Məhkəmə qərarları › İş №2(011)-7653/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7653/2024

13.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7653/2024 13.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2005ci il təvəllüdlü oğlu X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1976-cı ildə Saatlı rayonu Xanlar kəndində anadan olmuşdur. Hal-hazırda Bakı şəh., Xətai ray., 9-cu Əhmədli küç., ev-5 də qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə nitq inkişafının spesifik pozuntusu, kənar şəxslərin qulluğuna ehtiyyacı, İQ- 16 xəstəsi olan xx.xx.2005-ci il təvəllüdlü oğlu X4 baxır. xx.xx.2005-ci il təvəllüdlü oğlu X5 doğulandan öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. 2-ci qrup əlildir. xx.xx.2005- ci il təvəllüdlü oğlu X2 bu xəstəliyi beyin ilə əlaqədardır və son vaxtlar əlləridə tutmur. Bu səbəbdən də özü öz yeməyinidə yeyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Bu səbəbdən də xəstə oğlunu tək qoya bilmir. xx.xx.2005-ci il təvəllüdlü oğlu X5 əmək qabiliyyətsizdir və daimi qulluğa və nəzarətə ehtiyacı vardır. Tərəflərin izahatları: Ərizəçi nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılaraq, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: İş materialında olan AA5660708 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə anadan olmuşdur. İş materialında olan AA2140545 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən surətindən görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə anadan olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2005-ci il tarixdə anadan olmuş, ana adı qrafasında Ərizəçi qeyd edilmişdir. İş materiallarında olan, Uşaq Ruhi- Əsəb Dispanseri tərəfindən verilən 61/13 nömrəli epikrizdən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 yüngül kəmağıllılıq nitq pozuntusu (F70.0) kliniki diqanozu qoyulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilən arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 əqli gerilik, davranış pozuntuları, nitq inkişafının spesifik pozuntusu, onurğanın birinci dərəcəli skolioz sağ tərəfli, üçüncü dərəcəli kifozu, hər iki pəncənin ekvinus əyri pəncəliyi, sümüklərdə yayılmış ostoeparoz, yerişin çətinləşməsi diqanozu qoyulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” publik hüquqi şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə verilən müayinə kağızında görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə F72.1, İQ=16 nitq inkişafın spesifik pozuntusu F80.0 diaqnozu qoyulmuşdur. İş materiallarında olan, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən əldə olunmuş xx.xx.2024-cü il tarixli əlillik haqqında arayışdan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X4 qoyulan diaqnozda qeyd olunmuşdur ki, qulluq və müailəcə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, nitq inkişafının spsifik pozuntusu, İQ-16, ikinci dərəcə əlilliyi müddətsiz olaraq göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli 3190 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən qiyabi sənədlər əsasında belə nəticəyə gəlinmişdir ki, xx.xx.2005-ci il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik davranış pozuntuları müəyyən olunmuş, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, öz psixi vəziyyətinə görə X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X2 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar