayğacı quraşdırılıb və iddiaçı həmin kommunal xidmətdən bu gün də istifadə edir. Tərəflərin mövqeləri: İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, eyni zamanda qeyd etmişdir ki, fərdi yaşayışın evinin yerləşdiyi torpaq sahəsini 2007-ci ildə alıblar, lakin torpağa dair çıxarış almaq mümkün olmamışdır. 2014-cü ildə isə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində fərdi yaşayış evi tikərək orada yaşamışlar. Fərdi yaşayış evinin həmin ünvanda yerləşməsi Pirşağı Bələdiyyəsi tərəfindən verilmiş arayışla da təsdiq olunur.Həmin fərdi yaşayış evinə su və işıq xətti çəkilib. Həmin ünvanda qonşuluqda yerləşən digər fərdi yaşayış evlərinin hər birinə qaz xətti çəkilib. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Bakı şəhəri Pirşağı Bələdiyyəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 235 nömrəli arayışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən əmlak və torpaq sahəsi İddiaçı istifadəsindədir. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə imzalanmış AK-1/0237-20 qeydiyyat nömrəli razılaşma protokolunun surətindən görünür ki, İddiaçı fərdi yaşayış evinin qazlaşdırılmasının Razılaşma protokolunda göstərilən qaydada həyata keçirilməsinə etirazı yoxdur. “İri şəhərlərin X2 Xidməti” PHŞ ilə İddiaçı arasında imzalanmış su təchizatı və tullantı suların axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində ünvanında yerləşən yaşayış evində istehlakçının istifadə etdiyi içməli suyun və axıdılmış tullantı sularının ödəniş şərtləri, tərəflərin hüquq və öhdəlikləri razılaşdırılmışdır. Cavabdeh İB tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2025-ci il tarixli, 14-2-2/2-F-5849- 5/2025 saylı məktubdan görünür ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliyə istinad edilməklə İddiaçı ünvanına qaz xəttinin quraşdırılmasından imtina edilmişdir. İşin müəyyən edilən halları: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən torpaq sahəsində 2014-cü il tarixdə fərdi yaşayış evi inşa etmişdir. İddiaçının fərdi yaşayış evinə dair mülkiyyətini təsdiq edən sənədi mövcud deyil. İddiaçı Fərdi yaşayış evinə qaz sayğacının quraşdırılması barədə Cavabdeh İB-nə müraciət etmiş, Cavabdeh İB “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun xx.xx.2023-cü il tarixindən qüvvəyə minmiş dəyişikliyinə istinad etməklə yaşayış evinin qaz sayğacınn quraşdırılmasından imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı yaşayış evinin qaz xətti təmin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası Maddə 26, İİ hissə. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, Maddə 98. Qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Maddə 149, İİİ hissə. Qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 74.1. Bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Maddə 80.4 Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 8.0.10.2. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaqsahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab edilir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2.1 Bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydaları Maddə 1.11 Qaz paylayıcısı bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır. Maddə 1.2 Texniki şərt - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə işin mahiyyəti ilə bağlı ilk olaraq qeyd edir ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin özbaşına tikili olması, eyni zamanda həmin tikilinin yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olmaması mülki işin mübahisəsiz halıdır. Eyni zamanda məhkəmə hesab edir ki, İddiaçı belə iddia irəli sürməyə subyektiv hüququ olsa da, həmin iddianın təmin olunması üçün hüquqi əsası yoxdur. Məhkəmə qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbində fərdi yaşayış evinə qaz çəkilməsi üçün texniki şərtin verilməsini tələb etdiyi üçün, iddia tələbinə mübahisənin hüquqi mahiyyətinə uyğun olaraq tikilinin qazpaylayıcı şəbəkəyə qoşulması ilə bağlı yaranan hüquq münasibətləri baxımından da qiymət verilməlidir. Belə ki, qanunvericiliyin tələbinə əsasən yaşayış sahəsinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün həmin tikinti obyektinə mülkiyyət və ya digər əşya hüququ əsasında sahiblik edilməlidir. Özbaşına tikililərə isə mülkiyyət və digər əşya hüquqları mövcud olmur. Həmçinin, qanunvericilik birbaşa olaraq özbaşına tikililərə münasibətdə onların qazpaylayıcı şəbəkəyə qo şulmasını qadağan etmişdir. İddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Yeni yaşayış massivində yerləşən fərdi yaşayış evi də özbaşına tikili olduğundan və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun olmasını təsdiq edən hüquqmüəyyənedici sənədlər olmadığından, həmin yaşayış sahəsinin qazpaylayıcı şəbəkəyə qoşulması qanunvericiliklə istisna olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçının yaşadığı tikilinin qazlaşdırılması üçün istehlakçı ilə müqavilənin bağlanmasından Cavabdeh İB-nin imtina etməsi əsaslı olmuşdur. Məhkəmə həmçinin izah edir ki, sözügedən tikiliyə dair mülkiyyət hüququ ilə bağlı hüquqmüəyyənedici sənədlər alındıqdan sonra, mülkiyyətçi tikilinin qazlaşdırılması üçün yenidən müraciət etmək hüququna malkdir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “qaz xətti ilə təmin edilməsi üşün texniki şərtin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №2(011)-7596/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7596/2025
15.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver