Məhkəmə qərarları › İş №2(011)-7694/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7694/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7694/2021 21.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının vəkili X14, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 55000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 yaxın qohumu, digər cavabdeh onun həyat yoldaşıdır. X7salarq da, hazırda o, Rusiya Federasiyasının vətəndaşı, cavabdehlər Azərbaycan Respublikasının vətəndaşlarıdır. 2020-ci ilin fevral ayında ünvan 2ində ümumi sahəri 403,30 kv., metr olan fərdi yaşayış evi və sahəsi 0,301040 ha olan torpaq sahəsi öz mülkiyyətinə əldə etmişdir. Adıçəkilən daşınmaz əmlkaların mülkiyyətində olmasına dair Azərbyacan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 28.02.2020-ci il tarixli, reyestr nömrəsi **********363-10301, qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Qüvvədə olan Azərbaycan Respublikası qanunvericliliyinə əsaəsn xarici ölkə vətəndaşı olduğundan mülkiyyətində olan torpaq sahəsini bir il müddətində özgəninkiləşdirməli idi. Qeyd olunan qaydanı, habelə pula ehtiyacı olduğundan adıçəkilən daşınmaz əmlakını satmaq qərarına gəlmişdir. Fərdi yaşayış evini və torpaq sahəsini satmaq barədə məlumatı eşidən Cavabdeh1 həmin vaxt onu inandırdı ki, ev alqı-satqısında səriştəsi var, qısa müddətə müştəri tapıb evi və torpaq sahəsini satacaq, əldə olunan pulu da ona çatdıracaq. R.Qəhrəmanovun səriştəsinə, vədlərinə və verdiyi məsləhətə inanaraq evini və torpaq sahəsini satmaq məqsədilə 2020-ci ilin dekabr ayının 31-də onun həyat yoldaşı - Cavabdeh2, 2021-ci ilin yanvar ayının 29-da isə onun özünə etibarnamə vermişdir.Etibarnamə verilən vaxt Gürcüstan Respublikasında olduğundan cavabdehlərə verilmiş etibarnamələr orada rəsmiləşib. Həmin etibarnamələrlə özünə məxsus daşınmaz əmlaka dair digər hüquqlarla yanaşı əmlakına sərəncam verməyi də cavabdehlərə həvalə etmişdir. Verdiyi tapşırığa əsasən P.Quliyev 18.06.2021-ci il tarixdə Şamaxı rayonunun Nağaraxana kəndində yerləşən və xüsusi mükliyyətində olan fərdi yaşayış evini və torpaq sahəsini alıcı D.S.Qəniyevə satmışdır. Razılığa əsasən cavabdeh fərdi yaşayış evinin və tropaq sahəsinin satışından əldə olunan pulu tam şəkildə ona verməli idi. Satış barədə məlumat verən Pərviz fərdi yaşayış evinin və torpaq sahəsinin hansı qiymətə satılmasını ondan gizlətmişdir. Bir müddət sonra cavabdeh daşınmaz əmlakın satışından əldə olunan vəsait kimi ona 150.000 manat məbləğində pul göndərmişdir. Əmlakının hansı qiymətə satılması barədə cavabdehdən məlumat almaq istədikdə, bildirmişdir ki, 150.000 manata satılıb. Alqı-satqı müqaviləsinin surətini təqdim etməsinə dair tələbini Cavabdeh1 yerinə yetirməmiş və xüsusi mülkiyyəti olan fərdi yaşayış evinin və torpaq sahəsinin faktiki hansı qiymətə satılması barədə məlumat verməmişdir. Məcbur olub alıq-satqı müqaviləsinin rəsmiləşdirildiyi 20 saylı notariat kontorundan müqavilənin surətini və digər sənədləri əldə etmişədir. Alqı-satqı müqaviləsinin surətindən məlum olmuşdur ki, Cavabdeh1 əmlakımı 205.000 manata satmış, lakin ona 150.000 manat pul vermişdir. Alqı-satqı müqaviləsinin surətindən, habelə əldə etdiyi digər sənədlərdən məlum olur ki, verdiyi etibarnamələrdən suisitifadə olunaraq, mülkiyyətində olan 0,301040 ha torpaq sahəsini 03.03.2021-ci il tarixdə Cavabdeh1 mülkiyyətinə keçmiş, 18.06.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlanan zaman isə həmin torpaq sahəsini sonuncu öz əmlakı kimi satmışdır. Cavabdeh1 ona vermədiyi 55.000 manatı tələb etsə də, o, tələbini yerinə yetirməmiş, əvvəlcə müxtəlf bəhanələr gətirmiş, vədlər vermiş, sonra isə ona əlavə pul verməyəcəyini qəti şəkildə bəyan etmiş, daha sonra bütün əlaqələrini kəsmişdir. Yaranmış vəziyyət ona məxsus əmlakın satşından əldə olunun pulun məhkəmə qaydasında cavabdehlərdən tələb olunmasını zəruri etmişdir. Hesab edir ki, cavabdehlər verdiyi tapşiriq üzrə mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydaları pozmaqla tapşırığı vicdanla icra etməmiş, həmin tapşırığın icrası nəticəsində əldə olunanların hamısını ona verməmiş, 55.000 manat məbləğində pul vəsaitini özlərinə götürməkə əsassız varlanmışlar. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, Dışınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Şamaxı rayonu. Nağaraxana kəndində 0.301040 ha torpaq sahəsi ona məxsus olub, həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayis evi qardaşına məxsus olubdur.Aralaarında olan razılığa müvafiq olaraq 18.06.2021-ci ildə qeyd olunan əmlakı Bakı şəhəri 20 saylı notariusda alqı-satqı edərək Dilqəm Qənivev adlı şəxsə satmışdır. Alqı-satqı əməliyyatını notariusda təkbaşına həyata keçirmişdir. İddiaçı payını satmaq üçün özü 29.01.2021-ci il taixdə ona baş etibarnamə vermişdi. Əmlak 205000 manata satıldı. O, həmin məbləğdən payını götürəndən sonra iddiaçı onun payından 53 000 manat borc olaraq istəmiş və bildirmişdir ki, aldığı borcu tez bir zamanda geri qaştaracaq O isə heç bir şeydən şübhələnmədən göndərdiyi şəxsə 53 000 manat pulu vermişdir. Bundan sonra iddiaçı borc məbləğini qısa zaman ərzində geri qaytarmağı öz öhdəsinə götürməsinə baxmayaraq müraciətlərinə etinasız yanaşmış və borc məbləğinin tam şəkildə qaytarıİmasından imtina etmişdir. Ondan bu hərəkətlərindən əl çəkməsi və borcun qaytarılmasını tələb etdikdə o, Bakı şəhəri Xətai rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir.Ərizədə qeyd etmişdir ki. guya onu satılmış əmlakın qiyməti barədə aldatmışdır. Halbuki onun torpağında tikilmiş evi satıb pulunu da artıqlaması ilə almışdır. Aldığı borcu qaytarmaması nəticəsində onun və ailəsinin maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia ərizəsinin rədd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X17 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazda göstərilnlərə əlavə olaraq izahatında göstərdi ki, İddiaçı böyük qardaşıdır. Nurmamed Rusiya Federasiyasının Volqaqrad şəhərində özünə şirkət yaratmış, onun işi hündür mərtəbəli binaların tikilməsi üçün ağır texnikalı maşınların icarəyə verilməsindən ibarət olmuşdur. 1991-ci ildə Şamaxı rayonu, Nağaraxana kəndində iki ev almışdırlar. Biri Nurmamedin, 100 metr aralıda isə onun evi idi. Sözügedən evi "Deputat” adlı şəxsdən 150.000 dollara almışdı. "Deputat” adlı şəxslə aralarında razılaşma baş tutmadığından, 1 il sonra həmin evi geri qaytarıb, pulunu geri almışdır. Həmin ərəfədə qardaşı Nurmamedlə birgə Bakı şəhərində sahibkarlıq fəaliyyəti ilə məşqul idilər, bu səbəbdən əlində olan 150.000 ABŞ dollar pulu sahibkarlığa yatırmaq üçün qardaşı Nurmamedə vermişdir. Nurmamed isə qeyd olunmuş ünvanda, yəni 100 metr aralıda olan 0.30 hektar aldığı həyətyani sahəsi olan fərdi yaşayış evinin tam yarı hissəsini pulun əvəzinə ona verdiyini bildirmişdir. Daha sonra həmin torpaq sahəsində əlavə olaraq ev inşa edilmişdir. 1994-cü il tarixdən etibarən ailə üzvləri ilə birgə orada yaşamağa başlamış, bundan sonra ailəsi ilə birlikdə müəyyən illərdə Rusiya Federasiyasında, Bakı şəhərində və Gürcüstan Respublikasında yaşamışlar. 1998-1999-cu illərdə həmin evin və qardaşı Nurməmmədin sonradan inşa etdiyi həmin evə yaxın tikilmiş digər həyət evinin 150 kv.m həyətyanı sahənin betonlaşdırma və aqlay işlərinin bütün xərclərini öz hesabına etdirmiş və 22.000 manat xərc çəkmişdir. 2019-cu ildə qardaşı Nurmamed söhbət əsnasında bildirmişdir ki, Suraxanı rayonunda yerləşən şirkəti ziyana işləyir. Həmin şirkətin yerləşdiyi torpaq sahəsinə sənədlərini düzəldib, oranı satmaq lazımdır. Şirkətin işi ərazinin anbar kimi müxtəlif şirkətlərə icarəyə verilməsindən ibarət olmuşdur. X25 rayonu, Nağaraxana kəndində yerləşən 0.30 hektar torpaq sahəsində yerləşən həyət evinə çıxarış düzəldib satmaq lazım olduğunu, ora satıldıqdan sonra, pulu aralarında tam bölməyi təklif etmişdir. Qardaşıın təklifi ilə razılaşmışdır. 16.03.2020-ci il tarixdə Nurmamed öz əmri ilə sözügedən şirkətə onu direktor vəzifəsinə təyin etmişdir. Məqsəd, şirkətin balansında olan torpaq sahəsinə çıxarışın alınması və oranın satışa çıxarılması idi. 2021-ci ilin yanvar ayında həmin torpaq sahəsinə rəsmi çıxarış sənədini əldə edib qardaşına göndərmişdir. Bütün bu işləri gördükdən sonra, qardaşı Nurmamed Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən həyət evini satmaq üçün həyat yoldaşı Cavabdeh2 adına baş etibarnamə göndərmişdir. 19.02.2021-ci il tarixdə həmin etibarnamə əsasında Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən həyət evi bağışlanma müqaviləsi ilə ona bağışlanmışdır. Həmin evə rəsmi çıxarış əldə edildikdən sonra, evi Dilqəm adlı şəxsə 205.000 manata satmışdır. Evin satışından əldə edilmiş 205.000 manat puldan 3.550 vergi ödənilmişdir. Ev satıldıqdan sonra Nurmamed telefon vasitəsi ilə 205.000 manat puldan 155.000 manat pulu işləri ilə əlaqədar təcili ona göndərməsini bildirmişdir. Bir neçə müddətdən sonra ona çatacaq payı geri qaytaracaqdır. Qardaşının sözlərinə inanıb, onunla razılaşmışdır. 2021-ci ilin iyun ayının 18-də Nurmamed yaşadığı evə iki nəfər tanışlarını göndərmiş, 155.000 manatı evinə gələn 2 nəfərə şəxsə təhvil vermişdir. 2021-ci ildə pulunu qardaşından geri istədikdə, ona pul verməyəcəyini bildirmiş, əksinə onu borclu çıxararaq, yerdə qalan məbləği də geri istəmişdir. Halbuki evin satışından əldə olunan pulu yarı böləcəkdilər və əksinə, Nurmamedin ona borcu vardır. Odur ki, iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, tərəflərin bacısı oğludur. Nurmamed 1991-ci ildə Şamaxıda 2 ev almışdır. Öz şirkəti var idi. Evin birini sonradan geri qaytarmışdır. Həmin evdə nənəsi və babası yaşayırdı. Evin bütün xərclərini dayısı Nurmamed çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qəhrəmanov Bəhlul ifadəsində göstərdi ki, iddiaçı və cavabdeh onun qardaşlarıdır. Ev Nurmamedin olub, Pərvizlə şərikli almayıb, ev hələ 1991-ci ildə alınıb. Nurmamedin valideynləri həmin evdə yaşayıblar. Eşitdiyinə görə Pərviz evi 205000 manata satıb, Nurmamedə 155000 manat verib. Məhkəmə proses iştirakçılarının izahatını, şahidlərin ifadəsini dinləyib, toplanmış materialları tam və hərtərəfli araşdıraraq, məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Şamaxı rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2ində yerləşən 1 mərtəbəli, 4 yaşayış otaqlı, yaşayış sahəsi 86.0 kv.metr, ümumi sahəsi 135.3 kv.metr olan və 2 mərtəbəli, 6 yaşayış otaqlı, yaşayış sahəsi 130.5 kv.metr, ümumi sahəsi 256.0 kv.metr olan fərdi yaşayış evləri Şamaxı rayon Kirovka kənd XDC-nin İK-nin 99 saylı,26.09.1991-ci il tarixli sərəncamı əsasında 13.10.2000-ci il tarixində İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 2ində ümumi sahəri 403,30 kv.metr olan fərdi yaşayış evi və sahəsi 0,301040 ha olan torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət 28.02.2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 19.02.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, hədiyyə verən X5 rayonu, Nağaraxana Kəndi ünvanında yerləşən, ümumi sahəsi 0.30104 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə ona məxsus hissəsindən aşağıda göstərilən hissəni hədiyyə alan Cavabdeh1 mülkiyyətinə verir: - 0.30104 ha - ümumi sahəsi 403.30 kv/m olan fərdi yaşayış evi hədiyyə verənin mülkiyyətində qalır. Müqavilə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu S.Həbibbəyli tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-196 nömrə ilə qeydə alınmışdır. X1 əvəzindən (GR Bolnisi şəhəri X20 tərəfindən 31.12.2020-ci il tarixdə verilmiş N201065258 reyestr nömrəli etibarnamə əsasında Cavabdeh2 imzalamışdır. İş materiallarında olan Daşınmaz əmlakın Dövlət reyestrindən elektron çıxarışın surətindən görünür ki, ünvan 2ində ümumi sahəri 403,30 kv.metr olan fərdi yaşayış evi İddiaçı, sahəsi 0,30104 ha olan torpaq sahəsi Cavabdeh1 adlarına daşınmaz əmlakın dövlət 03.03.2021-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan 18.06.2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı satqı müqaviləsinin surətindən görünür ki, satıcı İddiaçı ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 403.3 kv/m olan fərdi yaşayış evini, satıcı Cavabdeh1 ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 0.30104 ha olan torpaq sahəsini alıcı X3. Müqavilənin 4-cü bəndində alıcı X4 X2 tam hissəni (403.3 kv/m) ondan 205000-manat qiymətinə aldığı qeyd edilmişdir. Hər iki daşınmaz əmlaka görə 3552,35 manat vergi ödənilmişdir. İş materiallarında olan Binəqədi RPİ-nin 6-cı PB-nin baş təhqiqatçısı, polis mayoru X9 cinayət işi başlanmasının rədd edilməsi haqqında 25.10.2021 -ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında araşdırma zamanı izahatı alınmış Cavabdeh1 hazırki iddia ərizəsinə etirazın və məhkəmə çıxışının məzmununa uyğun izahat vermişdir. Araşdırma zamanı izahatı alınmış X16 bildirmişdir ki, Nağaraxana kəndind satılan evin elanı görmüş, həmin evi satan şəxslə əlaqə saxlayıb evə baxıb ilkin qiyməti ilə maraqlanmış, Cavabdeh1 ilkin olaraq torpağın qiymətinin 225000 manat olduğunu, Rusiyada yaşayan böyük qardaşı ilə danışdıqdan sonra 205000 AZN razılaşdıqlarını bildirmişdir. 18.06.2021-ci il tarixdə Bakı şəhəri 20 saylı notariat kontorunda həmin torpaq sahəsinin 205000 manata aldığını bildirmişdir. Alqı-satqıdan dərhal sonra Pərviz Rusiyada yaşayan qardaşına zəng etmiş, torpağı 205000 manata satdığını bildirmişdir. Bir müddət sonra həmin şəxs Bakıda olduğunu və onunla görüşmək istədiyini bildirmişdir. Görüş səbəbini həmin şəxsdən soruşduqda o bildirmişdir ki, qardaşı Pərvizlə torpaq satıldıqdan sonra aralarında pul problemi yaranmışdır. O, həmin şəxsə Bakıdan kənarda olduğunu bildirmiş və aralarında olan mübahisələnin iki qardaş arasında həll edilməsini məsləhət görmüşdür. Aparılmış araşdırma zamanı Cavabdeh1 və Cavabdeh2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığı müəyən edilmiş və cinayət işinin başlanması rədd edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 14.2.1-ci maddəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 781-ci maddəsinə əsasən vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. Həmin Məcəllənin 782.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Həmin Məcəllənin 782.2-ci maddəsinə əsasən vəkalət alan verilməsini gecikdirdiyi pulun üstünə faizlər hesablamağa borcludur. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmçinin, Mülki Məcəlləsinin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 1992-ci il yanvarın 31-də qüvvəyə minmiş Azərbaycan Respublikası Torpaq Məcəlləsin 48.3-cü maddəsinə görə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlər Azərbaycan Respublikasında torpaq sahələrini yalnız icarə hüququ əsasında əldə edə bilərlər. Həmin Məcəllənin 49.4-cü maddəsində qeyd edilmişdir ki, xarici hüquqi və fiziki şəxslərə torpaq sahələrinin vərəsəlik, bağışlama və ipoteka əqdləri nəticəsində keçən mülkiyyət hüququ bir il müddətinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun özgəninkiləşdirilir. Xarici hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində olan mülkiyyət hüququnu qanunvericiliyə uyğun özgəninkiləşdirmədikdə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsini bu Məcəllədə nəzərdə tutulmuş qaydada məcburi satın alır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, məhkəmə iclasında işin halları, tərəflərin izahatları, şahidlərin ifadələri və işin materialları ilə Şamaxı rayonu, Nağaraxana kəndində ümumi sahəri 403,30 kv.metr olan fərdi yaşayış evi və sahəsi 0,301040 ha olan torpaq sahəsinin İddiaçı mülkiyyətində olması, torpaq sahəsinin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq satılması məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh2 etibarnamə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı tərəfindən verilmiş etibarnamələrdən sui-istifadə edilməklə, onun mənafeyinə zidd olaraq, bağışlama müqaviləsi bağlaması, daha sonra Cavabdeh1 tərəfindən iddiaçının mülkiyyətində olan daşınmaz əmlakı 205000 manat satması və həmin puldan iddiaçıya 155000 manat verməsi müəyyən edilmişdir. Cavabdeh iddiaçıya 155000 manat verdiyini göstərmiş, iddiaçı cavabdeh tərəfindən ona 155000 manat deyil, 150000 manat ödənilməsini əsaslandıra bilməmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilərək, qaytarılmamış 50000 manatdan 3553 manat vergi ödəniş çıxıldıqdan sonra qalan 46447 manat məbləğində pul vəsaiti Cavabdeh1 alınaraq İddiaçı ödənilməlidir. İddiaçı Cavabdeh1 tərəfindən iddia ərizəsinə etirazda və məhkəmə çıxışı zamanı istinad etdiyi dəlillərə tənqidi yanaşaraq hesab edir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşımışdır. Bununla yanaşı iddia tələbi digər Cavabdeh2 münasibətdə, iddiaçı tərəfindən onun pulunun mənimsənilməsində cavabdehin iştirakı əsaslandırmadığından, təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyinə görə ödənilmiş 30 manat dövlət rüsümunun 25,50 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsində isə göstərilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 46447 (qırx altı min dörd yüz qırx yeddi) manat və ödənilmiş dövlət rüsumunun 25,50 (iyirmi beş manat 50 qəpik) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar