Məhkəmə qərarları › İş №2(011)-780/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-780/2024

22.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-780/2024 22.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Mülki iş üzrə ilk məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixinə təyin edilmiş, lakin tərəflərdən heç biri həmin tarixli məhkəmə hazırlıq iclasında da iştirak etməmişlər.

3. Mülki iş üzrə növbəti məhkəmə hazırlıq iclasları xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərinə təyin edilmiş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirak etmiş və məhkəmə hazırlıq iclasının təxirə salınmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də heç bir tərəf məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər.

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 185.1. İşdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə;

5. Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir.

İşə baxan məhkəmənin mövqeyi:

6. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır.

7. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinə əsasən mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi məhkəmə 3 hazırlıq iclası keçirmiş (xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il), yalnız xx.xx.2024-cü il tarixli məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirak etmişdir. Mülki iş üzrə tərəflər digər hazırlıq iclasları barəsində lazımi qaydada məlumatlandırılmış, lakin tərəflər heç bir məhkəmə hazırlıq iclaslarında iştirak etməmiş və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə hesab edir ki, tərəflərin iştirakı olmadan məhkəmə araşdırmasının aparılması qeyri-mümkündür və mülki iş baxılmamış saxlanılmalıdır.

8. Eyni zamanda iddiaçının təqdim etdiyi sənədlər sırasında sübutların kifayət qədər olmaması, o cümlədən, prosessual müddətlə bağlı müəyyən vaxt məhdudiyyətinin olması səbəbindən məhkəmə araşdırmasının davam etdirilməsi mümükün olmamışdır. Məhkəmə hesab edir ki, sadalanan hallar mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:

1. İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın.

2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar