Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-764/2024 16.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 1350-0001 (abonent kodu: **********00001) cərmə kimi yazılmış olan 8541.35 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 1350-0001 (abonent kodu: **********00001) fərdi yaşayış evində yerləşən sayğac iddiaçının adına qeydiyyatdan keçmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən AKT tərtib edilmişdir. Akt qeyd edilmişdir ki, iddiaçı sayğacdan kənar xətt vasitəsi ilə istifadə etmişdir. Lakin iddiaçı bildirir ki, nə onun, nədə ki ailə üzvləri tərəfindən belə şey olmamışdır. Buna görə iddiaçıya 8541,35 manat cərimə yazılmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: “Təbii X1nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli rəyə əsasən sayğacın çıxış plastmas borusu deşilmişdir. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olunmuşdur. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olunmuşdur. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olunmuşdur. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olunmuşdur. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə aşkar olunmuşdur. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin sayğacında qeyri-qanuni təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. “Təbii X1nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə aşkarlanmışdır “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli 03802078 saylı aktın surətindən görünür ki, **********0 zavod nömrəli sayğac istismara yararsızdır. İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2018-ci il tarixə 972 manat, 2019-ci il tarixə 1497.6 manat, 2020-ci il tarixə 252 manat, 2021-ci il tarixə 130.60 manat, 2022-ci il tarixə 18.10 manat, 2023-cü il tarixə 1555.20 manat məbləğində borc hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8155/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə trasoloji ekspertizası təyin olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3- 16-16/2 3/2199 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş və qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. İş materiallarında olan, Azərbaycan Respublikasının Energetika nazirliyi Enerji məsələlərini tənzimləmə agentliyi Bakı filialı tərəfindən verilən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 2019-cu il ərzində tərtib edilmiş 7 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 567 m3 + 3528 m3 + 81 m3 + 81 m3 +81 m3 + 81 m3 + 81 m3 + 81 m3 + 504 m3 = 5085 m3, 2020-ci il ərzində tərtib edilmiş 1 akt üzrə qanunsuz istifadə edilmiş qazın həcmi 81 m3 + 504 m3 = 585 m3 təşkil edə bilər. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının hal-hazırda qüvvədə olan “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021-ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200-2500 m3 olan hissəsi üçün hər 1 m3-i 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün hər 1 m3-i 0,25 manat qiymət təyin edildiyini nəzərə alaraq dəymiş zərər 2019-cu il ərzində 1050,25 manat (1200 m3 x 0,12 manat = 144 manat; 1300 m3 x 0,20 manat = 260 manat; 2585 m3x 0,25 manat = 646,25 manat; ümumilikdə 144 + 260 + 646,25 = 1050,25 manat), 2020-ci il ərzində isə 70,2 manat (585 m3 x 0,12 manat = 70,2 manat) müəyyən edilə bilər. İstehlakçı tərəfindən qanunsuz qoşulma halları sübuta yetirilərsə, qaz paylayıcısına vurulmuş zərərin məbləği 1050,25 manat + 70,2 manat = 1120,45 manat müyyən edilə bilər. 2023-cü ilin iyun ayınadək hesablanmış 8541,35 manat məbləğində borcun 4465,45 manat hissəsi qaz sayğacının göstəricilərinə əsasən hesablanmış qazın dəyəridir. İstehlakçı tərəfindən 2023-cü ilin mart, aprel, may və iyun ayları ərzində edilmiş ödənişləri nəzərə alaraq sözügedən borcun 4276,8 manat hissəsi (2022-ci ilin aprel ayında abonent hesabına əlavə edilmiş 18,10 manat məbləğ istisna olmaqla) Cavabdeh tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehin nümayəndəsinin zahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona aktlar tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq aktlar üzrə iddiaçının ümumilikdə 4276.8 manat məbləğində borc yaranmışdır. Lakin, məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Təqdim edilmiş aktla bağlı məhkəmə qeyd edir ki, həmin aktlar qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən mötəbər sübut kimi qəbul edilməməlidir. Belə ki, “X1”nın 6.5 və 6.7-ci bəndlərinə əsasən akt tərtib edilərkən ilk növbədə abonentin iştirakı təmin edilməli, aktın bir nüsxəsi ona təqdim edilməlidir. Lakin hazırkı iş üzrə tərtib edilmiş aktların heç birində abonentin iştirakı təmin edilməmiş, nə də aktın surəti ona təqdim edilməmişdir. Həmçinin, iş materiallarından tərtib edilmiş aktın surətinin sonradan hər hansı bir üsulla, o cümlədən poçt vasitəsilə abonentə çatdırılması müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdehin iddiaçıdan X1nın pozulmasına görə birbaşa dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində X1nın pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və X1nı pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi suiistifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə X1nı pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir. Qanun tələb edir ki, X1nı pozan şəxsin təqsirli olub, olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının X1nın pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Həmçinin, cavabdeh tərəf keçən müddət ərzində iddiaçıya ziyanın ödənilməsi istiqamətində rəsmi xəbərdarlığın, bildirişin və s. bu kimi hər hansı sənədin göndərilməsinə dair sübut təqdim edə bilməmişdir. Qaz sayğaclarının yoxlanılması nəticəsində aşkar olunan qüsurlar qabaqcadan heç bir hüquqi nəticə yarada bilməz, çünki, belə qüsurlar əksi sübuta yetirilməyənədək bilavasitə istehlakçı tərəfindən törədilməsi anlamına gələ bilməz. Beləliklə, cavabdeh tərtib olunmuş akta əsasən iddiaçıdan pul (dəymiş ziyan) tələb etsə də, iddiaçının həmin aktlda göstərilən delikti (hüquqazidd, təqsirli əməli) törətməsinə dair məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçı öz iddia ərizəsində ona hesablanmış 8541.35 manat məbləğində borcun silinməsini tələb etsə də, sözügedən borcun yalnız 4276.8 manat hissəsi Cavabdeh İB tərəfindən tərtib edilmiş aktlar əsasında hesablanmışdır. Bu halı iş üzrə Azərbaycan Respublikasının Energetika nazirliyi Enerji məsələlərini tənzimləmə agentliyi Bakı filialı tərəfindən verilmiş mütəxəssis rəyindən də görmək olur. Həmçinin iş materiallarına əlavə edilmiş aktlar və abonentin saldosundan da görünür ki, iddiaçı tərəfindən 2018-ci ildən cari ilə qədər qazın sərfiyyatı ilə bağlı ödəniş edilməmişdir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 4276.8 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı evdə quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan itirilmiş qazın bərpasına görə hesablanmış borcun tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia qismən təmin edilərək, qaz sərfinə görə hesablanmış 4276.8 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 4276.8 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 62.76 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 64 manat məbləğində pul vəsaiti də cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu **********00001 olan) “Təbii X1nın pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən 972 (doqquz yüz yetmiş iki) manat, “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta görə 799.20 (yeddi yüz doxsan doqquz manat iyirmi qəpik) manat, “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta görə 32.40 (otuz iki manat qırx qəpik) manat, “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta görə 32.40 (otuz iki manat qırx qəpik) manat, “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta görə 32.40 (otuz iki manat qırx qəpik) manat, “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta görə 64.80 (altmış dörd manat səksən qəpik) manat, “Təbii X1nın pozulması haqqında” xx.xx.2019cu il tarixli ******* saylı akta görə 32.40 (otuz iki manat qırx qəpik) manat, “Təbii X1nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta görə 504 (beş yüz dörd) manat , “Təbii X1nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı akta görə 252 (iki yüz əlli iki) manat və “Təbii X1nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli 03802078 saylı akta görə 1555.20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat olmaqla ümumilikdə 4276.8 (dörd min iki yüz yeddi altı manat səkkzi qəpik) manat məbləğində hesablanmış borc silinsin. Cavabdehndən 62.76 (altmış iki manat yetmiş altı qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. 64 (altmış dörd) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Cavabdehndən alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-764/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-764/2024
16.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver