Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7681/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı əsassız hesablanmış 1770,0 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2312/2021 nömrəli, 18.02.2021-ci il tarixli qətnaməsi ilə Səbail rayonu, E.İsmayılov küçəsi, ev 104 ünvanında yerləşən iddiaçıya məxsus 1 saylı mənzil üzrə tərtib edilmiş 18.01.2018ci il tarixli, 21.02.2018-ci il tarixli, 21.07.2018-ci il tarixli, 19.09.2018-ci il tarixli, 03.10.2018ci il tarixli, 30.11.2018-ci il tarixli, 28.12.2018-ci il tarixli, 31.01.2019-cu il tarixli, 28.02.2019cu il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 28.02.2020-ci il tarixli, 16.03.2020-ci il tarixli aktların etibarsız hesab edilməsi, həmin aktlar əsasında qeyd olunan ünvana (**********00010 əhali üzrə) hesablanmış 3608,6 manat borcun silinməsi, ödədiyi dövlət rüsumlarının əvəzi qismində 36,40 manatın iddiaçı – İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı bildirir ki, Bakı Apelyasiya MƏhkəmsinin yuxarıda qeyd olunan qətnaməsi ilə iddiaçıya hesablanmış borcun silinməsi qət edilməzdən əvvəl, Cavabdeh İB tərəfindən qanunsuz aktlar əsasında borc yığıldığından evinə qazın təchizatı dayandırılmışdır. Bu məqsədlə qaz təchizatının bərpa edilməsi üçün 2250 manat məbləğ iddiaçı tərəfindən cavabdehə ödənilmişdir. Lakin daha sonra Bakı Apelyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə borc silinmişdir. İddiaçı daha sonra Cavabdeh İB-nə ödənilmiş 2250 manatdan müvafiq borc çıxılmaqla qalan 1770 manatın Cavabdeh İB tərəfindən iddiaçıya ödənilməsi üçün müraciət etmiş, lakin Cavabdeh İB –nin 13.09.2021ci il tarixli, SOCAR**********30560046X05605 nömrəli məktubu ilə bildirilmişdir ki, icra vərəqəsində 1770 manat pulun geri qaytarılması göstərilməmişdir, bu səbəbdən də müraciətin icrası mümkün deyildir. Qeyd edilənlərə əsasən iddiaçı hesab edir ki, 1770 manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2312/2021 nömrəli, 18.02.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı “aktların etibarsız hesab edilməsi və onlara əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddiası qismən təmin edildi, Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil üzrə tərtib olunmuş 18.01.2018-ci il tarixli, 21.02.2018-ci il tarixli, 21.07.2018-ci il tarixli, 19.09.2018-ci il tarixli, 03.10.2018-ci il tarixli, 30.11.2018-ci il tarixli, 28.12.2018-ci il tarixli, 31.01.2019-cu il tarixli, 28.02.2019-cu il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 28.02.2020-ci il tarixli, 16.03.2020-ci il tarixli aktlar etibarsız hesab edilməsi və həmin aktlar əsasında İddiaçı hesablanmış 3608,6 manat məbləğində borcun silinməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 13.09.2021-ci il tarixli, SOCAR**********30560046X05605 nömrəli məktubunun surətindən görünür ki, Bakı Regional Qazın Satışı Departamentinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)-2312/2021 nömrəli, 18.02.2021-ci il tarixli qətnaməsi ilə Səbail rayonu, E.İsmayılov küçəsi, ev 104 ünvanında yerləşən iddiaçıya məxsus 1 saylı mənzil üzrə tərtib olunmuş 18.01.2018-ci il tarixli, 21.02.2018-ci il tarixli, 21.07.2018-ci il tarixli, 19.09.2018-ci il tarixli, 03.10.2018-ci il tarixli, 30.11.2018-ci il tarixli, 28.12.2018-ci il tarixli, 31.01.2019-cu il tarixli, 28.02.2019-cu il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019-cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 28.02.2020-ci il tarixli, 16.03.2020-ci tarixli aktların etibarsız hesab edilməsi, həmin aktlar əsasında hesablanmış 3608,6 manat borcun silinməsi, ödədiyi dövlət rüsumlarının əvəzi qismində 36,40 manat iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 2312/2021 nömrəli, 18.02.2021-ci il tarixli icra vərəqəsi (**********00010 əhali üzrə) müvafiq qaydada icra olunaraq Cavabdeh İB tərəfindən 3608,6 manat borc silinmiş, ödənilmiş dövlət rüsumlarının əvəzi qismində 36,40 manat icra vərəqəsinin icrası məqsədi ilə Xətai Rayon İcra Şöbəsinin hesabına ödənilmişdir. Ərizəsində qeyd etdiyi 1770 manat borcun hesabına köçürülməsi tələbinə gəldikdə isə, icra vərəqəsində 1770 manat pulun geri qaytarılması göstərilməmişdir. İş materiallarında olan 05.10.2020-ci il tarixdə, 23.11.2020-ci il tarixli, 29.12.2020-ci il tarixli ödəniş qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh İB-nə 2250 manat məbləğində pul ödəmişdir. Beləliklə, mülki işin faktiki hallarından görünür ki, Azəriqaz” İB tərəfindən ünvan 1 ünvanında yerləşən 1 saylı mənzil üzrə tərtib olunmuş 18.01.2018-ci il tarixli, 21.02.2018ci il tarixli, 21.07.2018-ci il tarixli, 19.09.2018-ci il tarixli, 03.10.2018-ci il tarixli, 30.11.2018ci il tarixli, 28.12.2018-ci il tarixli, 31.01.2019-cu il tarixli, 28.02.2019-cu il tarixli, 29.03.2019-cu il tarixli, 30.04.2019-cu il tarixli, 30.05.2019-cu il tarixli, 28.06.2019-cu il tarixli, 31.07.2019-cu il tarixli, 30.08.2019-cu il tarixli, 30.09.2019-cu il tarixli, 30.10.2019cu il tarixli, 29.11.2019-cu il tarixli, 30.12.2019-cu il tarixli, 28.02.2020-ci il tarixli, 16.03.2020-ci il tarixli aktlar etibarsız hesab edilməsi və həmin aktlar əsasında İddiaçı hesablanmış 3608,6 manat məbləğində borcun silinməsinə dair Bakı Apelyasiya Məhkəməsi tərəfindən müvafiq qətnamə qəbul edilmişdir. Bu qətnamə hazırda qanuni qüvvəyə minmişdir və hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Həmin qətnamə ilə müəyyən edilmiş halların mübahisələndirilməsinə və yenidən sübut edilməsinə yol verilmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisiyal əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarına istinadən qeyd edir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun). Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında silinmiş borca görə istehlakçıdan ödənişin tələb edilməsi üçün hər hansı əsası olmamışdır. Odur ki, İddiaçı tərəfindən ödənilmiş 1770 manat məbləğində pul vəsaiti Cavabdeh İB tərəfindən tutularaq iddiaçıya geri ödənilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 2 ünvanı üzrə (abonent kodu: **********00010) İddiaçı tərəfindən qaz sərfiyyatına görə aparılan ödənişlərdən tutulan 1770 (bir min yeddi yüz yetmiş) manat məbləğində pul vəsaiti Cavabdeh İB tutularaq İddiaçı ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7681/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7681/2021
29.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver