Məhkəmə qərarları › İş №2(011)-76/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-76/2024

11.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-76/2024 11.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Elchieva Durdananın Cavabdeh MMC-yə qarşı “X6nin, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı1 ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li X6 eyni zamanda iddiaçı Elchieva Durdana ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır.

2. X6nin 1.1-ci bəndinə görə Lizinq verən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakı satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə görə Lizinq alanın ilkin öhdəliyi 130000 manat müəyyən edilir. Daşınmaz əmlakın alqı-satqı müqailəsinin 1-ci bəndinə görə Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 115.4 kv.m olan mənzili satıcı Elchieva Durdanadan alıcı Cavabdeh MMC İddiaçı1 lizinqə vermək üçün alır.

3. Belə ki, İddiaçı1 mənzil almaq yox, pul məbləği lazım olmuşdur. O, bu məqsədlə cavabdehə müraciət etmiş, lakin Cavabdeh MMC lizinq təşkilatı olduğundan Rəfael İbrahimova təklif edilmişdir ki, formal olaraq lizinq formasında sənədləşmə apararsa ona pul vəsaiti verə bilərlər. Bunun üçün mülkiyyətində daşınmaz əmlak olan şəxslə alqı-satqı müqaviləsi bağlanmalı, həmin daşınmaz əmlak Lizinq tərəfindən alınmalı, bundan sonra pul vəsaiti verilə bilər. Bu məqsədlə iddiaçı Elchieva Durdananın mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, ünvan 1 caavbdeh Cavabdeh MMC tərəfindən guya alınaraq İddiaçı1 guya lizinqə verilmişdir. Eyni zamanda Cavabdeh MMC ilə İddiaçı1 arasında da X6 bağlanmış və cavabdeh iddiaçıya 130000 manat məbləğində pul vəsaiti vermişdir. Həmin vəsaitin 13000 manatı lizinq təşkilatı tərəfindən bu formal alqı-satqı və lizinq müqavilələrinin bağlanması, İddiaçı1 pul vəsaiti verilməsi işinin təşkili üçün alınmışdır. İddiaçı1 117000 manat pul verilmişdir. İddiaçı1 lizinq təşkilatına 2020-ci ilin mart ayınadək 21200 manat pul vəsaiti ödəmişdir.

4. Beləliklə, iddiaçı Elchieva Durdana ilə Cavabdeh MMC arasında bağlanmış alqısatqı müqaviləsi alqı-satqı niyyəti ilə bağlanmamış, alqı-satqı predmeti olan daşınmaz əmlak İddiaçı1 lizinqə verilməsi niyyəti ilə alınmamış, eləcə də İddiaçı1la Cavabdeh MMC arasında bağlanmış X6 lizinq münasibətləri yaratmaq niyyəti ilə bağlanmamışdır.

5. Qeyd edilənlərə əsasən həmin müqavilələrin etibarsız hesab edilməsi və tərəflərin bir-birlərindən aldıqları əmlakların geri qaytarılması xahiş edilmişdir. İddiaçının tələbi:

6. İddiaçı Elchieva Durdana ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və İddiaçı1 ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li X6nin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik satqı müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

8. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X5 xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X5 ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir.

9. xx.xx.2023-cü il tarixdə iddiaçılar Elchieva Durdana və İddiaçı1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən iddiaçı Elchieva Durdana ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, İddiaçı1 ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li X6nin və X5 ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli zaminlik müqaviləsinin etibarsız sayılmasına, həmçinin Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, ünvan 1 ünanında yerləşən mənzilin Cavabdeh MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1567/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadına əsasən İddiaçı1, X2 və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən verilmiş şikayətlər təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı İddiaçı1, X2 və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Durdana Elchievanın nümayəndəsinin (vəkilinin) şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı Durdana Elchievaya aid hissədə ləğv olunmuş və mülki iş onun “X6nin etibarsız hesab edilməsi” tələbinə (digər tələbi ilə birlikdə) mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

Cavabdehin iddiaya münasibəti:

11. Cavabdeh tərəfindən heç bir yazılı etiraz daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

12. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı Elchieva Durdana öz izahatında qeyd etmişdir ki, onun evinə baxış keçirilərkən onların məqsədini bilməmiş, sadəcə məlumat vermişlər ki, “lizinq şirkətindən gəliblər və evə baxış keçiriləcəklər”. O, düşünmüşdür ki, mənzilə baxış girov qoyulmaq üçündür. İddiaçı qeyd etmişdir ki, Faktor Lizinqin nümayəndələri ilə heç bir ünsiyyətdə olmamış, həyat yoldaşı da evdə olmuşdur, Rafael müəllim həmin vaxt onların mənzilində olmamışdır. Ona mənzilin Rafaelə təhvil verilməli olması ilə bağlı heç bir izah verilməmişdir. Hal-hazırda o, öz evində yaşayır və hələ də bilmir ki, onun evi satılmışdır. Notarius tərəfindən də ona heç bir izah verilməmişdir. Onun ad, soyadının və imzasının qarşısında yazılmış “Oxudum, razıyam” ifadələrini yazmış ola da bilər, olmaya da, bu barədə dəqiq heç nə deyə bilməz. Həmçinin, iddiaçı öz izahatında bildirmişdir ki, hazırki mənzillə bağlı sənədləşmə işlərini, eləcə də mənzilə çıxarışın əldə edilməsini iddiaçı özü tək başına həyata keçirmişdir.

13. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçı Elchieva Durdananın nümayəndəsi (vəkili) Vəkil öz izahatında qeyd etmişdir ki, “alqı-satqı müqaviləsinin 12-ci bəndinə əsasən daşınmaz əmlakın alıcıya təhvil verilməsi ilə akt tərtib edilməsinin mümkünlüyü tərəflərə izah olundu” qeyd edilmişdir. Lakin iddiaçı Elchieva Durdanaya heç bir izah verilməmişdir. Lizinq təşkilatı hər bir halda satıcıya hüquq və vəzifələrini izah etməli idi. Əslində maddənin mənasına görə Notarius tərəfindən hər iki tərəfə izah verilməli idi. Alqısatqı müqaviləsinin 14-cü bəndinə əsasən, əmlakın təsadüfən zədələnməsi və ya məhv olması riski satıcının üzərinə düşür, lakin bu real alqı-satqı müqaviləsi olsa idi, cavabdeh tərəfindən alınmış daşınmaz əmlak bu 5 il ərzində heç olmazsa, bir dəfə yoxlanılardı. “Lizinqdə faiz qeyd edilmir, sadəcə mükafat qeyd edilir, cavabdeh Faktor Lizinq MMC kreditmi verir?” Əgər bu real alqı-satqıdırsa, açarın bir nüsxəsi cavabdeh Faktor Lizinq MMC-də saxlanılmalı idi. İddiaçının nümayəndəsi (vəkili) qeyd etmişdir ki, tərəflər arasında heç bir alqı-satqı münasibətləri olmamış, iddiaçının özünə məxsus evi satmaq niyyəti olmamışdır. Həmçinin, mənzilin hələ də iddiaçının istifadəsində olması və ondan təhvil alınmaması bunu sübut edir. Bu əqd yalan əqddir. Əslində İddiaçı1lə cavabdeh Faktor Lizinq MMC arasında kredit münasibətləri olmuşdur. Cavabdehin özünün etiraflarına əsasən, mənzil təhvil alınmamışdır, hələ də mənzil iddiaçının istifadəsindədir. Alqı-satqı müqaviləsi sadəcə İddiaçı1lə Faktor Lizinq MMC arasında bağlanmış kredit müqaviləsini pərdələmək niyyəti ilə bağlanmışdır. Yalan əqdin mövcudluğu ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edən zaman məlumat almışlar, cavabdehin qeyd etdiyi iddia müddəti mülkiyyət hüququ ilə bağlı məsələlərə tətbiq edilməməlidir. Durdanə xanım həyat yoldaşı Oqtay və onun dostu Rafael bəy tərəfindən məlumatsız saxlanılaraq onun mülkiyyət hüquqları pozulmuşdur. Evi satanların özünün zamin qismində çıxış etməsi də əqdin yalan olduğunu bir daha sübut edir.

14. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin direktoru Nümayəndə öz izahatında qeyd etmişdir ki, lizinq münasibətləri belədir ki, əmlakın dəyəri 185.000 manatdır, kimsə ev almaq istəyirsə, onun 55 min manatı çatmırsa, 55 mini o qoyur, 130 mini isə lizinq təşkilatı verir. Pul notariusun hesabına köçürülür, sənədlər yoxlanılır və hər şey qaydasındadırsa, rəsmiləşdirilir. İlkin ödəniş çıxıldıqdan sonra yerdə qalan pul lizinq alanın öhdəliyinə çevrilir. İlkin ödəniş olaraq Rafael müəllim tərəfindən 55 min manat ödənilmişdir. Durdanə xanımın soyadı məsələsində Gürcüstan vətəndaşı olduğundan müəyyən problemlər yaranmışdı, buna görə də həmin gün onun yadındadır. Evləri lizinq təşkilatı tapmır, sadəcə alqı-satqı üçün çatışmayan məbləğin təmin olunması lizinq təşkilatının işidir. İlham adlı şəxsi isə ümumiyyətlə tanımır, Faktor Lizinq MMC-də İlham adlı işçi olmamışdır. X12 MMC-nin hesabından 9 saylı Notariat ofisinin hesabına göndərilir, daha sonra alqı-satqı rəsmiləşdirilir. İki çıxarış əldə olunur, ilk çıxarışda mülkiyyətçi Faktor Lizinq qeyd edilir. İkinci çıxarış isə borc öhdəliyi bitdikdən sonra gələcəkdə Daşınmaz Əmlakın Dövlət Reyestri və X10 şəxsi tərəfindən arayış əsasında veriləcəkdi. Alqı-satqı zamanı Durdanə xanım da, onun yoldaşı Oqtay müəllim və Rafael müəllim də orada idi və onlara prosedurlar barədə özü məlumat vermişdir. Orada heç bir girov məsələsindən söhbət gedə bilməz, yalnız alqı-satqı müqaviləsi bağlanması üçün orada olmuşlar. Kargüzarlıq işi bundan ibarətdir ki, ilk növbədə bütün sənədlər yoxlanılır, evin yüklülüyünün olub-olmaması araşdırılır, pulun notariusun hesabına köçürülməsi yoxlanılır, qeydiyyatda olan şəxslərin razılıqlarının olub-olmaması müəyyən edilir, həyat yoldaşının razılığı müəyyən edilir, daha sonra müqavilə çap edilir. Bütün bu sənədlər təsdiq edilməsi üçün göndərilir. Faktor Lizinq MMC-də İlham adlı şəxs işləməmişdir, Ehtiram müəllim isə Faktor Lizinq MMC-nin təsisçisidir. Durdanə xanım satıcıdır, lizinq şirkətinin isə satıcı ilə əlaqəsi olmur. Təhvil aktının tərtib edilib-edilməməsini dəqiq bilmədiyini qeyd etmişdir. Lizinq müqaviləsi ilə bağlı bütün proseslər orada baş verən anlaşmazlığın nəticəsidir. Onlar Rafael bəylə ödənişlər barəsində razılaşmamışlar. Durdanə xanıma məxsus evə baxış və qiymətləndirilmə həyata keçirilmişdir. Təhvil-təslim aktı üzrə ev lizinq alana verilməlidir, çünki istifadə hüquqları ondadır. Müqavilə tərtib olunduqdan sonra imza etdirən zaman hətta müraciət forması da “Satıcı” olaraq adlandırılır. Həmçinin, orada imza etməzdən əvvəl “oxudum, razıyam” ifadəsini satıcıya öz xəttiylə yazdırılır. İddiaçının nümayəndəsi (vəkilinin) suallarına cavab olaraq Cavabdeh MMCnin direktoru Nümayəndə qeyd etmişdir ki, onlar tərəfindən Rafael bəyə mənzil təhvil verilməmişdir. Durdanə xanıma mənzili Rafael bəyə verməli olduğu ilə bağlı heç bir izah verməmişdir, lakin müqavilədə təhvil verilmə müddəti 1 ay qeyd edilmişdir. Əgər alqı-satqı müqaviləsi bağlanırsa, təbiidir ki, onun bütün şərtləri tərəflərə aydındır. Nümayəndə bildirmişdir: “Əgər evin hələ də Durdanə xanımın mülkiyyətində olması ilə bağlı mən nə isə desəm, bu Rafaelin və Oqtayın əleyhinə olacaqdır. Demək lazımdır ki, bu iki şəxs birləşərək biri öz həyat yoldaşını, digəri də dostunun həyat yoldaşını, eləcə də bizi aldadıblar? Əgər xanım nəyi imzaladığını bilmədən imza etmişdirsə, bu artıq onun aldadılmasıdır.” Lakin bu qeyd edilənlər etiraf kimi qəbul edilməməlidir. Durdanə xanım aldadılmışdırsa belə, ona qarşı heç bir zor tətbiq edilməyib, bütün lazımi sənədlər toplanılıb, bütün prosedurlarda tək deyil, həyat yoldaşıyla iştirak etmişdir, həmçinin ona Notariat Ofisində hər zaman “satıcı” deyə müraciət edilib. Dəqiq yadında deyil, amma Rafael müəllim tərəfindən 55 min manat bütün sənədlər toplanmamışdan qabaq və ya notariusa gələn gün ödənilmişdir. Müqavilədə faizin qeyd edilməsi ilə bağlı cavabdehin nümayəndəsi qeyd etmişdir ki, müqavilədə faiz dərəcəsi göstərilməlidir, bu müqavilənin kredit müqaviləsi olması demək deyil, faiz göstərilməlidir ki, mükafatın hesablanması mümkün olsun. Mənzilin açarların bir nüsxəsi onlarda yoxdur.

15. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh MMC-nin nümayəndəsi X4 öz izahatında qeyd etmişdir ki, lizinq verənin satıcıya izah verməklə bağlı heç bir vəzifəsi yoxdur. İlham adlı şəxsi tanımırlar, onun lizinq təşkilatı ilə heç bir əlaqəsi olmamışdır. 55 min manatın məhz İddiaçı1 tərəfindən ödənilməsini təsdiq edən ödəniş qəbzi məhkəməyə təqdim edilmişdir. Təhvil-təslim üçün tərəflər arasında heç bir problem olmamışdır. Müqaviləyə əsasən heç bir faizdən söhbət gedə bilməz, müqavilədə də məhz “lizinq mükafatı” qeyd edilmişdir. 18 mart 2022-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenum Qərarına əsasən, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Əgər xanım aldadılmışdırsa belə bu cavabdeh Faktor Lizinq MMC tərəfindən edilməmişdir. Odur ki, Faktor Lizinq MMC-yə qarşı heç bir iddia tələbi irəli sürülə bilməz.

16. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid İddiaçı1 öz izahatında qeyd etmişdir ki, Sədərək bazarında pərdə satışı ilə məşğul olur, ona təcili pul lazım olmuşdur. Bununla bağlı banklara müraciət etsə də, heç bir bank tərəfindən onlara lazım olan pul vəsaiti verilməmişdir. Avtomobil alqı-satqısı ilə məşğul olan yaxın bir tanışından (Hamlet adlı şəxsdən) xahiş etmiş, o isə öz tanışı olan İlham adlı şəxsi tapmışdır. X11 işlərini həyata keçirən şəxs olmuşdur. Lizinqin nümayəndələri evə gəlib baxış keçirdikdən sonra razılığa gəlmişlər. Yalnız baxış keçirildikdən və razılaşdıqdan sonra onlar Lizinqin nümayəndələri ilə görüşmüşlər. Bu hadisədən əvvəl Faktor Lizinqlə yalnız İlham mütəmadi əlaqədə olmuş, bütün işləri o, həll etmişdir. İlham adlı şəxsi ümumiyyətlə, tanımamış, onu yalnız bircə dəfə Notariat Ofisində pulu ona verərkən görmüşdür. Pərdə alqı-satqısı üçün ona 120.000- 130.000 manat aralığında pul lazım olmuşdur. Artıq bu sahə üzrə fəaliyyət göstərmiş və mağazası da var. Faktor Lizinqin nümayəndələri ilə görüşüb danışdıqdan sonra bildirmişlər ki, pulu əldə etmək üçün evi girov qoymaq lazımdır. İddiaçı1 öz evi olsa da, həmin ev sənədsiz olduğundan yaxın dostu, həm də qohumluq münasibətləri olan Oqtaya zəng vurmuş və hadisələri danışmış, Oqtay da bununla razılaşmışdır. 117 000 manat onlara verilmiş, qalan 50-55 min manat lazım olduqda isə Faktor Lizinqin nümayəndələri həmin məbləği özləri tapacağını bildirmişlər. Notariusa getdikdən sonra artıq orada girov müqaviləsi yox, alqı-satqı müqaviləsi bağlanacağını bilmişdir. O özü də əvvəllər Ədliyyə işçisi olmuşdur, notarius işlərindən daşı çıxır, alqı-satqı müqaviləsi ilə bağlı Notarial Baş Ofisinə məlumat ötürüləndə artıq alqı-satqı müqaviləsi bağlanacağını bilmişdir, lakin prosesi dayandırmamışdır. 50-55 min manatı artıq İlham adlı şəxs Notairusun hesabına ödəmiş və sənədlər təsdiq edilməsi üçün Ədliyyə Nazirliyinə göndərilmişdi. Şahid qeyd etmişdir ki, o əvvəllər Ədliyyə Nazirliyində çalışmışdır, ona görə də Notarius onu tanımış və bütün prosedurları tezləşdirmişdir. Ev üçün 180.000-185.000 manat qiymət müəyyən edilmişdir, bundan 130.000 manatını Lizinq qarşılayırdı, qalan 50-55 min manatı isə Rafaelin əvəzindən İlham adlı şəxs ödəmişdir. Daha sonra pulu kassadan təhvil aldıqdan sonra həmin məbləğin 12.700 manatı Faktor Lizinqin xərcləri idi, qalan 117.300 manat isə özlərinə verilmişdir. Kassadan təhvil alınan 50-55min manatı Rafael öz əlləri ilə İlham adlı şəxsə təqdim etmişdir. Notarius onu tanıdığından ona hər şeyi izah etmiş və bildirmişdir ki, girov müqaviləsi yox, alqı-satqı müqaviləsi bağlanacaqdır, müqavilələrin mahiyyəti eynidir, narahat olmasın, əsas odur ki, pulu vaxtı-vaxtında ödəsin, lakin Rafael bu barədə Durdanə xanıma heç bir məlumat verməmişdir, xanımın heç nədən xəbəri olmamışdır. Daha sonra Faktor Lizinqin nümayəndələri Oqtaya, Durdanə xanıma və Rafaelə bildirmişlər ki, “bu müqavilə yalançı müqavilədir, bir illik bağlanılır, nə vaxt lazımdırsa, onlara arayış veriləcək və gedib evi rəsmiləşdirə bilərlər”. Lizinqin nümayəndələri yerdə qalan və çatışmayan 50-55 min manatı da özləri tapıb, Rafaelin əvəzindən qoymuşlar. Şahid öz izahatında qeyd etmişdir ki, “Əgər müqavilə həqiqətən bağlanmış müqavilə olsaydı, niyə Faktor Lizinq özü həmin çatmayan 50- 55min manatı tapıb mənim əvəzimdən ödəyirdi? Elə özüm ödəyərdim də”. Kargüzarlıq artıq bütün sənədləri hazırlamışdı, sadəcə olaraq Ədliyyə Nazirliyindən təsdiq gecikirdi və Oqtay, Durdanə xanım və Rafael birlikdə gözləyirdilər. X8 seçmişdir. Durdanə xanım sadəcə imza çəkmək üçün orada idi, bütün sənəd işlərini Faktor Lizinqin nümayəndələri yerinə yetirir, Durdanə xanım və Rafael sadəcə lazımi sənədləri imzalamışlar. Daha sonra isə şahid bildirmişdir ki, o, Durdanə xanıma müqavilənin yalançı olduğunu izah etmişdir. İddiaçı1 bütün bunlarla yanaşı qeyd etmişdir ki, evin girov qoyulacağını düşünmüş, alqı-satqı ediləcəyini Notariusa getdikdən sonra öyrənmişdir. Ev girov qoyulsaydı, pulu ödəməyə hazır idi, hətta dəfələrlə Ruslan müəllimə də müraciət etmişdir. 4 ay vaxtı-vaxtında aylıq 5300 manat ödənişi etmişdir. Lakin daha sonra 2020-ci ildə pandemiya başlamış və bütün iş yerləri bağlanmışdır. Pandemiya dövründə Faktor Lizinq MMC-nin sədri Ehtiram müəllimlə əlaqə saxlamış və razılığa gəlmişlər ki, pandemiya bitdikdən sonra ödənişləri qaldığı yerdən davam etdirəcəkdir. Lakin pandemiya bitdikdən sonra cibində 5300 manatla Ehtiram müəllimin yanına getmiş, o isə bununla razılaşmayaraq bildirmişdir ki, 1 illik müqavilənin vaxtı bitmişdir, ona görə də yenidən 9000 manat pul ödəməlidir. Ruslan müəllimlə əlaqə saxlamış o isə 27% dərəcəsinin 16-19% aralığına salınacağı şərtini irəli sürmüşdür, lakin sədr- Ehtiram müəllim bununla da razılaşmamışdır. Şahid İddiaçı1 qeyd etmişdir ki, günü bu gün də məhkəmə iclasından əvvəl yenə də pulu ödəyərək evi almağı təklif etsə də cavabdeh Faktor Lizinqin nümayəndələri bununla razı olmamış və əlavə pul ödəməli olduğunu bildirmişlər.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

17. 08 noyabr 2019-cu il tarixli, D050 N-li X6nə əsasən, Lizinq verən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, ünvan 1 ünanında yerləşən daşınmaz əmlakı satıcıdan əldə etməyi və Lizinq alanın istifadəsinə verməyi, Lizinq alan isə bu müqavilədə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Lizinq alanın ilkin öhdəliyi 130000 manat müəyyən edilir. Bu müqavilə qüvvədə olduğu müddət ərzində lizinq obyekti Lizinq verənin mülkiyyətində olur və bu müqavilə üzrə öhdəliklər tam yerinə yetirildikdən sonra lizinq obyekti Lizinq alanın mülkiyyətinə keçir. Lizinq obyektində sonradan meydana çıxan qüsurlarla bağlı Lizinq verən heç bir məsuliyyət daşımır.

18. 08 noyabr 2019-cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı (Elchieva Durdana) Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalala: AZ1118, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 115.4 kv.m olan mənzili tam mülkiyyət üzrə ona məxsus hissəsindən tam hissədə, 115,4 kv.m alıcı Cavabdeh MMC-nin mülkiyyətinə verir. Alıcı həmin əmlakı İddiaçı1 lizinqə vermək üçün aldı. Satıcı daşınmaz əmlakı 185000 manat qiymətinə satdı, alıcı isə həmin qiymətə aldı.

19. AR ƏMDX Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalala: AZ1118, ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 115.4 kv.m olan mənzil xüsusi mülkiyyət hüququ əsasında Yolçiyeva Durdanəyə məxsusdur.

20. Elchieva Durdana tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisində verilmiş xx.xx.2019-cu il tarixli **********503 nömrəli ərizəyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalala: AZ1118, ünvan 1 ünvanda yerləşən mənzili satmaq üçün elektron çıxarış əldə etmək istədiyini bildirmiş və əmlak üzərində qadağanın və ya həbsin olub-olmaması barədə məlumatların ona təqdim edilməsini xahiş etmişdir.

21. AZ-İ 549429 №li Nikah haqqında şəhadətnaməyə əsasən, X5 və Yolçiyeva Durdanə 08 dekabr 2009-cu il tarixdə Bakı nikah evində 8671 nömrəli akt qeydi ilə nikaha daxil olmuşdurlar.

22. X5 tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisində verilmiş xx.xx.2019-cu il tarixli **********517 nömrəli ərizəyə əsasən, arvadı Yolçiyeva Durdanəyə məxsus Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalala: AZ1118, ünvan 1 ünvanda yerləşən mənzilin satılmasına etiraz etməmişdir.

23. Elchieva Durdana tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisində verilmiş ərizəyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalala: AZ1118, ünvan 1 ünvanda yerləşən mənzilin 185.000 manat qiymətə satılması barədə razılığa gəldiklərini bildirmişdir.

24. Cavabdeh MMC adından Nümayəndə tərəfindən Bakı şəhəri 9 saylı Notariat ofisində verilmiş xx.xx.2019-cu il tarixli ərizəyə əsasən, alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalala: AZ1118, ünvan 1 ünvanda yerləşən mənzilin Cavabdeh MMC adına rəsmiləşdirildiyini bildirmiş və elektron çıxarışın alınması üçün DƏDRX-nin müvafiq ərazi idarəsinə elektron formada ötürülməsini xahiş etmişdir.

25. “Muğan Bank” tərəfindən verilmiş çekə əsasən, Elchieva Durdanaya 182403,50 manat məbləğində pul verilmişdir.

26. AR İN yanında ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsindən “De fendo” vəkil bürosuna göndərilmiş xx.xx.2023-cü il tarixli məktuba əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalala: AZ1118, ünvan 1 ünvanda yerləşən mənzilin Elchieva Durdananın adına qeydiyyata alınması, lakin Bakı şəhəri 9 saylı Notariat Ofisində 4ə-1258 reyestr nömrəli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh MMC-nin mülkiyyətinə verilməsi müəyyən edilmişdir.

27. İddiaçı1 tərəfindən Cavabdeh MMC-nin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəyə əsasən Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, ünvan 1 ünanında yerləşən mənzili almaq niyyətində olduğunu bildirmiş, əmlakı 185000 manat qiymətə satıcı ilə razılaşdırdığını bildirmiş və 130000 manat vəsaitə ehtiyacı olduğunu qeyd etmişdir. Bu vəsaitin Cavabdeh MMC tərəfindən lizinq şərtləri ilə maliyyələşdirilməsini xahiş etmişdir. Qeyd olunan əmlak icarəyə verilmək məqsədilə alınır və icarədən əldə olunan gəlir lizinq öhdəliklərinin ödənilməsinə yönələcəkdir. Bundan başqa öz sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən də lizinq öhdəliklərinin ödənişi aparılacaqdır. Ödənişlərin vaxtında yerinə yetirilməsinə zəmanət vermişdir.

28. İddiaçı1 tərəfindən AR ƏMDX DƏDRX Bakı Ərazi idarəsinin rəisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizəyə əsasən, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalarla: AZ1118, ünvan 1 ünanında yerləşən mənzilin lizinq yüklü edilməsinə sərəncam verilməsini xahiş etmişdir.

29. Cavabdeh MMC tərəfindən verilmiş 0090/23 №-li, 13 fevral 2023-cü il tarixli arayışa əsasən, müqavilə üzrə ödəniş cədvəlinə əsasən, 11 ay ərzində hər ay 5306 manat ödəniş təyin olunmuşdur. Lizinq alan müqavilə üzrə bu günə qədər cəmi 21200 manat məbləğində ödəniş etmişdir. Bu məbləğdən 11313 manat lizinq mükafatına, 9887 manat əsas lizinq borcuna silinmə aparılmışdır. Lakin, əmlakı məhkəməyə müraciət edənə qədər (5306x16=84896 manat) 16 ay istifadə olunmuş, bu məbləğdən 21200 manat ödənmiş və 63696 manat qalmaqdadır. Bu məbləğdən 32430 manat lizinq mükafatı, yerdə qalan əsas borc üzrə ödəniş təşkil edir.

30. Lizinq verən Cavabdeh MMC ilə zamin X5 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 nömrəli Zaminlik müqaviləsinin 3.1-ci maddəsinə əsasən, zamin lizinq alanın lizinq verən qarşısında 08 noyabr 2019-cu il tarixdə bağlanmış D050 saylı X6 üzrə Lizinq verənə olan borcu və ona hesablanmış faizlərin və borc tutulması üzrə məhkəmə xərclərinin və Lizinq alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Lizinq verənə dəyən digər zərərin ( komisyon, cərimə, məhkəmə xərcləri və.s) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün “Lizinq alanla” eyni həcmdə məsuliyyət daşıyır.

31. Cavabdeh MMC tərəfindən verilmiş 0614/22 №-li, 21 noyabr 2022 –ci il tarixli Pretenziya məktubuna əsasən, xx.xx.2019-cu il tarixli D050 saylı X6 üzrə lizinq predmetindən istifadə edildiyi dövr üçün hesablanmış 86216 manat lizinq mükafatı və gecikdirilmiş günlər üçün müqavilə bitən günə qədər 28800 manat həcmində cərimə olmaqla ümumilikdə 115016 manat borcu mövcuddur. Yaranmış borc məbləğinin və Cavabdeh MMC–nin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli küçəsi 2524 məhəllə, ev 1, mənzil 13 (Yeni qaydalala: AZ1118, ünvan 1 ünvaında yerləşən mənzilin boşaldılaraq Cavabdeh MMC –yə təhvil verilməsini tələb etmişdir. Əks halda borc məbləğinin və əmlakın geri tələbi üçün məhkəmə qaydasında iddia qaldırılacaqdır.

32. Biləsuvar Rayon Məhkəməsinin iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və X3 qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair 2(022)-165/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı1 arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli D050 nömrəli X6 ləğv edilməsi, cavabdehlər İddiaçı1 və X1 63696 (altmış üç min altı yüz doxsan altı) manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 2524 məhəllədə yerləşən 1 saylı evin 13 (Yeni qaydalarla AZ1118 Bakı şəhəri Nizami rayonu Məmmədəli Şərifli küçəsi 239 M3 mənzil) saylı mənzilinə İddiaçı1 istifadə hüququnun itirilməsi və mənzilin boşaldılaraq Cavabdeh MMC-yə təhvil verilməsi qət edilmişdir.

33. D050 N-li X6nin ödəniş cədvəlinə əsasən, ödənilən məbləğ 21200 manat, qalıq məbləğ 120113,65 manat, qalıq faiz 100720,62 manat, ümumilikdə 220834,27 manat məbləğindədir.

34. Cavabdeh MMC tərəfindən verilmiş 0214/23 №-li, xx.xx.2023-cü il tarixli iddia müddətinin tətbiqi barədə ərizəyə əsasən, lizinq müqaviləsi üzrə İddiaçı1 tərəfindən ilk ödəniş xx.xx.2019-cu il tarixində olunmuşdur. Həmin ödəniş tarixindən 3 il 4 ay keçmişdir. Qanunvericilikdə göstərilmiş müddət buraxıldığından iddianın rədd edilməsi xahiş edilmişdir.

35. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2844/2021 nömrəli xx.xx.2021ci il tarixli Qətnaməsinə əsasən, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və X3 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilmişdir.

36. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Biləsuvar Rayon Məhkəməsinin iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və X3 qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair 2(022)-165/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılıb yekunlaşanadək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı1 və Elchieva Durdananın Cavabdeh MMC-yə qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və X6nin etibarsız hesab edilməsi tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 zaminlik müqaviləsinin etbarsız hesab edilməsi tələbinə dair 2(011)-2152/2023 nömrəli mülki iş üzrə icraat dayandırılmışdır.

37. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4758/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı tam ləğv edilmiş və yenidən baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

38. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(106)-1074/023 nömrəli qərardadına əsasən, iddiaçı Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və X3 qarşı müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi tələbinə dair iş üzrə icraat iddiaçılar İddiaçı1 və Elchieva Durdananın Cavabdeh MMC-yə qarşı daxili lizinq və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı mülki işə baxılıb yekun qərar qəbul edilənədək dayandırılması qərara alınmışdır.

39. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-2152/2023 nömrəli qərardadına əsasən, İddiaçı1 və Elchieva Durdananın Cavabdeh MMC-yə qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin, X6nin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair 2(011)-2152/2023 nömrəli mülki iş üzrə X6nin və zaminlik müqaviləsinin etibarsız hesab edilməsi hissəsində mülki iş baxılmamış saxlanılmışdır. Daha sonra iddiaçıların və müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili Vəkil və Cavabdeh MMC həmin qərardaddan şikayət vermişdir.

40. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1567/2024 nömrəli xx.xx.2024-cü il tarixli Qərardadına əsasən İddiaçı1, X2 və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən verilmiş şikayətlər təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı İddiaçı1, X2 və Cavabdeh MMC-nin nümayəndələri tərəfindən verilmiş şikayətlərə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Durdana Elchievanın nümayəndəsinin (vəkilinin) şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2152/2023 saylı iş üzrə 15 sentyabr 2023-cü il tarixli qərardadı Durdana Elchievaya aid hissədə ləğv olunmuş və mülki iş onun “X6nin etibarsız hesab edilməsi” tələbinə (digər tələbi ilə birlikdə) mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq:

41. Azərbaycan Respublikasının Konstitusiyası: 13.İ.Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29.İ. Hər kəsin mülkiyyət hüququ vardır. 29.İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 29.İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. 60.İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. 60.İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin.340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 747.2. Lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. 747-1.1. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). 747-1.2. Lizinq verən lizinq müqaviləsinə əsasən cəlb edilmiş və ya özünə məxsus maliyyə vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan əşyanı lizinq obyekti kimi lizinq alana müəyyən haqla, müəyyən müddətə və şərtlərlə (mülkiyyət hüququnun lizinq alana keçməsi və ya keçməməsi şərti də daxil olmaqla) müvəqqəti sahibliyə və ya istifadəyə verən hüquqi və ya fiziki şəxsdir. 747-1.3. Lizinq alan lizinq müqaviləsinə uyğun olaraq lizinq obyektini müəyyən haqla, müəyyən müddətə və şərtlərlə müvəqqəti sahibliyə və istifadəyə qəbul edən hüquqi və ya fiziki şəxsdir. 747-1.4. Satıcı (mal verən) alqı-satqı müqaviləsinə əsasən lizinq obyektini lizinq verənə satan hüquqi və ya fiziki şəxsdir. 747-5.1. Lizinq əməliyyatlarının hüquqi forması ya lizinq verənlə lizinq alan arasında bağlanmış lizinq müqaviləsi və lizinq verənlə satıcı arasında bağlanılmış alqı-satqı müqaviləsidir, ya da həmin şəxslər arasında bu Məcəllənin 747-5.2-ci maddəsinə və lizinqlə bağlı digər maddələrinə müvafiq surətdə bağlanılmış üçtərəfli müqavilədir. 747-5.2. Lizinqlə əlaqədar bağlanılan alqı-satqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, aşağıdakılar da göstərilməlidir: 747-5.2.1. Lizinq obyekti lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilir; 747-5.2.2. Lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malikdir. 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz;

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair 12 aprel 2004-cü il tarixli Qərarı.

45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354- cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarı.

46. Cavabdeh şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 iyul 2021-ci il tarixli Qərarı.

47. X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2021-ci il tarixli Qərarı.

48. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il Qərarı.

49. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il tarixli Qərarı.

50. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il Qərarı.

52. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli Qərardadı:

Məhkəmənin mövqeyi:

53. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.

54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§50)

55. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

56. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

57. İddiaçının iddia tələbinin bir hissəsi iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, İddiaçı1 ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li X6nin etibarsız hesab edilməsidir. Mülki qanunvericiliyinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq müqaviləsinin subyektləri lizinq verən, lizinq alan və satıcıdır (mal verəndir). Hazırkı iş üzrə lizinq verən Cavabdeh MMC, lizinq alan İddiaçı1, satıcı isə Elchieva Durdanadır. Lizinq obyekti olan mənzil lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilmişdir. Bu alqı-satqı müqaviləsində də qeyd edilir.

58. Məhkəmə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. (§45)

59. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur.

60. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Etibarsız əqdlər hüquqazidd, qeyri-hüquqi hərəkətdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən, heç olmazsa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitam olunması ilə nəticələnmir.

61. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanmasının zəruri şərtidir. Eyni zamanda hər hansı əqdin, o cümlədən alqı-satqı, daxili lizinq müqavilələrinin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

62. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisələndirilən müqavilələrdə bu tip əqdlər üçün zəruri olan subyekt tərkibinə dair şərtlərə əməl edilmişdir. Əqdlərin məzmununa və tərəflərin iradə sərbəstliyi, iradə ifadəsinin bildirilməsi şərtlərinə də əməl edilmişdir. Belə ki, hər iki əqdin məzmunu mülki qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş, onda hər hansı qeyri-müəyyənlik və tərəflərin iradə ifadələrinə əks hesab edilə biləcək hallar müəyyən edilmir. Eyni zamanda müqavilə tərəflərinin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətlərinin əslində fərqli olmasına dəlalət edən hər hansı bir hal da müəyyən edilmir. Əqdin forması isə bağlandığı dövrdə qanunvericiliyin daşınmaz əmlakla bağlı analoji müqavilələrin bağlanması üçün müəyyən etdiyi zəruri şərtlərə uyğundur.

63. İddiaçı tərəf alqı-satqı və lizinq müqavilələrinin yalan əqd olduğunu iddia edir, müqavilələrin əsl məqsədi kredir götürmək, pul əldə etməl olub. İddiaçı tərəfin həmin müqavilələrin əslində yalan əqd olması fikri ilə məhkəmə razılaşmır. Belə ki, yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Bağlanılan əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqazidd bir hərəkətdir. Konstitusiya Məhkəməsi əhəmiyyətsiz əqdin bu növünü şərh edərkən bildirmişdir ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. (§48)

64. Deməli, yalan əqd tərəflərin əsl niyyətini əks etdirməməlidir və bu niyyət müqavilə tərəflərinin hamısında olmalıdır. Başqa sözlə, yalan əqd digər müqavilə tərəfində yanlış fikir formalaşdırmaq üçün deyil, üçüncü şəxslərdə yanlış fikir formalaşdırmaq üçün bağlanır. Hazırkı işdə isə belə hallar mövcud deyil. Belə ki, mübahisələndirilən aıqı-satqə və daxili lizinq müqavilələri bağlandıqdan sonra cavabdeh tərəfindən müqavilədə şərtləndirilən məbləğ iddiaçıya ödənilmiş, mənzilə dair cavabdehin adına mülkiyyət hüququ qeydə alınmış, mənzilin lizinq ilə yüklü edilməsinə dair qeydiyyat aparılmış və lizinq müqaviləsi üzrə tərəf olan İddiaçı1 lizinq müqaviləsi üzrə müəyyən ödənişlər etmiş və nəhayət ödəniş vaxtında edilmədiyinə görə müqavilə tərəfi olan Faktroq Lizinq MMC İddiaçı1 və digər şəxsə (zaminə) qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

65. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2020-ci il tarixli Qərarına əsasən, AR MM-in 747.1 və 747-2-ci maddələrinin tələblərinə, habelə bu Qərarın təsviri-əsaslandırıcı hissəsinin hüquqi mövqelərinə əsasən kredit müqaviləsindən fərqli olaraq lizinq müqaviləsinin obyekti pul vəsaiti deyil, müəyyən əmlak olduğundan lizinq müqaviləsinin kredit müqaviləsi ilə pərdələnməsi qeyri-mümkündür. (§51) Qeyd edilənlərə əsasən, iddiaçının iddia tələbi İddiaçının İddiaçı1 ilə Cavabdeh MMC arasında 08 noyabr 2019-cu il tarixli, D050 N-li X6nin etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir.

66. İddiaçı alqı-satqı müqaviləsi bağlamadığını, məlumatlı olmadığını, aldadıldığını, bu günə kimi həmin mənzildə yaşadığını bildirərək, əslində mənzili satmaq niyyətinin olmadığını bildirir.

67. Məhkəmə araşdırması zamaı məlum olmuşdur ki, evə əvvəlcədən lizinq şirkəti tərəfindən baxış keçirilən zaman iddiaçı evdə olmuş, iddiaçı notariat ofisinə həyat yoldaşı, ailəvi tanışları olan lizinq alan İddiaçı1lə getmiş, mənzilin dəyəri olan pulu notariat ofisindən özü almışdır. İddiaçı tərəfin şahidi qismində çıxış edən İddiaçı1 məhkəmə iclasında verdiyi izahında notariat ofisində alqı-satqı müqaviləsinin bağlandığı barədə məlumatlarının olduğunu etiraf etmişdir.

68. Məhkəmə qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

69. Göründüyü kimi məhkəmə araşdırması zamanı iddiaçının cavabdeh tərəfindən aldadılması halı öz əksini tapmamışdır. İddiaçı bunun əksini, yəni qeyd olunan maddələrin dispozisiya şərtlərinin mövcudluğunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız formal mülahizələrlə çıxış edərək aldadıldığına istinad etmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

71. Məhkəmə iddiaçının həmin mənzildə yaşamağa davam etməsi ilə bağlı qeyd edir ki, satılan mənzilin hansı müddətdə mülkiyyətdə olmasının, faktiki hansı şəxsin istifadəsində olmasının alqı-satqıya heç bir təsiri yoxdur. Yetər ki, əmlak sərbəst və könüllü iradə ifadəsi əsasında özgəninkiləşdirilmiş olsun.

72. Eyni zamanda məhkəmə qeyd edir ki, F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 03 mart 2023-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər.

73. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhz bu səbəbdən, məsələn, əqdin hər iki tərəfi aldatma yolu ilə hərəkət etdikdə onlardan heç biri aldadıldığına istinad edərək əqdi mübahisələndirmək hüququna malik deyil (MMin 339.3cü maddəsi). (§42)

74. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. (§47)

75. MM-nin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. MM-in 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftarazidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

76. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Təsadüfi deyil ki, MM-in 351.2-ci maddəsinə əsasən, əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Həmin Məcəllənin 351.3-cü maddəsinə əsasən, əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Bu baxımdan əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

77. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. (§49)

78. Göründüyü kimi, yuxarıda qeyd olunan Mülki Məcəllənin normaları və Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşdırılan hüquqi mövqelərə görə əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Çünki, bu vəziyyət mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Belə ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

79. Qeyd olunduğu kimi iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 340.2-cı maddəsi nəzərdə tutula bilər. Yəni, həmin maddələrdə nəzərdə tutulan əsaslarla əqd mübahisələndirilə bilər. Ancaq iddia tələbinin faktiki əsası (faktiki halları) da həmin maddənin şərtlərinə uyğun olmalı, yəni dispozisiya əlamətləri ilə uzlaşmalıdır. Hazırki iddia üzrə iddia tələbinin faktiki əsası qanuni əsasının şərtlərinə uyğun gəlmir, başqa sözlə mübahisələndirilən əqd qeyd olunan normaların tələbləri pozulmaqla bağlanmamışdır. İstər alqı-satqı, istərsə də X6 qanunvericiliyin tələbinə uyğun bağlanmış, tərəflərin sonradan peşman olması tərəfin sərbəst və könüllü iradə ifadəsinin təzahür etməməsi kimi qiymətləndirilə bilməz və bu səbəbdən həmin əqdin sonradan etibarsız hesab edilməsini tələb etmək üçün də əsas ola bilməz. Çünki, əqdin etibarsız hesab edilməsindən suiistifadə olunması vicdanlılıq prinsipinə zidd sayılır.

80. Belə ki, mülki iş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, cavabdeh və iddiaçının həyat yoldaşı, lizinq müqaviləsi üzrə tərəf olan İddiaçı1 (lizinq alan) arasında 2021-ci ilin əvvəllərindən məhkəmə prosesləri davam edir. Ancaq həqiqətən də mənzilin satılmasında iddiaçının həqiqi iradə ifadəsi olmasaydı yaxud yalnız kreditin təminatı kimi girov, ipoteka qoymaq olsaydı, mənzil iddiaçının mülkiyyətində qalmaqla da girov qoyula, kredit götürülə bilərdi. Başqa sözlə, iddiaçı mənzilini satmaq niyyəti olmasaydı, alqı-satqı müqaviləsi bağlanmadan, yalnız hər hansı bankdan kredit müqaviləsinin təminat üsulu kimi girov qoyula bilərdi.

81. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, iddiaçı alqı-satqı müqaviləsi bağladıqdan 4 il keçdikdən sonra, yəni Cavabdeh MMC-nin cavabdehlər İddiaçı1 və X3 qarşı “müqavilənin ləğv edilməsi və borcun ödənilməsi, lizinq obyektinin geri alınması və istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi cavabdehin iddiasına əsasən lizinq obyekti olan mənzilə tumanın yönəldilməsinə dair məhkəmə prosesi başladıqdan (§35, §38) sonra məhkəməyə müqavilələrin etibarsızlığı ilə bağlı müraciət etmişdir. Məhkəmə qeyd edir ki, ilkin müraciət zamanı lzinq müqaviləsi üzrə tərəf olan lizinq alan, zaminlik müqaviləsi üzrə iddiaçının həyat yoldaşı və iddiaçı alqı-satqı, lizinq müqaviləsi və zaminlik müqaviləsinin etibarsızlığını ilə bağlı iddia tələbi irəli sürmüşdürlər, lakin lizinq müqaviləsi və zaminlik müqaviləsi ilə bağlı artıq başqa məhkəmənin icraatında iş olması səbəbindən hazırki iş üzrə lizinq alan və zaminə münasibətdə baxılmamış saxlanmışdır. Məhkəmə hesab edir ki, hüquqdan pis niyyətlə, yəni cavabdehə zərər vurmaq məqsədilə sui-istifadə edilməsi yolverilməzdir. Çünki iddiaçının alqı-satqı müqaviləsinin bağlanması üçün iradə ifadəsinin olmadığını və ya zədəli olduğunu bəyan etməsi özü inandırıcı və ağlabatan olmalıdır.

82. Cavabdeh tərəf iddia tələbinin əsassız olduğunu qeyd etmiş, eyni zamanda iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırki işə iddia müddəti deyil, kəsici müddət tətbiq edilməlidir. Belə ki, iddiaçı bu günə kimi mənzilin satıldığını bilmədiyini bildirsə də, məhkəmə araşdırması zamanı notariat ofisində müqavilə imzalanan zaman iddiaçı, iddiaçının həyat yoldaşı və R. İbrahimovun (lizinq alan) alqı-satqı müqaviləsindən məlumatlı olduğu müəyyən edilmişdir.

83. Belə ki, AR Konstitusiya Məhkəməsinin 02 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqedə qeyd edilir ki, MM-in 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. (§42)

84. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

85. Məhkəmə qeyd edir ki, iddiaçının alqı-satqı müqaviləsi ilə bağlı məlumatlı olması, könüllü iradə ifadəsi nəticəsində razılıq verməsi səbəbindən alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı kəsici müddət tətbiq edilməli, iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 354.2-ci maddəsi təşkil etməlidir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, iddiaçılar əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

86. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi iddiaçı Elchieva Durdana ilə Cavabdeh MMC arasında bağlanmış 08 noyabr 2019-cu il tarixli, AN-İ N ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində də rədd edilməlidir.

87. İddia tələbinin digər hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış mülkiyyət hüququna dair qeydiyyatın və həmin qeydiyyat əsasında verilmiş çıxarışın ləğv edilməsinə bilavasitə əsas hissədən asılı və törəmə tələb olduğundan onun da avtomatik təmin edilməməsini labüd edir. Çünki, təmin edilib-edilməsi sırf əsas hissələrdən asılı idi. Ona görə məhkəmə bu hissə üzrə əlavə hüquqi dəyərləndirmə aparılmasına ehtiyac olmadığı qənaətinə gəlir.

Məhkəmə xərcləri:

88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

89. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

1. İddia rədd edilsin.

2. İddia verilərkən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.

3. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar